Dünya miqyasında müəyyən edilmiş neft ehtiyatı 90-95, proqnoza görə
isə 250-270 mld tondur. Göstərilən miqdarda neft dünyanın müxtəlif regionları
üzrə eyni paylanmamışdır. Dünyada ən iri neft yataqları Yaxın
və Orta Şərq,
Şimali Afrika, İran, İndoneziya ölkələrində,
həmçinin Şimali və Cənubi
Amerikanın bəzi rayonlarındadır. Azərbaycan da zəngin neft və qaz
ehtiyatlarına malikdir. Hesablamalara görə Xəzər
regionunun neft və qaz
ehtiyatları 51,2-57,1 mld ton təşkil edir. Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının
əsas hissəsi Xəzər dənizinin Azərbaycan sektoruna düşür. Müqayisə üçün
demək olar ki, Rusiyanin real neft ehtiyatı 6,605 mld ton, ABŞ –ın 3,1 mld ton,
Səudiyyə Ərəbistanın 35,224 mld ton, İraqın 12 mld ton təşkil edir. Göründüyü
kimi Səudiyyə Ərəbistanı müstəsna olmaqla İran
və ərəb ölkələri ilə
Azərbaycanın neft yataqları müqayisə olunandır.
Ümumi yataqların 5%-ni təşkil edən nəhəng yataqlardan çıxarılan neftin
miqdarı 85% təşkil edilir. 30 nəhəng neft yatağında olan neft ehtiyatı 500 mln
tondan çoxdur.
Sənaye miqyasında neftin yerin dərin laylarından çıxarılmasına XIX
əsrdə, lakin intensiv çıxarılmasına XX əsrin ikinci yarısından başlanmışdır.
1950-1972-ci illərdə hər 10 ildə neft hasilatı iki dəfə artmışdır. Lakin sonrakı
illərdə çıxarılan neftin miqdarı nəzərə çarpacaq dərəcədə azalmışdır.
Dünyada aşkar olunan təbii qaz ehtiyatı 60, proqnoza görə isə
200
trln m
3
– dir. Təbii qaz yataqlarından əlavə, başqa faydalı qazıntılarla
əlaqəsi olmayan qaz-kondensat yataqları da vardır ki, bunlardan hasil olunan
xeyli miqdar təbii qazın tərkibində müəyyən qədər
həll olmuş şəkildə maye
karbohidrogenlər də olur. Əsas təbii qaz yataqları olan ölkələrə - Qərbi Sibir,
ABŞ, Niderlandiya, Əlcəzair, İran və Orta Asiyanı misal göstərmək olar.
Dostları ilə paylaş: