Neftin kükürdlü birləşmələri: elementar kükürd, hidrogen sulfid və
merkaptanlar
Kükürdlü birləşmələrə az və ya çox miqdarda bütün neftlərdə rast
gəlinir. Karbonat süxürları ilə əlaqəli neftlərdə
kükürdlü birləşmələrin
miqdarı daha çox olur. Qum daşı ilə əlaqəli neftlərdə kükürdlü
birləşmələrin miqdarı 2-3 dəfə az olur.1500-2000m dərinlikdə yerləşən
neftin tərkibində onların miqdarı maksimum olur.
Kükürdün miqdarına görə neftlər 4 yerə bölünür: kükürtsüz (0.2% - ə
qədər), az kükürdlü (0.2-1%) , kükürdlü (1-3%), çox kükürdlü (
˃
BB3%).
Dünyada çıxarılan kükürdlü neftlərin miqdarı
günü - gündən
artmaqdadı. Hazırda kükürdlü neftlər mineral yağların alınması üçün
demək olar ki, əsas xammaldır. Neftin oksigenli birləşmələri kimi,
kükürdlü birləşmələr də fraksiyalar üzrə bərabər paylanmır. Adətən
qaynama temperaturu artdıqca onların miqdarı da artır. Kükürdlü bir
neftin dar fraksiyalarında kükürdün paylanması :neftin özündə -1,86
%,2000C-ə qədər qaynayan fraksiyasında -0,25%, 200-3000C fraksiyasında
-1,33%,300-3500Ctemperaturda–1,84%,350-4500Ctemperaturda-
2,57%(yağfraksiyası).Başqa heteroatomlu birləşəmələrin
əsas hissəsinin
qatran - asfalt qalıqlarının tərkibinə daxil olmasından fərqli olaraq,
kükürdlü birləşmələrin xeyli hissəsi distillat fraksiyalarının tərkibinə
daxil olur.Məs Volqa-Ural və Qərbi Sibir neftlərində kükürdün 60%-ə
qədəri 450 0 C-ə ədək qaynayan fraksiyaların tərkibinə daxil olur .
Neftin
tərkibinə kükürd, həll olmuş elementar kükürd, hidrogen -
sulfid, merkaptanlar, sulfidlər, disulfidlər,
tiofenin törəmələri və
həmçinin də eyni molekulda kükürd-, oksigen-, azotsaxlayan
mürəkkəb birləşmələr şəklində daxil olur.Hazırda neftin yüngül və orta
fraksiyalarından göstərilən sinif birləşmələrdən 250-ə qədəri ayrılaraq
identifikasiya edilmişdir .Bu sahədə R.D.Obolentsev ,S.Q.Qusinski
,E.N.Korolyov
,İ.A.Rubinşteyn
,K.İ.Conson
,D.Smit,K.İ.Tomson
və
başqalarının işləri təqdirə layiqdir
Neft və neft distillatlarında hələ də tərkibi
üəyyən edilməmiş külli
miqdarda kükürdlü birləşmələr vardır.
Kükürdlü birləşmələri aktivliyinə və termiki stabilliolərinə görə üç
qrupa bölmək olar: merkaptanlar, hidrogen
- sulfid və elementar
kükürd; sulfidlər və disulfidlər; həlqəvi quruluşu kükürdlü birləşmələr.
Dostları ilə paylaş: