Mühazirə 1
Giriş. Neft kimya elminin yaranması və inkişaf tarixi
İnsan cəmiyyətinin inkişafının başlanğıc mərhələsində,
hələ istehsal
vasitələrinin mövcud olmadığı dövrdə insanlar öz tələbatını təmin etmək üçün
asan tapılan təbii məhsullardan, o cümlədən neft və asfaltdan istifadə etməyə
başlamışlar.
Neft
– midiyalıların
nafta
(süzülən,çıxan) sözündən götürülmüşdür. Neft və ya
petroleum (petros-daş, oleum- yağ, yəni daş yağı), eləcə də
asfalt
(dağ qatranı)
sözlərinə bütün xalqların lüğətində rast gəlinir.
Neftin istifadə olunma və emal tarixi şərti olaraq dörd dövrə bölünür:
1.
Neftin primitiv-kustar üsulla çıxarılması və həmin şəkildə istifadə olunması;
2.
Neftin məqsədli tərkib hissələrinə ( əvvəl işıqlandırıcı kerosin, sonra kerosin
və yağ və nəhayət kerosin, yağ və benzin) ayrılması üçün distillənin sənaye
üsullarının geniş yayılması ilə xarakterizə olunan, termofiziki emal üsulu və
ya fiziki-texnoloji mərhələ;
3.
əsas məhsul- benzinin çıxmının artırılmasına imkan verən, krekinq
prosesinin sənayedə geniş tətbiqi ilə xarakterizə olunan neftin termokimyəvi
emal üsulları;
4.
neftin kombinə olunmuş, kompleks və ya sintetik üsullarla istifadə olunması
ilə xarakterizə olunan, neft emalının inkişafının müsair mərhələsi.