kənardan gətirilən ozekeritdən istifadə olunsa da (qısa müddətdə), az sonra
ağır neftdən və qazdan istifadə olunmağa başlandı.
1863-cü ildə Cavad Məlikov Bakı şəhərinin özündə açıq səma altında ilk
distillə zavodunu inşa etdirərək yüksək keyfiyyətli kerosin aldı. 1869-cu ildə
onun qurğusu əsasında 23 zavod işləyirdi. Beləliklə, C.Məlikov Bakıda neftin
distillə prosesinin ilk yaradıcısı oldu.
Kerosinə ildən-ilə artan tələbata zəif inkişaf edən neftçıxarma sənayesi cavab
verə bilmirdi. Başqa sözlə, neftin əl ilə çıxarılması günün tələbini
ödəmirdi.Neftin buruq üsulu ilə çıxarılması isə hələ məlum deyldi. Bu üsulun
neft sənayesində nə vaxt tətbiq olunduğu hələ də dəqiq məlum deyil. Lakin
belə ehtimal olunur ki, buruq üsulundan ilk dəfə 1848-ci ildə Bakı yaxınlığında
Bibi-Heybətdə istifadə olunmuşdur.
XIX əsrin 70-ci illərinə qədər neftin emalında əsas məqsəd işıqlandırıcı kerosin
almaq olmuşdursa, həmin illərin sonundan neft sənayesində texniki
məhsullara,xüsusilə də yağlara və yağlayıcı məhsullara tələbat artmağa başladı.
Artıq Bakıda turş qudron, viskozin, sabun surroqatı, parafin və s kimi
məhsullar istifadə olunurdu. Bundan başqa naftalan neftindən- naftalan mazı
istehsal edən zavod fəaliyyətə başladı. Artıq 1908-ci ildə 760 pud (1pud-16,4kq)
naftalan mazı istehsal olundu. Mazın istehsalından alınan tullantıdan isə sürtkü
yağı kimi istifadə edilirdi. Alınan maz bütün xəstəliklərin dərmanı kimi dünya
miqyasında reklam olunurdu. Rusiyaya Almaniyadan gətirilən bu mazı
almanlar özlərinin müalicə preparatı kimi təqdim edirdilər. Bu zavod 1914-cü
ilin ikinci yarısına qədər fəaliyyət göstərirdi.
İşıqlandırıcı kerosin istehsalının ilk dövründə (1823-1883) yalnız periodik
distillə qurğularından istifadə olunurdu.
Dostları ilə paylaş: