nəticəsində C-C-əlaqəsinin uzunluğu 0,54nm,C-H-əlaqəsinin isə 0,109nm
olması
müəyyən
edilmişdir.Normal
şəraitdə
metan
sırası
karbohidrogenləri
tetraedr quruluşuna malik olub,onların qaz halında
valent bucaqlarının qiyməti 1090281,kristal quruluşunda isə həmin bucağın
qiyməti 20artıq olur.
Parafin karbohidrogenlərinin fiziki xassələri onların quruluşundan və
molekul kütlələrindən asılı olaraq nəzərə çarpacaq dərəcədə dəyişir.
Normal quruluşlu parafin molekulları maye fazada yaxşı qablaşdıqları
üçün onların qaynama tempraturu və sıxlıqları eyni sayda karbon atomu
saxlayan şaxəli parafinlərin qaynama temeraturu sıxlıqlarından yüksək
olur Parafinlərin molekul kütlələri artıqca onların şüasındırma əmsalları
,ərimə tempraturları və xüsusi kütlələri artır .Ərimə
tempraturu moleku
kütləsindən başqa onların qurluşundan da asılıdır .
Əvvəldə qeyd olunduğu kimi sülb parafinlər kristal quruluşa malik
olurlar.Kristal qəfəsində molekulların qablaşması onların qurluşundan asılı
olub,ərimə tempraturuna əsaslı dərəcədə təsir göstərir .Belə ki,molekul
simmetrik olduqda ,onun kristal qəfəsində yerləşməsi də asan olur və
nəticədə kristal qurluşu davamlı ərimə temperaturu yüksək olur .
Eyni sayda karbon atomu saxlayan üç sinif karbohidrogenlərdən parafinlər
daha çox hidrogen saxlayır və buna görə də onların
xüsusi kütləsi və
şüasındırma əmsallarının qiymətləri dah aşağı olur .Karbohidrogenlərin
bu xassələrindən təcrübədə analitik məqsədlər üçün istifadə olunur .
Parafinlər neftdə molekulyar və assosiosiya olunmuş vəiyyətdə olur
Mollekullararası qarşılıqlı təsir qüvvəsi onda birdən bir neçə kilocoula
qədər (bir molda )ola bilər.Bu qiymət kimyəvi əlaqələrin qırılması üçün
lazım olan enerjidən xeyli aşağıdır.İstər kiçik,istərsə də iri parafin
molekulları arasında qarşılıqlı təsir qüvvələri mövcuddur.Lakin
kiçik
molekullar arasında təsir qüvvələri o qədər kiçik olur ki,adi temperatuirda
onlar assosiasiya etmirlər.Assosiatın parçalanması üçün mühitin bir qədər
həlledici təsiri kifayətdir.Ona görə də benzin fraksiyasında assosiat aşağı
temperaturda (mənfi 70-100°C)müşahidə olunur.
Neft məhsulları üçün ən vacib parametrlərdən biri də onların yanma
istiliyidir.Naften
və
aromatik
sıra
karbohidrogenlərinə
nisbətən
parafirinlər daha çox hidrogen saxlayır.Buna görə də parafinlərin istilik
tutumu,yəni yanma istiliyi daha yüksək olur.Metanın yanma istiliyi
50107kC/kq,heksanın 45276kC/kq,eykozanın 44386kC/kq-dır.Parafinlərin
xüsusi kütləsinin aşağı olmasına görə onların həcmi yanma istilikləri,eyni
sayda karbon atomu saxlayan başqa sinif
karbohidrogenlərin yanma
istiliyindən yüksək olur.Molekulda karbon atomlarının sayı artdıqca
parafinlərin yanma istiliyi də artır.
Neft karbohidrogenlərinin istismar və texnoloji göstəricilərinin ən
əhəmiyyətlilərindən biri də onların özlülüyüdür.Parafinlərin molekul
kütləsi artdıqca onların özlülüyü (eyni temperaturda)artır.Lakin
parafinlərin özlülüyü başqa sinif karbohidrogenlərə nisbətən daha aşağı
olur.
Temperaturun
dəyişməsi
ilə
parafinlərdə
faza
keçidləri,yəni
kristallaşma,ərimə,bir kristal quruluşdan başqa quruluşa keçid,birfazanın
başqa fazada doyması və ya ifrat doyması baş verir.Bu dəyioşmələr
molekullararası qarşılıqlı təsirin təbiəti ilə izah olunur.
Sülb parafin molekulları nizamlanmış şəkildə
bir neçə kristal quruluş
əmələ gətirir.Kristallaşma prosesi iki mərhələdə baş verir.Kristal
mərkəzlərinin yaranması və bu mərkəzlərin böyüməsi.İkinci mərhələnin
özü də çox pilləli prosesdir.Bu propses müxtəlif səbəblərdən məs:mexaniki
gərginliyin yaranması nəticəsində istənilən aralıq mərhələdə dayana
bilər.Monokristallar xüsusi şəraitdə əmələ gəlir.Kristallaşmanın hər iki
mərhələsi
temperaturdan
çox
ciddi
asılıdır.Temperaturu
aşağı
saldıqda,kristal mərkəzlərinin yaranması üçün şərait yaranır və
molekulların mütəhərrikliyi azlır.Parafinlərin əksəriyyəti bir çox allotropik
modifikasiyalar-heksaqonal,triklinik,monoklinik
və ortarombiq kristallar
əmələ gətirir.
Parafin
karbohidrogenləri
çox
yaxşıdielektrikdir.Sülb
parafinlərin
dielektrik nüfuzluğu 20°C-də 2,2,xüsusi elektrik müqaviməti 10
15
-
10
18
Om.sm-dır.Buna görə də molekul kütləsi yüksək olan texniki parafin
qarışığından izoləedici kimi,radiotexnika və elektrotexnika sənayəsində
istifadə olunur.