Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
Sosial-emosional inkişaf 
Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər 
vəhdətdə inkişaf edir. Uşaq özünün emosional əhvalını məhz 
yaşadığı sosial mühitin normaları əsasında, buna uyğun olaraq 
tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara 
qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, 
başqasının dərdinə şərik olmaq, konfliktlərin həlli və s. kimi mənəvi 
keyfiyyətlər yaranır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, 
kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər. 
Kommunikasiyanın köməyilə birgə fəaliyyətin müxtəlif növlərində 
şəxsiyyətlərarası əlaqələr, böyüklərə hörmət, qarşılıqlı təsir və 
qarşılıqlı anlaşma təmin olunur. Kommunikasiya uşağın sosial 
şəxsiyyət kimi formalaşmasında əsas vasitəyə çevrilir.
 
 


19 
Ümumi inkişaf və təlim nəticələri 
Uşaq: 

sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir.

insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nümayiş 
etdirir; 

özündən kiçiklər, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiy-
yət qurur; 

sosial normaları dərk edir və davranışında ona riayət edir

özünüdərk bacarıqları nümayiş etdirir. 
1.3. İnkişaf və təlim standartları 
 
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 
Orta qrup (3-4 yaş) 
Uşaq: 
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 
1.1.1. Fiziki tapşırıqların (gimnastika, hərəkətli oyun, gəzinti) 
yerinə yetirilməsinə maraq nümayiş etdirir.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından nor-
malara
1
uyğun istifadə edir. 
1.1.3. Sadə özünəxidmət vərdişləri (soyunmaq, geyinmək) 
nümayiş etdirir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə