Burada,
𝑛
𝐷
20
– təyinat aparılan temperturda şüasındırma əmsalı, t –
təyinatın aparıldığı temperatur,
℃
;
𝛼
- 1
℃
- ə düşən düzəliş əmsalı olub,
0,0004-ə bərabərdir.
Temperaturun artması ilə neft məhsullarının şüasındırma əmsalı azalır.
İşıq şüaları boşluqdan yox, şüasındırma əmsalı müxtəlif olan iki mühitdən
keçirsə nisbət aşağıdakı kimi göstərilir:
𝒔𝒊𝒏𝜶
𝟏
/
𝒔𝒊𝒏𝜶
𝟐
=
𝒏
𝟐
/
𝒏
𝟏
Əgər
𝑛
1
> 𝑛
2
olduqda, bucaq 90
℃
- ə çata bilir
və nəticədə şüa səth boyu
sürüşür və o biri mühitə keçə bilmir. Bu zaman bucağın sinusu birə bərabər
olur.
Şüasındırma əmsalını təyin
etmək üçün işlədilən cihaza
refraktometr
deyilir. İki növ – Abbe və Pulfrix refraktometrlərindən istifadə olunur.
Neft və neft məhsullarının şüasındırma əmsalına temperaturdan başqa
molekul kütləsi, kimyəvi və fraksiya tərkibinin də təsiri vardır.
Eyni tərkibli
neftlərdən alınan fraksiyaların molekul kütləsi artdıqca şüasındırma əmsalı da
artır.
Ümumiyyətlə, parafin sırası karbohidrogenlərinin şüasındırma əmsalı
aromatik sıra karbohidrogenlərin şüasındırma əmsalından kiçik olur. Naften
sırası karbohidrogenlərinin şüasındırma əmsalı isə aralıq yer tutur. Deməli, neft
və neft fraksiyalarının tərkibi parafin sırası karbohidrogenlərilə zəngindirsə,
onda onun şüasındırma əmsalı kiçik, aromatik
karbohidrogenlərlə zəngin
olduqda isə şüasındırma əmsalı böyük olur.
Karbohidrogenlər qarışığının şüasındırma əmsalı additiv xarakterlidir.
Bundan istifadə edərək qarışıqda olan hər bir karbohidrogenin miqdarını
müəyyən etmək olur.
Parafin sırası karbohidrogenlərində zəncir uzandıqca şüasındırma əmsalı da
artır. Amma bu artım homoloji sıranın əvvəlində daha kəskin,
sonra isə
nisbətən az müşahidə olunur. Bununla yanaşı, bu sıra karbohidrogenlərdə
şaxələnmə artdıqca, şüasındırma əmsalı kiçilir. Lakin aromatik və naften sırası
karbohidrogenlərdə isə göstərilən qanunauyğunluq pozulur. Belə ki, benzol və
onun homoloqlarında və eləcə də naften karbohidrogenlərində alkil qruplarının
sayı və uzunluğu artdıqca, əvvəlcə şüasındırma əmsalı azalır, sonra isə artmağa
başlayır.
Karbohidrogenlərin homoloji sırasının şüasındırma əmsalı ilə sıxlığı
arasında xətti asılılıq vardır. Şüasındırma əmsalından
müxtəlif hesablama
düsturlarında istifadə olunur (məsələn, xüsusi çəkinin hesablanma
düsturundan ).
Dostları ilə paylaş: