Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


) karboidlər - karbon - sulfiddə həll olmayan maddələr



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

1) karboidlər - karbon - sulfiddə həll olmayan maddələr;
2) karbenlər - karbon - sulfiddə həll olan, lakin dördxlorlu karbonda
həll olmayan maddələr;
3) asfaltenlər - göstərilən həlledicilərdə həll olan, lakin aşağı
temperaturda qaynayan yüngül parafinlərdə həll olmayan maddələr; 
4) maltenlər - aşağı temperaturda qaynayan parafinlərdə həll olan
maddələr. 
Karbon və karboidlər neft və bitumun tərkibində olmur. Onlar təbii
asfaltitlərin tərkibində olur.
 
Maltenlər adsorbsion xromatoqrafda (silikogel və ya alüminium oksid 
üzərində)yenidən 

fraksiyaya 
ayrıllır:parafin-naften,mono-,bitsiklik 
aromatik birləşmələər,toluol və spirt-toluol qatranı.Bəzən birinci fraksiya 
(parafin-naften)karbamid və tiokarbamidlə kompleks əmələ gətirmələrinə 
görə n-parafin,izoparafin və politsiklanlara ayrılır.İlk üç fraksiya yağ 
fraksiyalarının komponentləri olub,distillə zamanı qalığın (qatran-
asfalten)tərkibinə daxil olurlar.Bunların sıxlığı vahiddən kiçikdir,molekul 
kütləsi 400-600intervalında dəyişir. 


Qatran maddələr, yağ fraksiyasına daxil olan maddələrlə asfalten
maddələr arasında aralıq yer tutur.Qatranlar əmtəə məhsulu kimi yaxşı 
öyrənilməmişdir.Asfaltenlərlə əlaqədar son vaxtlar kifayət qədər məlumat 
əldə edilmiş,lakin qatranlar haqqında olan məlumatlar isə çox 
məhduddur.Sonuncu,ola 
bilsin 
ki,onların 
çətin 
ayrılması 
ilə 
əlaqədardır.Qatranlar özlü maye və ya amorf bərk kütlə olub, rəngi 
tünd - qəhvəyidən tünd - boz rəngə qədər dəyişir, xüsusi kütləsi isə
vahiddən bir az çox olur. Qeyri - stabil maddələr olub, asanlıqla
asfaltenlərə çevrilirlər. Ona görə də qatran maddələrə
protasfaltenlər(asfaltenlərin törədiciləri) də deyilir.Qatranların dispersliyi 
asfaltenlərdən daha çoxdur.Qatran və asfaltenlər çətin ayrılan hibrid 
quruluşlu yüksək molekullu birləşmjələrdən ibarətdir.Ona görə də 
molekulların keçid ölçüləri ilə əlaqədar «yüngül»asfalten, «ağır»və 
«yüngül» qatran terminləri işlədilir.Ümumiyyətlə yüksək molekullu 
birləşmələr kimyasında molekul kütləsinə görə oliqomerlər ilə polimerlər 
arasında kəskin sərhəd qoymaq çətin olduğu kimi,qatranlar ilə asfaltenlər 
arasında da elə bir kəskin sərhəd qoymaq olmur.Ancaq polimerlərdə 
polidisperslik yalnız kütləyə görə,qatran-asfaltenlərdən polidisperslik həm 
kütləyə və həm də manqalların element tərkibinə görədir. 
Asfaltenlər üçün ən geniş yayılmış meyar,onların aşağı temperaturda 
qaynayan parafinlərdə həll olmamasıdır. 
Parafinlərdə (C5-C8)həll olmayan,neftin heteroatomlu birləşmələrindən 
təşkil olunan molekullararası qarşılıqlı təsirin yaranmasında əhəmiyyət 
kəsb edən,lazımi molekul kütləsinə və molekul düzümlü quruluşun 
yaranmasına imkan verən aromatiklik dərəcəsinə malik olan maddələr 
asfaltenlərə aid edilir. 
Qatran molekullarının karbon skleti kondensləşmiş sistemdən ibarətdir və 
ola bilsin ki,5-6-ya qədər həlqədən 2-4-ü aromatik həlqənin,qalan hissəsi 
isəə tsiklik parafinlərin payına düşsün. 
Heteroatomlarının əsas kütləsi tsiklik quruluşa,az bir hissəsi isə körpü 
formasında molekulun ayrı-ayrı struktur fraqmentləri arasına daxil 
olur.Bu,müxtəlif neft qatranlarının seçici hidrogenləşməsi üsulu ilə sübut 


olunmuşdur.Hidrogenləşmə nəticəsində ilkin qatranın molekul kütləsin ə 
yaxın məhsullar alınır. 
Spirt-toluol qatranının molekul kütləsi artıqca onun tərkibində kükürd və 
azotun miqdatrı azalı,oksigeni isə artır. 
Əksər tədqiqatçılar hesab edirlər ki,kükürd nefrft qatranlarının tərkibinə 
alitisiklik və aromatik həlqələrlə kondensləşmiş tiofen və tetrahidrotiofen 
həlqələri formasında daxil olur.Azot isə əsas etibarilə pirrol törəmələrinin 
tsiklik fraqmentlərlə kondensləşməsi və həmçinin porfirin kompleksləri 
şəklində daxil olur.Metalların neft qatranının tərkibinə daxil olmasında 
porfirinlər əsas rol oynayır.Neftin qattran birləşmələrinin əsas hissəsini 
eyni zamanda iki müxtəlif heteroatom:oksigen və azot,oksigen və kükürd 
saxlaması təsəvvür olunur.Üçheteroatom saxlaması isə az ehtimallıdır. 
Son vaxtlara qədər qatranların tərkibi və quruluşu lazımi qədər 
öyrənilməmişdir.Həlledicilərin polyarlığına görə qatranların ayrılması 
onun tərkibi haqqında hələ lazımi qədər məlumat əldə edilməsinə imkan 
verməmişdir.Bunun üçün kompleks fiziki-kimyəvi üsullardan istifadə 
olunması tələb olunur. 
Hələ çoxdan qatran molekullarının “orta”quruluş modelinin verilməsilə 
əlaqədar səylər göstərilmişdir.Belə ki,Sergienko 1964-cü ilə qədər “orta 
”model variantını vermişdir: 
Bu model,müxtəlif fiziki-kimyəvi üsullarla ayrı-ayrı xarici neftlərin 
tədqiqindən alınmış nəticələrə əsaslanan müasir təsəvvürlərə uyğun gəlir. 
Neftin qatranlı birləşmələrinin kimyəvi xassələri də ümumi şəkildə
məlumdur. Qatranlar qeyri - stabil maddələr olub, havanın oksigeni ilə
hətta normal temperaturda oksidləşərək sıxlaşma prosesinə məruz
qalır və asfaltenlərə çevrilir. Proses hava daxil olmadan 260 - 3000C
temperaturda da gedir. Bu zaman qatranın bir hissəsi tərkibi və
quruluşu ilə ilkin qatrandan fərqlənən asfaltenlərə və ya aralıq
maddələrə çevrilir. 
Qatranlar asanlıqla sulfolaşaraq sulfat turşusunun tərkibinə keçir
yanacaq və yağların sulfat turşusu ilə təmizlənməsi üsulu və eyni
zamanda qatranların analitik təyini onların asanlıqla sulfolaşmasına
əsaslanır. 


Qatranlar hələ sənayedə geniş tətbiq sahəsi tapmamışdır.Onların linoleum 
və azbest qatran plitələrin hazırlanmasında əlaqələndirici komponent 
kimi,həmçinin soyuq bitum mastikaların hazırlanmasında səthi-aktiv 
maddələr kimi istifadə olunma imkanı barəsində məlumat vardır.Bituma 
qatran əlavə etdikdə onun yumşaqlıq və yapışqanlıq xassələri yaxşılaşır.
Qatranların tərkibinə bir çox qüvvətli antiseptik xassəli maddələr
daxildir. Buna görə də qatran maddələrdən hidroizolyasiya
materiallarına əlavə etdikdə, onun bakteriyalarının təsirindən
parçalanması prosesi xeyli zəifləyir.Ən vacib məsələlərdən biri də
qatranların tərkibindən porfirin komplekslərinin çıxarılmasıdır. Çünki
belə komplekslər sənayedə yeni növ effektiv katalizator kimi istifadə
oluna bilər. 
Qatranların fərqləndirici əlamətlərindən biri, onun molekulunda
heteroatomun olmasıdır. Belə ki, kükürd atomun tiofen, azot atomu
pirrol və ya piridin formasında tsiklik aromatik quruluş vahidlərinə
daxil olur.Fraqmentin həmin aromatik tsiklik hissəsi heteroaromatik 
olur.Qatran molekulları daha çox bifraqmentar olur,özü də hər fraqment 
iki kondensləşmiş aromatik həlqə saxlayır. 
Spirt-toluol qatranı öz növbəsində kənarlarında oksigensaxlayan qrupların 
olması ilə fərqlənirlər. Spirt-toluol qatranları daha çox bifraqmentar olur. 
Oksigensaxlayan qrupların olmasına görə spirt-toluol qatranlarıçox 
assosiasiya etməyə meylli olurlar,çox ehtimal ki,elə buna görə də bu 
qatranlar öz-özünə asfaltenlərə çevrilirlər.Qatranlardan bir çox metalların 
kompleks birləşmələri ayrılmışdır. 
Asfaltenlər - amorf, bərk, tünd - boz və ya qara rəngli maddələrdir. 
Qızdırıldıqda ərimir, 3000C temperaturda plastik kütləyə çevrilir, daha
yüksək temperaturda isə qaz, maye məhsullar, bərk qalıq əmələ
gətirməklə parçalanır. Asfaltenlərin xüsusi kütləsi vahiddən yüksəkdir. 
Asfaltenlər kimyəvi tərkibilə əlaqədar assosiasiya etməyə meyillidir.
Buna görə də onların molekul kütlələri təyin üsulundan asılı olaraq
bir neçə tərtibdə(2000-dən 140000-əqədər) dəyişə bilər. Hazırda
asfaltenlərin molekul kütləsini təyin etmək üçün ümumi qəbul
olunmuş üsullardan - naftalində krioskopikiyadan və çox


durulaşdırılmış məhlulda osmometriyadan istifadə olunur. Asfaltenlərin
bu üsullarla təyin olunmuş molekul kütləsi ~ 2000 olur. 
Asfaltenlər başqa kompanentlərədən kəskin fərqlənirlər. Belə ki, onların
fraqmentləri üç aromatik və ya heteroaromatik həlqəyə malik olub, 
molekulu 4-5 fraqmentdən ibarətdir. 
Neftdə və onun qalıqlarında n-parafinlərə ayrılımış,molekul kütləsi 
nisbətən aşağı,başqa növ asfaltenlərə də təsadüf edilir.Bu maddələr üç 
aromatik həlqə (quruluş fraqmenti)deyil,daha çox heteroatom və polyar 
qruplar saxlayır(məsələn,asfoltogen turşuları). 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə