|
Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»Neft-kimyasıNeftin ilkin emalı
Neftin ilkin emalı fiziki proseslərə əsaslanır. Xam neft qazlardan , sudan və
mineral qarışıqlardan (qum, gil, mineral duzlar və s) təmizlənir. Sonra isə neft
fraksiyalı distilləyə uğradılır. Proses rektifikasiya kolonunda aparılır.
Fraksiyalı distillə (rektifikasiya) – qarışığın komponentlərə ayrılma prosesidir.
Neftin tərkibinə daxil olan karbohidrogenlərin əksəriyyətinin qaynama
temperaturları bir-birinə yaxın olduqlarından distillə zamanı saf maddələr
deyil, müəyyən temperatur intervalında qaynayan fraksiyalar alınır.
Borulu sobada 350-400
℃
-dək qızdırılmış neft rektifikasiya kolonuna daxil
olur. Rektifikasiya kolonunda deşikləri olan arakəsmlər üfüqi yerləşdirilmişdir.
Rektifikasiya kolonunda neftin tərkibində maye halda olan komponentlərin
fasiləsiz buxarlanması və kondensasiyası prosesi baş verir. Daha yuxarı
boşqablarda daha aşağı temperaturda qaynayan fraksiyalar, aşağıda isə daha
yüksək temperaturda qaynayan fraksiyalar toplanır. Neftin ilkin emalından,
əsasən aşağıdakı fraksiyalar alınır;
1) Qaz fraksiyası
(rektifikasiya qazı, qaynama temperaturu 40
℃ −
dək)
tərkibinə CH
4
-C
4
H
10
karbohidrogenləri daxildir. Əvvəllər bu qazlar məşəl üsulu
ilə yandırılırdı. Hazırda həmin qazlar ayrılaraq ynacaq və kimyəvi xammal
kimi istifadə olunur.
1)
40
℃
- dən 200
℃
- yədək toplanan fraksiya –
benzin
(
qazolin)
fraksiyasıdır. Bu fraksiyaya C
5
H
12
-dən C
11
H
24
– ə qədər karbohidrogenlər
daxildir. Ayrılan fraksiyanın sonradan distilləsi nəticəsində qazolin, təyyarə və
avtomobil benzinləri alınır.
|
|
|