Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə20/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   16   17   18   19   20   21   22   23   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

anlayışları izah edir. 
2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar
kollektivdə etik davranış) uyğunlaşdırır. 
2.3.2. Səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. 
2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış 
(qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş 
etdirir. 
2.3.4. Obyektlər haqqında məlumat toplayır və müxtəlif 
yollarla izah (müzakirə edir, şəkillər şəkir, müxtəlif simvollar 
düzəldir və s.) və təsvir edir.
2.3.5. Müxtəlif təbiət materialları (daş, qum, su, torpaq) 
haqqında məlumat toplamaq üçün hiss üzvlərindən istifadə edir və 
onlar haqqında izahat verir və ümumiləşdirmə (məsələn, material-
ların fərqini müəyyən edir, oxşar cəhətlərini, onlar bir-biri ilə necə 
əlaqəli olduğunu deyir və s.) aparır. 
2.3.6. Müxtəlif materialların keyfiyyətini təsvir edərək, onların 
gündəlikdə necə istifadə olduğunu deyir. 
2.3.7. Səma cisimlərində, gündəlik havada və ilin fəsillərində 
olan dəyişikliklərdə fərqli və oxşar cəhətləri müəyyən edir, səbəb-
nəticə əlaqələrini izah edir və məntiqi nəticələr çıxarır. 
2.3.8. Müəyyən müddətdə (bir neçə gün/gecə, həftə ərzində) 
ətraf mühitdə baş
verən hadisələri\fəaliyyətləri təsvir edir və izah 
edir. 


29 
2.3.9. Ailə və vətən haqqında (dövlət rəmzləri, milli ordu, milli 
qəhrəmanlar, milli sərvətlər, tarixi günlər və abidələr, milli 
bayramlar) sadə təqdimatlar edir. 
 
3. Estetik və yaradıcı inkişaf 
Orta qrup (3-4 yaş) 
Uşaq: 
3.1. Sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. 
3.1.1. Sadə təsvir alətləri və vəsaitlərdən (karandaş, flamaster, 
fırça, yapışqan, plastilin) təyinatına görə istifadə edir. 
3.1.2. Sadə rəsmetmə (rənglərdən istifadə edərək sadə əşya və 
təbiət şəkilləri çəkmək), yapma (1-3 hissədən ibarət fiqurlar 
düzəltmək) və yapışdırma (kəsilmiş formalardan istifadə etməklə, 
sadə kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir. 
3.1.3. Sadə quraşdırma (tikinti materiallarından sadə modellər 
düzəltmək) bacarıqları nümayiş etdirir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə