izahatlar özünü doğultmur. Ona görə də sıxlığa görə neftlərin təsnifatı hazırda
təxmini təsnifat hesab olunur.
Neftin kimyəvi tərkibini əks etdirən təsnifatladan biri Qroznı Elmi-Tədqiqat
İnstitutunun verdiyi təsnifatdır. Bu təsnifata görə tərkibində
olan bir və ya bir
neçə sinif karbohidrogenlərin miqdarca üstünlüyü əsas götürülərək, neft altı
əsas növə bölünür:
1.
parafin əsaslı
2.
parafin-naften əsaslı
3.
naften əsaslı
4.
parafin-naften-aromatik əsaslı
5.
naften-aromatik əsaslı
6.
aromatik əsaslı naftenlər
Parafin əsaslı naftenlərintərkibində parafinlərin miqdarı daha çox olur.
Eyni zamanda neftin bütün fraksiyalarının tərkibində müəyyən miqdar parafin
karbohidrogenləri
olur.
Benzin
fraksiyasının
tərkibində
parafin
karbohidrogenlərin miqdarı 50% -dən çox, yağ fraksiyasında isə 20% və daha
çox olur. Belə neftlərə ən tipik misal olaraq, Manqışlaq
neftlərini göstərmək
olar.
Parafin-naften əsaslı neftlərin tərkibində parafin karbohidrogenlərilə yanaşı,
nəzərə çarpacaq dərəcədə naften karbohidrogenləri də olur. Aromatik
karbohidrogenlərin miqdarı isə çox az olur. Belə neftlərə Şimali Sibir, Volqa-
Ural neftlərini misal göstərmək olar.
İstər parafin və isərsə də parafin-naften əsaslı neftlərin tərkibində qatran-
asfalt maddələrinin miqdarı az olur.
60-cı illərin əvvəllərində neft karbohidrogenlərinin tərkibi və quruluşu
haqqında təsəvvürləri dəyişdirən və neftlərin təsnifatının prinsip və üsullarını
dəqiqləşdirməyə imkan verən yeni analitik üsullar işləndi.Neftin tərkibində
çoxlu sayda (500- dən çox) relikt karbohidrogenlər (xemofossil) aşkar edildi.
Əldə edilmiş nəticələrə əsaslanaraq neftin bütün karbohidrogenlərinin iki əsas
qrupa bölünməsi təklif olunmuşdur:
-
çevrilmələrdən əmələ gəlmiş karbohidrogenlər
-
relikt karbohidrogenlər
Relikt karbohidrogenlərə normal və izoprenoid parafinlər, tsiklik
izoprenoidlər – steranlar, triterpanlar və s. aiddir. Neftin relikt
karbohidrogenlərinin özünü də izoprenoid və
qeyri-izoprenoid quruluşlu
karbohidrogenlər növünə ayırmışlar.
A.Petrov keçmiş SSRİ-nin demək olar ki, bütün nəhəng neft-qaz saxlayan
hövzələrin neftlərini (400-ə yaxın) xromotoqrafik və kütlə spektrometrik üsulla
tədqiq edərək, onları A və B kateqoriyalara ayırmişdır. Əgər 200-430
℃
fraksiyasının xromotoqramında analitik miqdarda n-parafinləri xarakterizə
edən pik olursa, belə neftlər A kateqoriyasına aid edilir. B kateqoriyasına aid
edilən neftlərdə isə həmin fraksiyanın xromotoqramında n-parafinlərə aid pik
olmur. Neftdə olan normal və izoprenoid
karbohidrogenlərin nisbi
miqdarından asılı olaraq, A kateqoriyasına daxil olan və B kateqoriyalı
neftlərdə izoprenoid karbohidrogenlərin iştirak edib,etməməsindən asılı olaraq
hər bir kateqoriya neftlər iki növə bölünür: A
1
, A
2
və B
1
, B
2
.
A
1
növ neftlər parafin və naften-parafin əsaslı neftlərə uyğun gəlir. Həmin
neftlərin 200-430
℃
fraksiyasında parafinlərin miqdarı 15-60%-dir.
Bu növ
neftlər üçün ən xarakterik cəhət, n-parafinlərin miqdarının yüksək olmasıdır.
A
1
növ neftlərdə parafinlərə nisbətən tsikloparafinlərin miqdarı bir qədər az
olur. Tsikloparafinlər, əsas mono- və bitsiklik birləşmələrdən ibarətdir.Bu növ
neftlər təbiətdə daha çox yayılmışdır və bütün
MDB ölkələrinin neft qaz
saxlayan hövzələrində rast gəlinir.
A
2
növ neftlər, qrup tərkiblərinə görə naften-parafin və parafin-naften əsaslı
neftlərə uyğun gəlir. A
1
növ neftlərlə müqayisədə A
2
növ neftlərdə parafinlərin
miqdarı bir qədər az olur. Parafinlərin miqdarı 0,5-5%, izoprenoidlərin miqdarı
isə 1-6% arasında olur.A
2
növ neftlərin çox hissəsində fərqləndirici əlamət, n-
parafinlərə nisbətən izoparafinlərin üstünlük təşkil etməsidir. Buarada
tsikloparafinlərin ümumi miqdarı 60%-ə çatır.Onların içərisində mono- və bi-
tsiklanlar üstünlük təşkil edir.A
2
növ neftlərə Neft Daşları, Suraxanı, Duvannı-
dəniz, Qərbi-Sibir, Xəzəryanı neftlər aiddir.
B
2
növ neftlər parafin-naften və xüsusilə naften əsaslı neftlərə uyğundur.
Doymuş karbohidrogenlərdən tsikloparafinlər, bunların
içərisində isə mono-,
bi-
və
tritsiklik
karbohidrogenlərüstünlük
təşkil
edir.
Parafin
karbohidrogenlərin əsas hissəsi şaxələnmiş quruluşlu olurlar.B
2
növ neftlər
fərqləndirici əlaməti, xromotoqramında monometil əvəzli alkanlara aid pikin
olmamasıdır.B
2
növ neftlərə A
2
növ neftlərə nisbətən daha çox rast gəlinir və
bunlar 1000-1500m dərinliklərdəki kaynazoy çöküntülərində yayılır. B
2
növ
neftlərə Şimali Qafqaz, Gürcüstan və başqa mənşəli neftlər aiddir.
B
1
növ neftlər, qrup tərkibinə görə naften və ya naften aromatik əsaslı neftlərə
aiddir. Onların tərkibində yüngül fraksiyanın miqdarı az olur. Bu növ
neftlərüçün xarakterik xüsusiyyət onların tərkibində normal və izoprenoid
parafinlərin olmaması, şaxələnmiş parafinlərin isə az miqdarda (4-10%)
olmasıdır. Tsikloparafinlər içərisində bitsiklanlar mono-tsiklanlara nisbətən
üstünlük təşkil edir. Bu növ neftlər daha çox 500-1000m dərinliklərdə olan
kaynozoy çöküntülərində yayılır. Bu növ neftlərə Sibir, Palçıq Təpəsi, Suraxanı,
Balaxanı və başqa mənşəli neftlər aiddir.
Dostları ilə paylaş: