Duzlar neftin tərkibinə əsas etibarı ilə mədən sularında həll olmuş şəkildə daxil
olur. Neftlərin susuzlaşdırılma prosesində duzların əsas
hissəsi su ilə birlikdə
ayrılır. Mədən sularının tərkibində olan duzların miqdarı çox geniş intervalda
dəyişir. Mədən sularının tərkibində olan duzların miqdarı çox geniş intervalda
dəyişir. Mədən sularının tərkibində Ca
2+
, Mg
2+
, Na
+
, K
+
- kationlarının və Cl
-
,
𝑆𝑂
4
2−
,
𝐻𝐶𝑂
3
−
,
𝐶𝑂
3
2−
- anionlarının miqdarı daha çox, başqa ionların miqdarı isə
az olur.
Neftin tərkibində duzların miqdarı dövlət standartlarından artıq olarsa,
korroziya prosesi və həmin duzların çöküntü əmələ gətirmələri nəticəsində
texnoloji avadanlıq və cihazlar qısa bir müddətdə sıradan çıxa bilər. Ona görə
də emala verilən neftlərin tərkibində olan duzların miqdarına
ciddi nəzarət
olunur.
Neft və neft məhsullarında olan duzların miqdarını təyin etmək üçün
mövcud kimyəvi və fiziki üsullardan istifadə olunur.
Kimyəvi üsul - neft və neft məhsullarında olan xloridlərin neftin
tərkibindən su ilə çıxarılaraq indikator
və ya potensiometrik üsulla
titrlənməsinə əsaslanır. Hər iki halda titrləmə gümüş-nitratla dövlət standartına
uyğun olaraq aparılır.
Son zamanlar konduktometrik və atom-adsorbsion üsullardan daha geniş
istifadə olunur. Konduktometrik üsul elektrik keçiriciliyinin həm sabit, həm də
dəyişəncərəyanla ölçülməsinə əsaslanır.Atom-adsorbsion üsuldan laboratoriya
tədqiqatlarında neftin tərkibində olan duzların miqdarını təyin edərkən geniş
istifadə olunur.
Neft və neft məhsullarında mexaniki qarışıqlar
Neftin tərkibində mexaniki qarışıqlar qaldıqda
onun molekul kütləsini,
sıxlığını,kokslaşmasını, kükürdün, azotun, mikoelementlərin və qatran-asfalt
birləşmələrinin miqdarını təyin edərkən düzgün nəticələr alınmır. Ona görə də
neft analiz edilməmişdən əvvəl onun tərkibində olan mexaniki qarışıqlar (qum,
asılqan
şəklində olan duzlar, gil mineralları, metal-oksidləri) çökdürmə və ya
süzmə yolu ilə ayrılmalıdır.
Mexaniki qarışıqlar neft məhsullarının tərkibinə əsasən neftin emalı
zamanı daxil olur. Emal zamanı boru və aparatlarda gedən korroziyanın
məhsulları, katalizator tozu, işlədilən gillərin hissəcikləri
və mineral duzlar
mexaniki qarışıq kimi neft məhsullarının tərkibinə daxil olur.
Neft ilkin emala verilməmişdən əvvəlonun tərkibində
olan mexaniki
qarışıqlar kənar edilməlidir. Əks halda mexaniki qarışıqlar sobanın və
istidəyişdirici aparatların borularının səthində çökərək, istilikkeçirmə əmsalını
kəskin aşağı salar və buna görə də yanacaq sərfi artar.
Mexaniki qarışıqların neft məhsullarında olması daha təhlükəlidir. Belə
ki, yanacaqlarda olan mexaniki qarışıqlar, yanacaq yollarının və süzgəclərin
məsamələrinin tutulmasına səbəb ola bilər. Sürtkü yağlarında olan mexaniki
qarışıqlar isə sürtünən səthlərin cızılmasına, sürtünən səthlərə gedən yağ
yollarının tutulmasına səbəb ola bilər.
Dostları ilə paylaş: