Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

3.2. Mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq 
bacarıqları nümayiş etdirir

3.2.1. Musiqini dinləyir, janrına və xarakterinə görə reaksiya 
verir, sadə ifaçılıq bacarıqları (sadə mahnılar oxumaq, musiqili-
ritmik hərəkətlər etmək) nümayiş etdirir, musiqi alətini (piano, 
qarmon, dəf, tütək) tanıyır və adlandırır. 
3.2.2. Müxtəlif fəaliyyətlər üzrə müstəqil, sadə yaradıcılıq 
(təsviri, musiqi fəaliyyəti, bayram və əyləncələrdə, səhnəciklərdə 
iştirak etmək) bacarıqları nümayiş etdirir. 
3.2.3. Müxtəlif janrlarda(hekayələr, nağıllar, təmsillər) olan 
bədii əsərlərə reaksiya verir, öz hisslərini bildirir (xoşum 
gəlir/gəlmir, maraqlıdır, şəndir və s.). 
3.3.
 Sadə əmək bacarıqları nümayiş etdirir. 
3.3.1. Sadə əmək tapşırıqlarını (özünəxidmət, təsərrüfat-məişət 
əməyi üzrə) yerinə yetirir. 


30 
3.3.2. Kollektiv əməkdə iştirak edir və tapşırıqları yerinə 
yetirir. 
3.3.3. Təbiət guşəsində növbətçilik bacarıqları nümayiş etdirir. 
Böyük qrup (4-5 yaş) 
Uşaq: 
3.1. Sadə yaradıcılıq qabiliyyətləri nümayiş etdirir. 
3.1.1. Təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, 
rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağız, gil və plastilin) 
təyinatına görə istifadə edir. 
3.1.2. Rəsmetmə (verilmiş və müstəqil şeçilmiş mövzular üzrə 
sadə sujetlər çəkmək), yapma (verilmiş və müstəqil seçilmiş 
mövzular üzrə bir neçə fiqurdan ibarət sadə süjetlər yaratmaq) və 
yapışdırma (hazır və kəsdiyi kağızlardan, təbiət və tullantı 
materiallarından sujetli-dekorativ təsvirlər yaratmaq) bacarıqları 
nümayiş etdirir. 
3.1.3. Sadə quraşdırma (tikinti, tullantı, təbiət materiallarından 
və kağızdan istifadə edərək müxtəlif modellər düzəltmək) 
bacarıqları nümayiş etdirir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə