Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   49
Neft-kimyası

 
A = 
(𝑽−𝑽𝟏) ∙𝟏𝟎𝟎
𝑽 ∙𝒅
 
V – götürülən benzinin həcmi, ml; V
1
– sulfolaşmayan hissənin həcmi,ml; 
d – həmin benzinin xüsusi kütləsidir. 
Neftin ikinci emalından alınan benzinlərin qrup tərkibini təyin etdikdə 
onun tərkibində olan doymamış birləşmələr nəzərə alınmalıdır.
Naften karbohidrogenlərinin miqdarını təyin etmək üçün, tədqiq olunan 
benzinin qaynama temperaturu intervalında qaynayan təmiz naften və 
parafinlərin anilin nöqtələrindən istifadə edilir. Sonra isə fərqə görə parafinlərin 
miqdarı hesablanır.
Mühazirə 7 
Neftin mənşəyi.Neftin mineral mənşəyi haqqında hipotezlər. 
 
Neftin mənşəyi 
Neftin mənşəyi haqqında müasir təsəvvürlər XVIII əsrdə və XIX əsrin 
əvvəllərində yaranmağa başlamışdır. 1757-ci ildə M.V.Lomonosov neftin üzvi 


mənşəyi haqqında hipotezin əsasını qoydu. Onun fikrincə, “yeraltı alovun”, 
“daşlaşmış kömürə” təsiri nəticəsində asfaltlar, neftlər və “daş yağlar” əmələ 
gəlmişdir. Neftin mineral mənşəyi haqqında fikri isə ilk dəfə 1805-ci ildə 
A.Qumbolt irəli sürmüşdür. 
Kimya elminin inkişafə və eləcə də tədqiqatçıların qeyri-üzvi maddələrdən 
karbohidrogenləri sintez etməsi, neftin mineal mənşəyi haqqında olan 
fərziyyələrin inkişafına səbəb oldu. 
Məhşur kimyaçı D.İ.Mendeleyev 1867-ci ilə qədər neftin üzvi mənşəli olmasının 
tərəfdarı olsa da o, təxminən 10 il sonra neftin mineral mənşəyi haqqında 
məlum hipotezini irəli sürdü. Hipotezin mahiyyəti ondan ibarətdir ki, neft 
yüksək temperaturda yerin dərin qatlarında metal karbidlərinin su ilə qarşılıqlı 
təsiri nəticəsində əmələ gəlir. 
Ötən əsrdə neftin mənşəyi haqqında müxtəlif fikirlər söylənilmişdir. Hazırda 
isə alimlərin əksəriyyəti neftin üzvi mənşəli olmasını daha əsaslı sayırlar. 
Bununla yanaşı, neftin mineral əsaslı olması hipotezinə üstünlük verən 
tədqiqatçılara da rast gəlmək olur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə