temperaturu 200°C-dənyuxarıdır.Bu turşular əsas etibarilə normal və ya az
şaxələnmişquruluşda
olurlar.Alifatik
turşular,həmçinin
yuxarı
temperaturda qaynayan fraksiyalarda da olur.Son illərə qədər neftdən
molekulunda 25-ə qədər karbon atomu saxlayan
bütün normal quruluşu
turşular ayrılmışdır.Nisbətən yüksək qaynama temperaturlu neft
fraksiyalarında iki və daha çox metil qrupu
saxlayan şaxəli quruluşu
alifatik turşuların da olması müəyyən edilmişdir.Ç ox sayda metil qrupu
saxlayan alifatik turşulardan ən maraqlıları
izoprenoid quruluşa malik
turşulardır.
Alifatik sıra turşularının quruluşu həmin fraksiyanın tərkibində olan
parafinlərin quruluşu ilə sıx surətdə əlaqədardır.
Alitisiklik turşuların miqdarı naften əsaslı
neftlərdə daha çox,parafinli
neftlərdə isə az olur.Kükürdlü neftlərdə isə onlar yox dərəcəsindədir.Bu
turşuların miqdarı müxtəlif neftlərdə müxtəlif olub,0,03-3,0% intervalında
dəyişir.
Neft fraksiyalarının qaynama temperaturu artdıqca alitsiklik turşuların
miqdarı (müəyyən fraksiyaya qədər )artır.Maşın yağı fraksiyasından sonra
isə onların miqdarı azalmağa başlayır.Bu hal distillə zamanı alitsiklik
turşuların parçalanması ilə əlaqələndirilir.Neftin
orta və yüksək
fraksiyalarından ayrılan turşular əsasən naften turşularından ibarət olur.
Naften turşularını ilk dəfə 1874 –cü ildə Eyxler kerosin fraksiyasını
qələvilərlə təmizləyərək müəyyən etmişdir.Uzun müddət “naften
turşuları”terminləri “neft turşuları”termini ilə eyniləşdirilmişdir.Bu
müəyyən dərəcə də onunla izah olunur ki,əvəllər
neft çox da dərin
olmayan laylardan çıxarılmış və bunlar əsasən cavan naften əsaslı neftlər
olmuşdur.Həmin neftlərdə olan bütün turşuların ümumi cəminin 90-95%-i
naften turşularının payına düşür.Buna görə əvəllər
neftin tərkibində olan
turşulara “naften turşuları”deyilmişdir.
Neftin qatran-asfalt hissəsində oksigendən başqa kükürd və azot saxlayan
asfaltogen turşuları da vardır.Hələ onların quruluşu müəyyən
edilməmişdir.
Dostları ilə paylaş: