Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Neftin mineral mənşəyi haqqında hipotezlər



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   49
Neft-kimyası

Neftin mineral mənşəyi haqqında hipotezlər 
Neftin mineral mənşəli olması haqqında olan bütün hipotezlərin əsasını 
karbohidrogenlərin, kükürd- , oksigen- və azotsaxlayan neft kompanentlərinin 
sadə - CO, CO
2
, H
2
, C, CH
4
, H
2
O kimi ilkin maddələrdən və yüksək 
temperaturda radikallardan, həmçinin sintez məhsullarının yerin dərin 
qatlarındakı süxurların mineral hissəsi ilə qarşılıqlı təsirindən əmələ gəlməsi 
ideyası təşkil edir. 
D.İ.Mendeleyevin fikrincə, karbohidrogenlərin əsas əmələgəlmə prosesi 
yerin dərin qatlarındakı süxurlarda metal karbidlər ilə suyun qarşılıqlı təsiri 
hesabına gedir. Alınmış karbohidrogenlər yerdə olan çatlarla nüfuz edərək 
yuxarı qatlarda toplanır. Prosesin gedişinə baxaq: 
2FeC + 3H
2
O = Fe
2
O
3
 + C
2
H

yaxud ümumi şəkildə: 
MC
m
 + mH
2


 MO
m
 + (CH
2
)

Bu hipotezə görə əmələ gələn qazvari karbohidrogenlər yerin yuxarı 
soyuq qatlarına qalxaraq çöküntü süxurlarının məsamələrində kondensləşir. 


Ancaq o dövrdə yerin dərin qatlarında metal-karbidlərin olması məlum deyildi. 
Hazırda D.İ.Mendeleyevin metal-karbidlər haqqında fikri təsdiqləndi, yəni 
yerin aşağı qatlarında bir sıra metalların karbidləri (Fe
3
C, TiC, Cr
2
C
3
, WC, SiC ) 
tapılmışdır. Lakin yerin qatlarında onların miqdarının çox az olması, külli 
miqdarda karbohidrogenlərin bu yolla əmələ gəlməsinin izahını xeyli 
çətinləşdirir. 
1892-ci ildə N.A.Sokolov tərəfindən neftin kosmik mənşəyi haqqında hipotez 
irəli sürülmüşdür. Bu hipotezin mahiyyəti ondan ibarətdir ki, karbohidrogenlər 
sadə maddələrdən əmələ gəlmişdir,lakin bu proses yerin kosmik formalaşması 
mərhələsində baş vermişdir. Belə güman olunur ki, əvvəlcə əmələ gəlmiş 
karbohidrogenlər qaz halında olmuş, sonradan yerin formalaşması zamanı 
soyuyaraq süxurlar tərəfindən udulmuşdur. Karbohidrogenlər yerin soyumuş 
maqmatik süxurlarından ayrılaraq yerin daha yuxarı qatlarında toplanmışdır. 
Kometlərin quyruqlarında hidrogen və karbonun, eləcə də meteoritlərdə 
karbohidrogenlərin olması faktı bu hipotezin əsasını təşkil edir. Müasir 
məlumatlara əsasən Yupiter və Titanın atmosferlərində, eləcə dı qaz-toz 
buludlarında C
2
H
2
, C
2
H
4
, C
2
H
6
, C
3
H
8
, HCN, C
2
N
2
olması müəyyən edilmişdir. 
Meteoritlərdə bərk kömürlü maddələr, normal alkanlar, aminturşular tapılsa da 
onların mənşəyi haqqında məlumat yoxdur. 
XX əsrin birinci yarısında neftin mineral mənşəli olması hipotezi öz 
əhəmiyyətini itirdi. Onun üzvi mənşəli olmasına üstünlük verildi və əsasən bu 
istiqamətdə tədqiqatlar aparılmağa başlandı. 
Lakin 1950-ci ildən neftin mineral mənşəli olması hipotezinə yenidən maraq 
atmışdır. Buna səbəb çox ehtimal ki, neftin üzvi mənşəli olması 
konpensasiyasına lazım olan səviyyədə aydınlığın gətirilməməsi olmuşdur. 
O dövrdə N.A.Kudryavtsevin təsəvvürləri daha geniş yayılmışdır. Onun 
fikrincə neft və qaz yerin dərin qatlarında H
2
, CO, CO
2
, CH
4
qazlarının 
qarışığından 
və 
=CH, 
-CH 
,CH
3
kimi 
radikalların 
polimerləşmə 
reaksiyalarından alınır.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə