Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Elementar kükürd, hidrogen - sulfid və merkaptanlar



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

Elementar kükürd, hidrogen - sulfid və merkaptanlar

 Elementar kükürd
neftin tərkibinə həll olmuş (0,0001-0,1%-ə qədər ) 
şəkildə daxil olur. Hidrogen -sulfidə neftlərdə daha tez-tez təsadüf
edilir. Onun miqdarı təyin edilərkən neftin 1000C-dən yüksək
temperatura qədər qızdırılması zamanı az stabil olan küküdlü
birləşmələrin parçalanmasından hidrogen - sulfidin alınması nəzərə
alınmalıdır. Elementar kükürd və hidrogen - sulfid neftin bilavasitə
küküdlü birləşmələri hesab olunmur. Neftdə olan sərbəst kükürdün
hesabına da onun miqdarı arta bilər. 
Sərbəst kükürd ,hidrogen –sulfid və merkaptanlar müəyyən şəraitdə bir-
birinə çevrilir .Obolentsev və başqaları müəyyən etmişlər ki,elementar 
kükürdə yalnız əhəng daşı və ya sulfat-dolomit çöküntüləri ilə əlaqəli
neftlərdə təsadüf edilir. Neftin tərkibində sərbəst kükürd və hidrogen - 
sulfidin miqdarı çox az olduğundan onlar xammal kimi əhəmiyyət
kəsb etmirlər. Lakin istər kükürd və istərsə də hidrogen - sulfidin
metallara qarşı çox aqressiv olmaları, onların az miqdarının belə
nəzərə alınmasını tələb edir. 
Merkaptanların
(tiollar və ya tiospirtlər) miqdarına görə neftlər
merkaptanlı və merkaptansız neftlərə bölünür. Birinci neftlərə əhəng
süzgəcləri ilə əlaqəli parafinli neftlər, ikinci neftlərə qumdaşı
kollektorlarında yığılan neftlər aiddir. Merkaptanlar distillə zamanı
əsasən benzinin və az miqdarda kerosin fraksiyasının tərkibinə daxil
olur. Fraksiyada olan kükürdlü birləşmələrin miqdarının 40 - 50% - dən
70 - 75% - ə qədər merkaptanların payına düşür. Fraksiyanın qaynama
temperaturu artdıqca onların miqdarı kəskin azalır, 3000C - dən
yuxarıda qaynayan fraksiyalarda isə praktiki olaraq olmur. 
Ümumiyyətlə neftin tərkibində merkaptanların miqdarı az olur. Lakin
elə neft və qaz kondensatlar vardır ki, onların tərkibində
merkaptanların miqdarı daha çox olur.Məs İrkutskvəOrenburq 
yataqlarından çıxarılan qaz kondensatlarının tərkibində olan 0,96-1,24% 


ümumi kükürdün 0,96 -0,97%-i merkaptan kükürdüdür . Hazırda
molekulunda 1 - dən 8 - ə qədər karbon atomu saxlayan 50 - dən çox
müxtəlif quruluşlu merkaptanlar ayrılmışdır. Onlardan 40 - ı
alkilmerkaptanlar, 6 - sı tsiklomerkaptan və tiofenollardır. 
Alkilmerkaptanların quruluşunda olan maraqlı xüsusiyyət ondan
ibarətdir ki, SH - qrupu əsas etibarı ilə ikili və üçlü karbon atomuna 
(çox az hallarda birli) birləşmiş olur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə