Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   49
Neft-kimyası

Mühazirə 26 
Neftin heteroatomlu birləşmələri haqqında ümumi məlumat . Neftin 
oksigenli birləşmələri 
Bütün neftlərin tərkibində karbohidrogenlərlə yanaşı xeyli miqdarda
oksigenli, kükürdlü və azotlu birləşəmələrdə olur. Bunlara ümumi
şəkildə neftin heteroatomlu birləşmələridə deyilir. Bu sinif
birləşmələrin miqdarı neftin yaşı və mənşəyindən asılı olraq geniş
intervalda dəyişir. 
Kükürdün miqdarı 0,01-dən 5-7%-ə qədər olur,bu miqdar təxminən 0,1-
70% kükürdlü birləşmələrə uyğun gəlir.Az kükürdlü neftlərə-Markov 
mədənləri 
(İrkutsk 
vilayəti)-0,004%,Suraxanı-0,13%,Balaxanı-
0,19%neftlərini;kükürdlü və çox kükürdlülərə isə -Arlan-3,04%,Üç-kızıl-5-
7%və.s neftləri misal göstərmək olar. 
Neftdə oksigenin miqdarı 0,05%-dən 3,6%-ə qədər olur ki,bu da 0,5-40% 
oksigenli birləşmələrə uyğun gəlir.Oksigenlə zəngin neftlərə Suraxanı-


0,52%,Balaxanı-0,42%,Osinov(Perm 
vilayəti)-0,97%,Dolinsk(Ukrayna)-
0,97%mədənləri neftlərini misal göstərmək olar. 
Neftin tərkibində kükürd və oksigenə nisbətən azotun miqdarı az 
olur.(≤1,7%)MDB ölkələri neftlərində azotun miqdarı 0,01-dən (Markov 
neftləri)0,4% ə qədər olur.Üç –kızıl neftləri (0,82%)istisnalıq təşkil edir. 
Heteroatomlu birləşmələr neft fraksiyasında bərabər paylanmır. Onların
çox hissəsi əsasən ağır fraksiyaların, xüsusilə qartan - asfalt
birləşmələrin tərkibinə daxil olur. 400 - 450°C - dən yuxarıda qovulan
neft fraksiyasının növündən asılı olaraq tərkibini tam heteroatomlu
birləşmələrdən ibarət ola bilər. 
Küklürd və oksigen fraksiyalarında azotun isə müxtəlif neftlər üzrə 
paylanması 10.1-3 cədvəllərində verilir. 
Cavan neftlərin tərkibində qatran-asfalt birləşmələrinin miqdarı çox 
olduğundan onların tərkibində kükürd,oksigen və azotun miqdarı daha da 
artıq olur. 
Neftin tərkibində kükürdün miqdarı başqa heteroatomlu birləşmələrə 
nisbətən daha çox olur.MDB ölkələri neftlərinin bir qismi kükürd və 
azotun miqdarı daha çox olur.Bu elementlərin nisbətindən alınan orta 
qiymət,neftin mənşəyindən asılı olaraq~6,8%təşkil edir. 
Neftin heteroatomlu birləşəmləri arasında müəyyən miqdari asılılıq
vardır. Kükürdün miqdarı 1% - dən 3% - ədək artıqda əsasi xassəli
birləşmələrinə aid azotun miqdarı 0.025% - dən 0.07% - ədək artır. 
Qatran və asfaltenin miqdarı 30% - ə qədər artdıqda ümumi azotun
miqdarı 0.03% - dən 0.35% - ədək atrır. Kükürdün ümumi miqdarı ilə,
ümumi və əsasi azotun miqdarı arasında xətti asılılıq mövcuddur. 
Ümumiyyətlə neftin çıxarılma yerindən (bəzi hallarda hətta eyni 
mədəndən )və dərinliyindən asılıolaraq onların element və qrup 
tərkibləri,həmçinin fiziki-kimyəvi xassələri nəzərə çarpacaq dərəcədə 
fərqlənirlər. 
Neftin mineral komponentlərinə, neftdə olan duzlar, metal
kompleksləri, həmçinin kolloid dispres mineral maddələr aiddir. Bu
maddələrin tərkibinə daxil olan elementlərə (10­8%-dən 10- 2%-ə ədər)
mikroelementlər də deyilir. 


Neftin oksigenli birləşmələri: Neftin oksigenli birləşmələrinə −turşular, 
fenollar, ketonlar, efirlər və laktonlar, həmçinin furan və anhidrid 
birləşmələri aiddir. 
Neft 
fraksiyalarının 
qaynama 
temperaturu 
artdıqca, 
oksigenli 
birləşmələrinində miqdarı artır. Neftin oksigenli birləşmələrinin miqdarı 
onun geoloji və əlaqədar olduğu süxurun təbiəti ilə sıxı sürətdə 
əlaqədardır. 
Belə 
ki, 
müxtəlif 
neftlərin 
analizindən 
alınan 
ümumiləşdirilmiş nəticələrə əsasən müəyyən edilmişdir ki, oksigenin orta 
miqdarı (%-lə) 0,2-dən (paleozoy qalıqlarında) 0,4- dək (kaynazoy) artır. 
Karbonat süxurları ilə əlaqəli neftlərdə isə oksigenin miqdarı neftin yaşı 
artdıqca azalır. Amma qumdaşı ilə əlaqəli neftlərə nisbətən xeyli yaşlı 
karbonat süxurları ilə əlaqəli neftlərdə oksigenin miqdarı çox olur. 
Neftin oksigenli birləşmələri içərisində turşular və fenollar miqdarca daha 
çox olur. Bu birləşmələr turşu xassəsinə malik olduqlarına görə istər 
neftdən və istərsə də neft fraksiyalarından qələvilərin köməyi ilə ayrıla 
bilər. Bütün oksigenli birləşmələr kimi, turşu xassəli maddələrin miqdarı 
da neft yatağının dərinliyi və yaşı artdıqca azalır. 
İndiki dövrə qədər turşu və fenolların analitik ayrılma çətinliyi,neftin 
tərkibində onların hansı nisbətdə olması haqqında dəqiq məlumat verməyə 
imkan vermir.Turşuların fenollardan çox olması fikri (əvəllər qəbul 
olunmuş)son 
məlumatlara 
görə 
yalnız 
qədim 
neftlərə 
(palezoy)aiddir.Qədim neftlərdə turşuların miqdarı ()turş məhsullarına 
görə hesablanmış 52%-dən80%-ə,fenollar isə uyğun olaraq 20%-dən 48%-
dək dəyişir,orta yaşlı neftlərdə (mezazoy)turşuların miqdarı-58%,cavan 
neftlərdə (kaynazoy)isə 30-32%-dən çox olmur. 
Hələ də neytral oksigenli birləşmələrin (xüsusilə neftin ağır hissəsi) 
miqdarı haqqında dəqiq məlumat yoxdur.Çünki onların dəqiq ayrılma 
üsulu işlənib hazırlanmamışdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə