Neftin tərkibində heteroatomların (S, O, N) olması xüsusi təmizləmə
qurğularının tikilməsini tələb edir. Bunun üçün həmin elementlərin miqdarı
haqqında məlumat olmalıdır.
Əslində neftin tərkibində kükürd, oksigen və azotun miqdarı (kütlə) o qədər də
çox deyil, nadir hallarda onların ümumi miqdarı 3-4%-dən çox olur. Lakin bu
elementlərin hər birinin kütlə vahidinə, karbohidrogen radikalının 15-20 kütlə
vahidi düşür, neftin karbohidrogen hissəsinin payına isə ümumi neftin yalnız
40-50% düşür.
Neft və neft məhsullarının element tərkibinin əsas hissəsini karbon (83-
87%) və hidrogen (12-14%) təşkil edir. Onların miqdarını
və bəzi hallarda isə
onların nisbətini bilmək müəyyən proseslərin hesabatı üçün əhəmiyyət kəsb
edir; hidrogenin miqdarının karbonun kütlə miqdarına olan nisbətini (H/C
∙
100) bilərək hidrokrekinq prosesindən lazımi keyfiyyətdə məhsul almaq üçün
sistemə tələb olunan midarda hidrogen verilir. Benzində H/C
∙
100 nisbəti 17-18,
neftdə 13-15, ağır fraksiyalarda isə 9-12-ə bərabərdir.
Katalitik krekinq prosesində reaksiya məhsulları arasında hidrogenin yenidən
paylanması gedir. Proses ən yüksək səviyyədə gedərsə onda 75-80%
benzin
alınar. Əslində isə sənaye miqyasında aparılan katalitik krekinq prosesində
sıxlaşma reaksiyaları və qaz əmələgəlmə hesabına benzinin çıxımı 40-50%-ə
qədər azalır.
Neft sənayesində başqa proseslərin hesabatı üçün də element tərkibi
haqqında məlumatların olması vacibdir;
o cümlədən yanma, hidrogenləşmə,
kokslaşma və s.
Dar yağ fraksiyaları və ağır qalıqlardan fərdi birləşmələri ayırmaq təcrübi
olaraq mümkün deyil. Lakin element və struktur-qrup tərkibi haqqında əldə
edilən nəticələr həmin fraksiyaların tərkibinə daxil olan birləşmələrin quruluşu
haqqında təsəvvürlərin genişlənməsinə və “orta” molekul modelini qırmağa
imkan verir.
Karbon və hidrogen elementlərinin analizi, neft məhsulunun oksigen
axınında qalıqsız karbon qazı və suya qədər yandırılması ilə aparılır. Tutulmuş
karbon qazı və suyun miqdarına görə göstərilən elementlərin miqdarı
hesablanır.Təyinat zamanı yanma məhsulları
əvvəlcə kükürd oksidləri,
halogenlər və başqa qarışıqlardan təmizlənir.
Kükürdün miqdarı isə müxtəlif üsullarla təyin olunur. Yüngül neft məhsulları
üçün lampa üsulundan və ya kvars boruda yandırmadan istifadə olunur. Orta
və ağır neft məhsulları üçün nümunənin kalorimetrik bombada yandırılması və
kondensatın yuyulma metodu ilə analizi daha əlverişli hesab olunur.
Azotun miqdarı Düma və Keldal üsulları ilə təyin olunur. Düma üsulu, neft
məhsullarının bərk oksidləşdiricilər – mis(II)oksidi üzərində CO
2
axınında
oksidləşməsinə əsaslanır. Əmələ gələn azot oksidləri,
mislə azota qədər
reduksiya olunur.Karbon qazı tutulduqdan sonra azotun həcminə görə neft
məhsulunda olan azotun miqdarı təyin edilir. Keldal üsulunda neft məhsulu
H
2
SO
4
(qatı) ilə oksidləşdirilir.Əmələ gələn NH
4
SO
4
qələvi ilə işləndikdə ayrılan
ammonyak, titri müəyyən edilmiş turşu ilə tutulur. Nəticəyə əsasən azotun
miqdarı hesablanır.
Oksigenin faizlə miqdarı isə 100 ilə elementlərin faizlə miqdarlarının cəmi
arasındakı fərqə əsasən tapılır. Bu yolla alınan
nəticə dəqiq hesab
olunmur.Oksigenin birbaşa təyini üçün başqa üsul da mövcuddur: neft
məhsullarının platinləşdirilmiş qrafit və CuO iştirakı ilə inert qaz axınında
qravimetrik pirolizindən alınan CO
2
–yə görə oksigenin miqdarı təyin olunur.
Dostları ilə paylaş: