Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

Porfirin
–dörd metin qrupu ilə birləşmiş dörd pirol 
həlqəsindən ibarətdir .Polifirinlər neftin tərkibinə vanadil (VO2+)və nikel 
kompleksləri şəklində daxil olur .Bu kompleks neftdə daha çox 
monomolekulyar birləşmə formasında iştirak edir : 
Bu birləşmə R1-R8 alkil əvəzediciləri ilə fərqlənirlər.Kənarlarda pirrolla 
kondensləşmiş və ya alkiltsiklonaften saxlayan başqa növ profirinlərə də 
rast gəlmək olur. 
Porfirinlər,neftin 
polyar 
həlledicilərlə(asetonitril,piridin,dimetilformamid,fenol və.s.)ekstraksiyası 
ilə nisbətən asan ayrılır . 
Yuxarıda qeyd olunduğu kimi,porfirinlər neftin tərkibinə yalnız vanadium 
və nikel kompleksləri şəkildə daxil olur. Porfirinlər hemoqlobin və 
xlorofillərin tərkibində kompleks birləşmə kimi olur.Fərq ondan ibarətdir 
ki,neftdə olıan porfirin komplekslərində vanadium və nikelin əvəzinə 
xlorofillərdə -maqnezium,hemoqlobində isə dəmirolur. 
Neftin porfirin kompleksləri fotoaktiv olub ,oksidləşmə -reduksiya 
reaksiyalarını sürətləndirmə qabiliyyətinə malikdir.Buna görə də belə 
güman edilir ki,porfirin kompleksləri neftin əmələ gəlməsində və 
hidrogenin yenidən paylamasında aktiv iştirak edir.Bu komplekslər əsasən 
neftin qatran-asfalt qalıqlarının tərkibinə daxil olur.Vanadilporfirin 
kopmpleksləri yağ və daha yüngül fraksiyaların tərkibində də olur. 
Neftin tərkibində porfirinlərin azot saxlayan turşularının olması neftin 
bitki və heyvan qalıqlarından əmələ gəlməsi fikrini söyləməyə imkan verir. 


Əsas xassəyə malik olan azotlu birləşmələr turşularla uyğun duz əmələ 
gətirir.Kükürdlü və oksigenli birləşmələrə nisbətən azotlu birləşmələr 
termiki stabil birləşmələrdir.Bunlar neft yanacaqlarının tərkibində 
oksigensiz mühitdə 475-500°Ctemperaturadək davamlıdır.Yanacağın 
tərkibində olan azotlu birləşmələr havanın oksigeni ilə təmasda olduqda az 
davamlı kükürdlü birləşmələrlə yanaşı,qatrana və çöküntüyə qədər 
oksidləşirlər. Neft distillatlarının hidro təmizlənməsi zamanı azotlu
birləşmələr karbohidrogenlərə bə azota qədər reduksiya olunurlar. 
Neytral azotlu birləşmələri tədqiq etmək lazım gəldikdə, mülayim
şəraitdə reduksiya üsulundan istifadə edilir. Bu zaman neytral xassəli
birləşmələr əsasən üçlü aminlərə qədər reduksiya olunur. Əsasi
xassəli birləşmələr isə reduksiya olunmur. Azotlu birləşmələr də
kükürd və oksigenli maddələr kimi, bəzi kompleksəmələgətiricilərlə
kompleks əmələ gətirmə qabiliyyətinə malikdir. Buna görə də bu üsul
azotlu birləşməlrin ayrılması üçün selektiv üsül hesab olunmur. Buna
baxmayaraq, bəzi hallarda bu üsulla emaldan əvvəl zərərli azotlu
birləşmələri ayırmaq olur. 
Ümumiyyətlə azotlu birləşmələrin sənayə miqyasında ayrılması üçün 
hələ də səmərəli üsul işlənib hazırlanmamışdır Fenolla selektiv ekstraksiya 
–azotlu birləşmələrin ayrılma üsullarından biri hesab olunur .Azotlu
birləşmələrin də neftin tərkibindən çıxarılması və öz tərkib hissələrinə
ayrılması ən vacib məsələlərdən biri hesab olunur. Belə ki, azotlu
birləşmələr xalq təsərrüfatının müxtəli sahələrində tətbiq olunan
maddələrin alınmasında qiymətli xammaldır. 
Neft porifirinlərindən polimerləşmə proseslərində tənzimləyici kimi
onların kobalt duzları ilə kompleksindən isə zəncirin ötürülməsindən 
istifadə olunur . 
Neft porfirinləri işığa qarşı həsasdır və örtük əmələ gətirmə qabiliyyətinə 
malikdir . 
Piridin sırası birləşmələri korroziyaya qarşı effektiv əlavə kimi 
işlədilir.Bundan başqa yüksək kükürdlü mazutlar yandırılarkən göstərilən
birləşmələr qurğuların korroziyasının qarşısını müəyyən qədər alır . 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə