Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

 


 
 
 
 
Mühazirə 29 
Qatran asfalten maddələr
 
Qatran -asfalten maddələr (QAM) müəyyən üzvi birləşmlər sinifinə
aid olmayan hibrid quruşlu, mürəkkəb qarışıqdan ibarətdir. QAM - ın
molekullarının tərkibinə kükürd, azot, oksigen və hətta bəzi metallar
da daxil olur . Neftin distilləsi zamanı qalıqdan fraksiyaların çıxarılma
dərəcəsindən və neftin təbiətindən asılı olaraq ağır neft qalıqlarında 
QAM-ın miqdarı 40%-dən 60-70%-ə qədər dəyişir. Aromatik,
aromatik - naften əsaslı cavan neftlər QAM - la daha zəngin olur. Belə
neftlərə Qazaxıstan, Orta Asiya, Başqırdıstan və s. mənşəli neftləri
misal göstərmək olar.Qədim parafin əsaslı neftlərdə bir qayda 
olaraq,qatranın 
miqdarı 
0,1%-dən 
2-4%ədək 
olur.Belə 
neftlərə 
Suraxanı,Bibiheybət neftlərini və.s. misal göstərmək olar.Bu neftləri 
tərkibində isə onların miqdarı bir neçə faizdən artıq olmur. 
Distilləni 450-500°Ctemperatura qədər apardıqda qqalıq-qudronun 
tərkibində olan birləşmələrin molekul kütləsi 400 və molekulda karbon 
atomlarının sayı minimum,yəni 30 olur.Neftin qalıq fraksiyalarından fərdi 
birləşmələrin ayrılması çox mürəkkəbdir.Ona görə də neft qalıqlarının 
kimyəvi tərkibi onun tərkibində olan qrup birləşmələrin miqdarı ilə 
müəyyən edilir. 
Tədqiqatçıların çoxu belə hesab edir ki,qatranlar yalnız heteroatomlu 
birləşmələrdən ibarətdir və onların tərkibində karbohidrogenlərin iştirakı 
az ehtimallıdır.Lakin bunu sübut etmək çox çətindir.Belə ki,heteroatomlu 
birləşmələri və karbohidrogenləri adsorbsion xromatoqrafla belə ayırmaq 
çətin 
məsələdir,hətta 
bir 
çox 
hallarda 
bi- 
və 
politsiklik 
aromatiklərlə,kükürd- və azotsaxlayan birləşmələrin sorbsiya xassəsinin 
yaxın olması onların bir-birindən ayrılmasına imkan vermir. 


Müxtəlif mədənlərdən çıxarılan neftlərin təbiətinin müxtəlif olmasına 
baxmayaraq,qatranlarda olan karbon və hidrogenin miqdarı kiçik 
intervalda dəyişir. 
Müxtəlif mədən qatranlarında heteroatomların miqdarı eyni olmur. Beləki 
oksigenin miqdarı 1%-dən 5-7%dək(kütlə),kükürd 0,1%-dən 7-10%-
dək(kütlə),azot 0,01%-dən 2%-dək(kütlə) və daha çox olur.Əvvəldə qeyd 
olunduğu 
kimi,neft 
qatranlarının 
tərkibinə 
metallarda 
daxil 
olur:Fe,Ni,V,Cr,Mg,Co 
və 
.s.Qatranların 
çox 
hissəsi 
neytral 
maddələrdir.Turşu maddələri əsas etibarilə asfaltogen turşularından 
ibarətdir. 
Keçən əsrin əvvələrində İ.Riçard bitumun (qudron)komponentlərə 
ayrılması üsulunu təklif etmiş,sonra bu iş İ.Markusson tərəfindən xeyli 
təkmilləşdirilərək cüzi dəyişilmə ilə bu günədək istifadə olunur. Qatran - 
asfalten maddələr müxtəlif həlledicilərdə həllolmalarına görə dörd
qrupa bölünür:

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə