kimi, mineral (neft) sürtkü yağları da tədricən heyvan yağlarını sıxışdırıb
aradan çıxarırdı.
Hələ kerosin istehsalının ilk mərhələsində (1868)
mazutdan artilleriya
toplarının yağlanmasında istifadə olunmağa başlandı. Heyvan yağlarından
fərqli olaraq, neft qalıqlarının korroziyaya qarşı daha davamlı olması
aşkar
edilməklə, neft yağlarının hərbidə istifadə olunmasının prespektivliyi müəyyən
edildi.
Sənayenin və dəmiryol nəqliyyatının yağlayıcı
materiallara sürətlə artan
tələbatını bitki və heyvan yağları artıq ödəyə bilmirdi.Belə bir vacib məsələnin
həllində D.İ.Mendeleyev, K.İ.Lisenko və V.İ.Raqozin daha fəal iştirak etdilər.
Raqozinin 1870-71-ci
illərdə Nijni Novqorodda, 1876-77-ci illərdə isə Bakıda
tikdirdiyi yağ zavodlarında dörd növ sürtkü yağı- (toxuculuq sənayesində iylər
üçün yağlar, maşın yağları, yay vaqon yağları, qış vaqon yağları) alınırdı. Yağ
qovulduqdan sonra kub qalığı isə oxların yağlanmasında istifadə olunurdu.
80-ci illərin ikinci yarısında kerosin zavodlarında
tətbiq olunan fasiləsiz kub
batareyaları yağ istehsalında da tətbiq olundu.
1883-cü ildə Bakıda Nobel zavodunda neftin fasiləli kub batareyaları ilə
distilləsindən fasiləsiz işləyən kub batareyalarına keçid neft emalında yeni
mərhələ oldu.
Əcnəbi alim və mütəxəssislərin Azərbaycanda neft emalının
təşkili və
inkişafındakı xidmətlərini qiymətləndirərək , qeyd etmək lazımdır ki, artıq XIX
əsrin ikinci yarısında məşhur kimyaçı R.Fittinqin yanında çalışmış Mövsümbəy
Xanlarov kimi azərbaycanlı kimya doktoru elmi dərəcəsi alan alim yetişdi. O,
sonralar Bakıda neft sənaye işçiləri üçün təlim məktəbinin və neftayırma
zavodlarının laboratoriyalarının təşkilində ilk mütəxəssis olmuşdur.
Dostları ilə paylaş: