Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


)Düz və şaxələnmiş alifatik sıra merkaptanları (tiollar)



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

1)Düz və şaxələnmiş alifatik sıra merkaptanları (tiollar): 
2)Beş və altıüzvlü tsiklik merkaptanları 
3)Aromatik sıra merkaptanları
4)Daha mürəkkəb qarışıq qurluşlu merkaptanlar 
Bütün merkaptanlar, xüsusilə onların kiçik nümayəndələri çox kəskin
xoşa gəlməyən pis iylidirlər 
Merkaptanlar yüksək reaksiyayagirmə qabiliyyətinə malik
birləşmələrdir. Onlar zəif turşu xassəsinə malik birləşmələr olduğuna
görə ağır metalların oksidləri və qələvilərlə qarşılıqlı təsirdə olaraq
uyğun merkaptidlərə çevrilirlər: 
Merkaptanların molekul kütləsi artdıqca onların əmələ gətirdiyi
merkaptidlərin suda hidrolizi asanlaşı. Buna görə də yüksək
molekul kütləli merkaptanların neft və neft məhsullarından
qələvilələrin köməyilə ayrılması çətinləşir. Merkaptanlar aşağı 
temperaturda (250C) zəif oksidləşdiricilərin təsirinə məruz qalaraq
disulfidlərə çevrilir. 
Merkaptanlar neft və neft məhsullarının tərkibində əmələ gələn
hidroperoksidlərin təsiri ilə asanlıqla oksidləşir və nəticədə uyğun
sulfoturşu və spirt alınır: 
Merkaptanlar kauçuk istehsalında polimerləşmə prosesində
tənzimləyici kimi tətbiq olunur. Onların bəzi törəmələri o cümlədən
amintiollar polimerlərin oksidləşməsinin qarşısını almaq üçün
stabilləşdirici 
kimi 
tətbiq 
olunur.3,5-Ditretbutil-4-
hidroksibenzilmerkaptan yüksək keyfiyyətli antioksidləşdirici kimi reaktiv
yanacaqlarına əlavə olunur . 
 


Mühazirə28 
Neftin azotlu birləşmələri 
Neftin tərkibində azotun miqdarı çox nadir hallarda 1% - dən çox
olur. Neftin yerləşdiyi layın dərinliyi və yaşı artdıqca azotun miqdarı
azalır və bu miqdar neftin təmasda olduğu süxurların təbiətindən az
asılıdır.Azotun miqdarı çox olan neftlər daha cavan hesab olunur 
Heteroatomlu kompanentlər içərisində azotlu birləşmələr ən az
öyrənilmişdir. Bu birləşmələr iki qurupa bölünür: neytral və əsasi
xassəli. Bunlardan sonuncular mineral turşularla asanlıqla ayrıldığından
daha yaxşı öyrənilmişdir. Azotlu birləşmələrin az hissəsini - əsasi, çox
hissəsini isə neytral azotlu birləşmələr təşkil edir. Əsasi xassəli azotun
ümumi azota olan nisbəti Azərbaycan neftlərində 29 - 32% - ə, Qərbi 
Sibir neftlərində 8 - 30%- ə, Saxalin neftlərində isə 44% - ə çatır. Azotlu
bitləşmələrin əsas hissəsi ağır fraksiyaların və xüsusi ilə ağır qalıqların
tərkibinə daxil olur. 
Yağ fraksiyalarında əsasi xassəli birləşmələrin miqdarı ümumi azotun 
24,1-37,3% -ni təşkil edir Lam Bankası yatağının parafinli neftinin 450 0 C 
temperatura qədər qaynayan yağ fraksiyalarında azotun miqdarı 4,1-8,4%-
ə qədər azalır .450 0 C dən yüksəkdə qaynayan fraksiyalarda əsas etibarı 
ilə neytral azotlu birləşmələr toplanır ki, bunlar ümumi azotun 72,5-
86,1% -ni təşkil edir . 
Yağ fraksiyaları təmizlənərkən onun tərkibində olan azotlu birləşmələr 
ayrılır. Əmtəə yağlarında onların yalnız izi qalır. Azotlu birləşmələrin
yağların istismar xassələrinə təsiri demək olar ki, öyrənilməmişdir. 
Eyni zamanda bir çox azotlu birləşmələrin ( aminlər) yağın
oksidləşməsinin qarşısını alma xassəsi də məlumdu. 
Yanacaqların tərkibinə daxil olan azotlu maddələr başqa sinif
birləşmələrlə birlikdə yanma prosesinə məruz qalır. Azotlu birləşmələr
də kükürtlü birləşmələr kimi yanarkən atmosferi çirkləndirir ( azot
oksidlərilə). 
Hazırda neft onun fraksiyalarından 50 - dən çox əsasi xassəli fərdi
azotlu birləşmələr ayrılmışdır. Bunlara - mono -, di - və


trimetilpiridinlər və ya metilxinolinlər, həmçinin onların metil qrupu
ilə yanaşı etil -, propil -, həmçinin izopropil -, butil -, tsiklopentil və
başqa törəmələri aiddir. Mraqlıdır ki, tapılmış bütün di - , tri - və
tetraalkilxinolinlərdə əvəzedici 2-, 3-, 4- və 8- vəziyyətlərdə olur və
metil qrupuna yalnız 2 -, 3 - vəziyyətlərdə rast gəlmək olur. 
Anilinin homoloqlarına daha az təsadüf olunur .Məsələn ,Arlan
neftlərinin dizel fraksiyasında 34% mono-və dimetilanilinlər aşkar 
edilmişdir .Akridin qurluşlu birləşmələrə çox az təsadüf edilir : 
Kaliforniya neftlərində pridinin tetratsiklik törəmələri aşkar edilmişdir : 
Hazırda daha ətraflı öyrənilən maraqlı növ azotlu birləşmələr neft 
porifirinləridir.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə