Məlumdur ki, sopropel slanslarını 150-170
℃
-ə qədər qızdırdıqda, üzvi
maddələrin zəif termiki parçalanması nəticəsində
ekstraktiv maddələrin
miqdarı artır. 200
℃
- də kifayət qədər, 370- 400
℃
-də 1saat müddətində
qızdırıldıqda isə üzvi slans maddələrin 60-80%-i həll olmuş şəklə düşür. Bu
zaman tərkibində neft karbohidrogenlərinin bütün siniflərini saxlayan çoxlu
miqdarda
asfalt-qatran birləşmələr, qazlar (CH
4
, H
2
S, CO
2
) və pirogenetik su
alınır.
Prinsipcə, təbiətdə də neftin əmələgəlməsi zamanı sopropel üzvi
birləşmələrin termiki (və ya termokatalitik) parçalanması yuxrıda göstərildiyi
kimi, zəif sürətlə gedir.
Daha dərin zonalarda (2500-3000m dərinliklərdə, 90-100-150
℃
)
sapropel üzvi
maddələrin termiki çevrilmə prosesinin istiqaməti prinsipial olaraq dəyişir.
Kerogendə karbonun miqdarının çox cüzi dəyişməsi, hidrogenin miqdarının
hiss olunacaq dərəcədə aşağı düşməsinə səbəb olur; xloroformenli
bituminoidin, həmçinin yüksəkmolekullu neft karbohidrogenlərinin (C
15
– C
45
)
qatılığı sürətlə və hiss olunacaq dərəcədə artaraq maksimuma çatır;
benzin
fraksiyası karbohidrogenləri (C
6
-C
14
) əmələ gəlir və onların da qatılığı
maksimuma çatır.
Üzvi maddənin qaz fazasında isə metanın homoloqlarından C
2
-C
5
-in qatılığı
maksimuma çatsa da metanın miqdarı hələlik çox az olur. Bu mərhələ
N.B.Vassoyeviç
tərəfindən
neftəmələgəlmənin
baş
fazası
(NBF)
adlandırılmışdır.
150-160
℃
temperatur zonasında NBF hətta 10-20 mln yaşında olan
“cavan” çöküntülərdə də həyata keçir. Göründüyü kimi, kerogenin molekulyar
quruluşunun
destruksiyası
nəticəsində
bitumoidin
və
neft
karbohidrogenlərinin əmələ gəlmə prosesi geoloji vaxt miqyasında laboratoriya
şəraiti ilə müqayisədə 2-2,5 dəfə aşağı temperaturda, bir neçə mln il ərzində
həyata keçir.
NBF-də çoxlu miqarda əmələ gələn
və həll olmuş bituminoz
komponentlər 82%C , 9,5-11%H ilə xarakterizə olunur və o miqdarca sapropel
slanslarının termiki parçalanması zamanı əmələ gələn bitumun tərkibinə
yaxındır.
NBF-də əmələ gələn qatran-asfalt və neft karbohidrogenləri qarışığı element,
qrup tərkibinə görə A.F.Dobryanskinin sopropel maddəsinin çevrilmə
mərhələsində aralıq məhsul kimi baxdığı asfaltlardır. Toplanan nəticələrə görə
neftəmələgəlmənin mənzərəsi elə bil ki, bu baxışlara tam cavab verir.
Ancaq
neftəmələgəlmə prosesinin sonrakı inkişaf istiqaməti A.F.Dobryanskinin
düşüncələrindən fərqlənir.
Karbohidrogenlərin ana neft gil süxurlarından onlara yaxın, məsaməli, su
ilə doymuş qum laylarına emiqrasiyası zamanı, əmələ gəlmiş qarışığın
tərkibindəki qatran-asfalt maddələrin, neft və qaz karbohidrogenlərinin
xromotoqrafik ayrılması baş verir. Tərkibində bitumoz maddələr olan gilli lay
özünü təbii xromotoqrafik kalon kimi aparır.Onlardan qum lay istiqamətinə nə
qədər çox elyuent keçsə (elyuent rolunu mütəhərrik qaz və aşağıda qaynayan
neft karbohidrogenləri oynayır), ilkin qarışığın
tərkibindəki qatran-asfalt
birləşmələrin və karbohidrogenlərin ayrılması bir o qədər tam baş verir. Qum
kollektoruna tərkibcə adi neftin tərkibində olduğu kimi 5-10% qatran-asfalt
birləşmələr saxlayan neft karbohidrogenlərinin qarışığı daxil olur. Bu isə artıq
təbii neft deməkdir.
Neftin gilli ana neft süxurlarından su ilə doymuş laylara sıxışdırılması
tədricən üzdə olan laylarda onun yataq əmələ gətirməsinə gətirib çıxarır.
Bununla da neftin əmələ gəlməsi və onun yataq kimi formalaşması başa çatır.
Neftin mənşəyi haqqında istənilən hipotez aşağıdakı əlavə faktları izah
etməlidir:
1.
Neftə həmişə dəniz mənşəli çökmə süxurlarında və ya onlara yaxın
süxurlarda təsadüf olunur
2.
Neftin tərkibi vaxt çərçivəsində bir qədər dəyişsə də, onların müxtəlif
nümunələri eyni karbohidrogen saxlayır
3.
Olefin karbohidrogenləri orqanizmlərdə geniş yayıldığı halda, neftdə onların
miqdarı çox cüzidir
4.
Süxur və onunla əlaqəli olan neftlərdə karbohidrogen qruplarının
nisbi
miqdarları müxtəlidir
5.
Kaynazoy və daha qədim süxurlar, müasir süxurlara nisbətən yüksək
qatılıqlı karbohidrogenlərlə zəngindir
6.
Neft kiçik molekul kütləsinə malik çoxlu karbohidrogenlər saxladığı halda,
canlı orqanizmlər və müasir çöküntülərdə bu tip karbohidrogenlərin
miqdarı azdır
7.
Müasir çöküntülərdə bu tip karbohidrogenlər başlıca olaraq tək saylı karbon
atomları ilə xarakterizə olunduğu halda, neft parafinləri eyni miqdarda həm
tək, həm də cüt karbon atomları saxlayır
8.
Məlumdur ki, neftdə 500-ə yaxın müxtəlif birləşmələrə
rast gəlmək olur və
onların təxminən üçdə birini qeyri-üzvi maddələr təşkil edir
9.
Neftin əksər birləşmələri 300
℃
-dən yüksək temperaturlada davamsızdır,
odur ki, neftin formalaşma tarixinin başlıca hissəsi aşağı temperaturlarla
əlaqədardır
10.
Neftdə olan kiçik molekul kütləsinə malik karbohidrogenlər ümumən neftin
tərkibinə nisbətən C
12
izotopu ilə zənginləşmişdir
Dostları ilə paylaş: