Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   49
Neft-kimyası

X
i
 = (S
i
A/m
2


 100 
Burada, S
i
– qaz karbohidrogeninin pikinin gətirilimiş sahəsi, mm
2
; A – 
normal heksana görə dərəcə əmsalı, q/mm
2
; m
2
– nümunənin kütləsi, q. 
Dərəcə əmsalı (A) isə aşağıdakı kimi tapılır: 
A = m
1
X/S 

 100 
Burada, m
1
– hazırlanmış nümunədən (normal heksan və dodekan qarışığı) 
xromotoqrafa verilən qarışığın ketləsi, q; X – hazırlanmış qarışıqda normal 
heksanın kütlə payı, %; S – normal heksanın pikin sahəsi, mm
2

Neft emulsiyalarının əmələ gəlməsində və stabilləşməsində səthi- aktiv 
maddələrlə yanaşı , neftdə kolloid hissəciklər şəklində , həll olmayan çox 
dispers bərk maddələrin də yüksək dərəcədə təsiri vardır.Belə maddələrə sülb 
parafinlərin mikrokristallarını, asfaltenləri, dəmir –sulfid və başqa mexaniki 
qarışıqları misal göstərmək olar.Göstərilən maddələr neft fazasında paylanmış 


kiçik su damlaları üzərində möhkəm mexaniki pərdə əmələ gətirir ki, suyun 
ayrılmaına imkan vermir. 
Neft-su emulsiyasının davamlılığına neftin fraksiya tərkibinin ,suyun 
tərkibində olan duzların qatilığınında təsiri vardır.Neftin tərkibində açıq rəngli
fraksiyaların miqdarı nə qədər çox olarsa ,neft-su emulsiyasının davamlılığı bir 
o qədər az olar.Bu. neftlə suyun xüsusi kütləsi arasındakı fərqin çox olması ilə 
izah olunur.Özlülüyü yüksək olan neftlərdə əmələ gələn neft-su emulsiyaları 
isə çox davamlı olur.Çünki,yüksək özlülüyə malik olan sistemlərdə su 
hissəciklərinin bir-biri ilə görüşərək iri su damlaları əmələ gətirməsi çətinləşir. 
Xam əmtəə neftindən fərqli olaraq,neft məhsullarının tərkibində istər 
həll olmuş istərsə də emulsiya şəklində olan suyun miqdarı çox az olur. 
Neft və neft məhsullarının tərkibində suyun miqdarı dövlət 
standartından(0.3%) artıq olduqda,neft emalı qurğularında yaranmış təzyiq 
hesabına partlayış , metal səthlərinin korroziyası,boru və aparatların daxili 
səthlərində ərpin əmələ gəlməsi və nəticədə istilik keçirmənin pisləşməsi və.s 
kimi xoşa gəlməz hallar baş verə bilər.Ona görədə neft və neft məhsullarında 
olan su emaldan əvvəl vəsfi və miqdarı təyin edilir. 
Mövcud vəsfi analiz üsulları neft və neft məhsullarının tərkibində həll 
olmuş emulsiya şəklində olan suyu aşkar etməyə imkan verir.Suyun vəsfi 
analizi şəffaflıq,Kliffor,reaktiv kağızı və çırtıltı kimi üsullarından istifadə 
etməklə aparılır.Bunlardan çırtıltıya görə suyun vəsfi analizindən daha çox 
istifadə olunur. 
Neft və neft məhsullarında olan suyun miqdarını təyin etmək üçün 
birbaşa Din və Stark,Fişer reaktivi ilə titrləmə,sentrifuqa,kalsium-hidrid kimi 
üsullardan istifadə olunur.Suyun birbaşa miqdarı təyinindən başqa,dolayı-İQ-
spektrofotometriya,kalorimetriya,konduktometriya və s.kimi üsullardan da 
istifadə olunur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə