Bildiyimiz kimi neft və neft məhsullarının tərkibində suyun olması, onun hansı
formada olmasından asılı olmayaraq xoşagəlməz hal hesab olunur. Təyinat
zamanı
neftin tərkibində su olduqda, onun fiziki xassələrinə təsir edir və
düzgün nəticələr alınmır. Neftin susuzlaşdırılması zamanı
ilk növbədə onun
tərkibində suyun hansı formada və nə miqdarda olmasından asılı olaraq,
mövcud üsulların bu və ya digərindən istifadə olunur. Tədqiqat üçün
götürülmüş neft nümunəsinin tərkibində suyun miqdarı
çox olduqda, onun
əsas hissəsi ayırıcı qıfda qalır, qalan hissəsi isə közərdilmiş CaCl
2
ilə ayrılır.
Ağır neftlərin susuzlaşdırılması əks soyuducu ilə təchiz olunmuş kolbada
qızdırılmaqla aparılır.
Son illər neft emulsiyalarını dağıtmaq üçün avtoklavdan daha çox istifadə
olunur. Neft nümunəsi avtoklavda 1 MPa təzyiqdə, 200-220
℃
temperatura
qədər tədricən qızdırılır. Seçilmiş şəraitdə neft-su emulsiyası parçalanır.
Tədqiqat məqsədli işlərdə götürülən neft nümunələrinin susuzlaşdırılmasında
deemulqatorlardan istifadə olunmur. Çünki proses zamanı neftin tərkibində az
miqdar
deemulqator qala bilər ki, bu da aparılan tədqiqatın nəticəsinə təsir
göstərə bilər.
Temperaturun təsiri ilə neft emulsiyasında su damcılarını
əhatə edən
parafin kristalları əriyir və müdafiə pərdəsi zəifləyir.Eyni zamanda müdafiə
pərdəsini yaradan naften turşularının və qatranlı
birləşmələrin neftdə həll
olmaları yaxşılaşır.Bütün hallarda suyun çökməsinə əlverişli şərait yaranır.
Neft sənayesində suyun neftdən ayrılması üçün dəyişən elektrik
cərəyanından geniş istifadə olunur. Sistemdən buraxılan
yüksək gərginlikli
dəyişən elektrik cərəyanı su molekullarını əks işarəli elektrik cərəyanı su
molekullarını əks işarəli elektrik yükü ilə yükləyir. Elektrik cərəyanının
istiqaməti dəyişdikcə, su molekullarının da istiqamətini dəyişməyə başlayır. Bu
zaman su damcılarının kürəvi şəkli dəyişərək uzanmış şəklə düşür. Nəticədə su
damcıları rəqsi hərəkətə başlayaraq, bir-birilə görüşür və emulsiyanın
dağılması üçün şərait yaranır.
Dəyişən elektrik cərəyanının
gücü nə qədər çox olursa, emulsiyanın
parçalanma sürəti də bir o qədər yüksək olur.
Dostları ilə paylaş: