müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Asfaltdan Vavilonun
mərkəzində (eramızdan 7-6 yüz il əvvəl) şah sarayı zəfər tağları (ala qapı), qala
divarları və qüllələrin ( 90m hündürlüyündə ) tikilməsində bərkidici
(sementləşdirici) kimi işlədilən materialın əsas kompanenti kimi istifadə
olunmuşdur. Asfalt Urartu, Xarezm, Konstantinopol (indiki İstanbul) və başqa
yerlərdə də bu məqsəd üçün işlədilmişdir.
Qədim Misirdə asfaltdan meyitlərin balzamlaşdırılmasında və
mumlaşdırılmasında antiseptik (parçalanmanın qarşısını alan) maddə kimi
geniş istifadə edilmişdir. Balzamlar (və ya mumlar) asfaltı efir yağında həll
edərək həmin məhlula ətirli maddələr (aloe, zəfəran, darçın, ətirli qatran və s)
əlavə edilməklə hazırlanırdı. Balzam hopdurulmuş belə meyitlər bir neçə min il
qala bilirdi.Balzamın iyi meyitləri yırtıcı heyvan və quşlardan, sürünınlərdən və
həşəratlardan qoruyurdu.
Asfalt və neft insan və heyvanların müalicəsində qızdırıcı kompres, plastr kimi,
həmçinin dəri xəstəliklərinin, şişlərin, yaraların, revmatizmin müalicəsində
istifadə olunan mazların tərkib hissələrindən biri kimi işlədilirdi. Keçmişdə neft
və asfaltdan hərbi məqsədlər üçün də istifadə olunurdu.
Qədim dövrlərdə yüngül şəffaf xam neftlərdən daha çox işıqlandırıcı kimi
istifadə olunurdu. İllər keçdikcə bu növ neftin miqdarının azalması və ona olan
tələbatın artması, ağır neftlərdən işıqlandırıcı yağın alınması zərurətini ortaya
çıxardı. Bu məqsədlə, şəkərli və nişastalı maddələrin qıcqırdılmasından spirt və
sirkənin alınmasında işlədilən primitiv distillə üsulundan istifadə olundu və
beləliklə də neftdən işıqlandırıcı yağ alındı. Rusiyada meşə sənayesinin inkişafı
(ağacın quru distilləsi) primitiv distillə qurğularının təkmilləşməsinə təkan
vermiş oldu.
Orta əsrlərdə primitiv distillə qurğularından artıq
Cənubi Qafqazda,
qərbi
Ukraynada və başqa yerlərdə istifadə olunurdu. 1821-1823-
cü illərdə Şimali
Qafqazda Dubinin qardaşları neftin distilləsi üçün
ilk sənaye qurğusunu işə
saldılar. Sonra neftin distilləsi 1836-37-ci ildə Bakıda, 1848ildə İngiltərədə, 1960-
cı ildə ABŞ- da ilk dəfə Pnsilvaniya ştatında həyata keçirildi.
Beləliklə neftin
emalının ikinci dövrünə qədəm qoyuldu.
İkinci dövr
Neftdən əvvəlcə işıqlandırıcı kerosin, sonra kerosin və sürtkü yağı və nəhayət
eyni vaxtda benzin, kerosin və sertkü yağının ayrılması məqsədilə distillənin
sənaye üsullarının sürətlə yayılması ilə xarakterizə olunur. Bu dövr təxminən
60 illik bir müddəti (1858-1916) əhatə edir.
İstehsalın xarakterindən və neft məhsullarının istifadə olunmasından asılı
olaraq bu dövr şərti olaraq üç mərhələyə bölünür: a) kerosin (1858-1876); b)
kerosin-yağ (1876-1900); c) kerosn-yağ-benzin (1900-1916)
Dostları ilə paylaş: