Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə18/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   14   15   16   17   18   19   20   21   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
Böyük qrup (4-5 yaş) 
Uşaq:
 
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərin-
dən istifadə edir. 
2.1.1. Dinləyib-anladığını verdiyi sual və cavablarla nümayiş 
etdirir. 
2.1.2. 3-4 cümlədən ibarət mətn qurur. 
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyr”, “salam”, “sağ 
ol”, “çox sağ ol”, “bağışla”, “nuş olsun”) istifadə edir. 
2.1.4. Danışıq səslərinin müxtəlif dil vahidlərində (heca, söz, 
cümlə, mətn) yerini təyin edir. 
2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir. 
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 
2.2.1. Beş dairəsində sayma, hesablama və ölçmə əməliyyatları 
yerinə yetirir. 
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq və kvadrat) tanıyır və 
onu əhatə edən mühitdə tapır və göstərir. 


26 
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət, keyfiyyət, 
həcm) görə qruplaşdırır və müqayisə edir. 
2.2.4. Əşyalar, həndəsi fiqurla və rəqəmlərlə əməliyyatlar 
(toplama, çıxma) aparır, əşyaların sadə sxemlərini qurur. 
2.2.5. Məkana (sağ, sol, qabaq, arxa, irəli, geri, yuxarı, aşağı, 
alt, üst) görə özünün, əşyanın yerini müəyyənləşdirir və zamana 
(dünən, bu gün, sabah, səhər, günorta və axşam) görə hərəkətlərin 
ardıcıllığını təyin edir.
2.2.6. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitlərdən 
(maqnit, böyüdücü şüşə və s.) istifadə edir. 
2.2.7. Problemin müxtəlif həlli yollarını göstərir və ondan 
istifadə edir. 
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və 
anlayışları izah edir. 
2.3.1. Özü, başqaları və ətraf aləm haqqında fikirlərini ifadə 
edir. 
2.3.2. Baş verən hadisələrə münasibət bildirir, fərziyyələr irəli 
sürür. 
2.3.3. Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, 
bitki, qum, daş, torpaq, işıq) əlamətinə görə fərqləndirir. 
2.3.4. Canlı aləmdə baş verən proseslərə dair suallar verir və 
sadə ifadələr ilə (böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir və 
s.) təsvir edir. 
2.3.5. Sadə təqdimatlar (Vətən, ailə, əşya və hadisələr haq-
qında) edir. 
2.3.6. Öz təcrübəsi nəticəsində sadə müşahidələr edir, maraq 
göstərir (suallar verir), izahat verməyə, ümumləşdirmələr aparmağa 
çalışır.
2.3.7. Adını, valideynlərinin adını, soyadını, ünvanını, ev 
telefonunu, milli mənsubiyyətini, dilini, dinini, cinsini sadalayır, 
özünə məxsus əşyaları qoruyur. 


27 
2.3.8.Gündəlik rast gəldiyi hadisələrin səbəbini (səbəb-nəticə 
münasibətlərini müəyyən edir) anlayır və izah (
məs,
itələmək, 
dartmaq, atmaq, üfürmək və s.) edir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə