üsulu ilə təyin edilir. Distillə zamanı temperaturun tədricən artması ilə
qaynama temperaturlarına görə bir-birindən fərqlənən fraksiyalar toplanır.Hər
bir fraksiyanın qaynama başlanğıcı (q.b.) və qaynama sonu (q.s.) qeyd olunur.
Sənaye miqyasında laboratoriyada aparılan distillədən yox, rektifikasiyadan
istifadə olunur. Atmosfer təzyiqində 350
℃
temperatura
qədər qovulan
fraksiyalar ayrılır və bunlara açıq rəngli neft fraksiyaları deyilir. Hər bir
fraksiya istifadə olunma istiqamətləri ilə adlandırılır.Atmosfer təzyiqində
aşağıda göstərilən fraksiyalar ayrılır:
q.b. -
140
℃
benzin fraksiyası
140-180
℃
liqroin fraksiyası
140-220
℃
(180-240
℃
) kerosin fraksiyası
220-350
℃
dizel fraksiyası
(yüngül və ya atmosfer qazoylu, solyar distillatı)
Göstərilən fraksiyalar ayrıldıqdan sonra qalan hissə
mazut
adlanır.Mazut
atmosfer təzyiqində distillə olunmur. Mazut və ondan alınan
fraksiyalar tünd
rəngli fraksiyalar adlanır.
Mazutun distilləsi zamanı aşağıdakı yağ fraksiyaları alınır:
300-400
℃
yüngül yağ fraksiyası (transformotor distillatları)
400-450
℃
orta yağ fraksiyası (maşın yağları)
450-490
℃
ağır yağ fraksiyası (silindr distillatları)
Yağ fraksiyaları ayrıldıqdan sonra qalan hissə
qudron
adlanır.
Göstərilən
temperaturlar qalıq təzyiqdəki temperaturların nomoqram üzrə çevrilməsindən
alınmışdır.
Dostları ilə paylaş: