Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə30/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   221

 

 

94 



 

bütövlüyü, tamlığı, süjetin bitkinliyi nəzərə alınmalı, paraqrafların məzmunu və 

sayı isə dərslərin sayına uyğun gəlməlidir. 

Tarix,  şagirdlər  qarşısında,  tarixi  prosesi  və  onun  qanunauyğunluqlarını 

açıqlayaraq,  yeniyetmələrdə  dünyagörüşünün  formalaşması  prosesində  əsas  rol 

oynayır. 

Tarix  üzrə  tədrisin  məzmunun  əsas  elementi  –  bilikdir.  Biliklər  özündə 

insanın  sosial  təcrübəsini  cəmləşdirir  və  dünyagörüşünün,  müasir  həyatda 

hadisələrin  çətinlik  və  ziddiyyətlərinin  düzgün  başa  düşülməsi  üçün  şərait 

yaradır.  Tarixi  biliklər  –  ideya  –  mənəvi  tərbiyənin  və  dünyagörüşünün 

formalaşmasında  və  tarixi  reallıq  haqqında  anlayışların  formalaşdırılmasında 

mühüm rol oynayır.  

Tarixi öyrənərkən məktəbliklər hadisələrlə, keçmişin  əşyaları ilə, müxtəlif 

dövrlərdə yaşamış və fəaliyyət göstərmiş insanların həyat tərzi ilə tanış olurlar. 

Faktların vaxt baxımından lokallaşdırılması şagirdlərdə xronoloji biliklər, məkan 

baxımından  lokallaşdırılması  isə  –  tarixi  coğrafi  biliklər  tələb  edir.  Hadisələr, 

xronologiya,  tarixi  coğrafiya  konkret  faktların  köməyi  ilə  dərk  edilir.  Məlum 

olduğu  kimi  tarixi  biliklər  strukturunun  birinci  komponentini  –  tarixi 



anlayıĢlar  təşkil  edir  ki,  şagirdlər  də  tarixi  anlayışları  məhz  dərslikdən 

mənimsəyirlər. 

Dərslikdəki  təlim  materialları  şagirdlərdə  tarixi  faktlar  haqqında  təzahür 

yaratmaqla,  bu  faktların  daxili  mənasını  dərk  etməyə  və  bunlar  arasındakı 

əlaqənin  yaradılmasına  motiv  yaradır.  Tarixi  biliklərin  ikinci  daha  yüksək 

fazası  nəzəri  biliklərdir.  Tarixi  mahiyyət  və  tarixi  faktların  izah  olunması 

anlayışlar, qanunlar sisteminin köməyi ilə həyata keçirilir, bu da tarixi biliklər 



strukturunun 

üçüncü 

komponenti 

– 

tarixi 

proseslərin 

qanunauyğunluqlarıdır. 

Orta  məktəbdə  şagirdlər  tarix  elminin  ancaq  başlanğıc  mərhələsi  ilə  tanış 

olurlar.  Keçmişin  və  indinin  təzahürlərinə  metodoloji  yanaşma  şagirdlərin 

qiymətləndirici  mülahizələrini  formalaşdırır,  onların  tarixi  şəxsiyyətlərə  və 

hadisələrə münasibəti bildirmək bacarıqlarının yaranmasına zəmin yaradır. 



 

 

95 



 

Tarixi  faktlara  verilən  qiymətlərə  elmi  yanaşma,  elmi  yəqinlik  tarixi 

mənbələrdən  əldə  edilmiş  biliklərə  əsaslanır. Tarixi  biliklərin  strukturuna tarixi 

materiallar  üzərində  əməliyyat  vasitələri  də  daxildir.  Şagirdlər  tarixi  faktları 

öyrənir,  təsəvvürlərində  canlandırır  və  əvvəllər  alınmış  biliklərdən  istifadə 

etməyi  öyrənirlər.  Əvvəllər  qavranılmış  əməliyyat  vasitələrinin  köməyi  ilə 

şagirdlər  müəyyən  bacarıqlara  yiyələnirlər  və  onların  dərketmə  fəaliyyəti 

yüksəlir. 

Müəllimin  tarixi  biliklərin  strukturunu  və  funksiyasını  bilməsi  ona  tədris 

məsələlərini daha  səmərəli yerinə yetirməyə imkan verir. Bütün bunlar gələcək 

nəslin  tərbiyə  və  inkişafına  köməklik  göstərir.  Ona  görə  də  dərsliklər 

Azərbaycan  tarixi  ilə  ümumi  tarixin  ardıcıllığı  və  ümumi  səciyyəvi 

xüsusiyyətlərini nəzərə almaqla tərtib edilir. Azərbaycan tarixi ilə ümumi tarixin 

məntiqi  və  xronoloji  ardıcıllığı  məsələləri  ümumtəhsil  orta  məktəblərində  tarix 

təhsilinin müasir sistemi fəslində daha geniş vermişik. 

Dərslikdəki  materialları  dövrlər  üzrə  səciyyələndirməklə  orta  məktəbdə 

tarix  təhsilinin  məzmunu  haqqında  daha,  yetərli  təsəvvür  əldə  edə  bilirik.  Orta 

məktəbin tarix dərsliklərində Vətən tarixi ilə ümumi tarix arasında məntiqi tarixi 

ardıcıllıq  prinsipini  əsas  götürməklə  tarix  təhsilinin  gələcəkdəki  yeni 

məzmununu belə təsvir edirik: 

I. Sivilizasiyaya qədərki insanların həyatı; 

II. Qədim sivilizasiyalar

III. Orta əsr sivilizasiyaları; 

IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid

V.Sənaye cəmiyyətinin inkişafı; 

VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid. 



I. ―Sivilizasiyaya qədərki insanların həyatı‖.  

Şagirdlərə  ən  qədim  insanların  həyat  ―izləri‖  haqqında  bilgilər  verilir. 

Afrikada, Asiyada, o cümlədən Azərbaycan ərazisində aşkar edilmiş insan izləri 

haqqında  şagirdlər  məlumatlandırırlar.  Məktəblilərə  ən  qədim  insanın  müasir 

insandan  fərqli  –  iri  meymuna  bənzəməsini,  iki  ayağı  üzərində  gəzməsini  və 



 

 

96 



 

müasir insanın əcdadı olması mənimsədilməlidir. Ən qədim insanın dizə qədər 

sallanmış  əlləri  iş  üçün  kara  gəlirdi.  O,  əlləri  ilə  sadə  işlər  görə  bilirdi:  tutur, 

vurur, sadə işlər görə bilirdi. 

Onların alını alçaq və maili idi. Beyinləri müasir insan beynindən kiçik idi. 

Ən  qədim  insan hələ  danışa bilmirdi, ancaq bəzi qırıq  səslər  çıxara bilirdi.  Bu 

səslərlə  o,  öz  hiddətini  və  ya  qorxusunu  ifadə  edirdi,  köməyə  çağırır,  təhlükə 

haqqında xəbər verirdi. 

Həmin  dövrün  tarixi  öyrədilərkən  şagirdlər  Şərqi  Afrikadakı  arxeoloji 

qazıntıların  tarixi  nəticələri  ilə,  əmək  alətləri  və  ən  qədim  insanların 

məşğuliyyəti ilə bağlı məsələlərlə tanış edilməlidir. 

II.  «Qədim  sivilizasiyalar».  Şagirdlər  xronoloji  ardıcıllıqla  qədim 

sivilizasiyalarda  formalaşan  coğrafi  mühit,  cəmiyyətin  sosial  –  siyasi,  iqtisadi 

həyatı,  dini  təsəvvürləri,  mədəni  nailiyyətləri,  texnologiyanın  inkişaf  səviyyəsi 

ilə bağlı əldə etdikləri məlumatları müqayisəli təhlil edir və qiymətləndirirlər. 



a)  Qədim  ġərq  sivilizasiyaları.  Şagirdlər  sivilizasiyanın  ibtidai 

cəmiyyətdən  fərqini,  inkişaf  xüsusiyyətlərini,  Misir,  Ön  Asiya,  Hindistan  və 

Çində sosial, siyasi, iqtisadi və mədəni həyatda baş verən dəyişiklikləri, dövlətin 

meydana  gəlməsini,  qədim  dinlərin  yaranması  səbəblərini,  qədim  Şərq 

sivilizasiyalarının vəhdətini, inkişafı və tənəzzülü səbəblərini aydınlaşdırırlar. 

Burada  şagirdlər  həmçinin  Azərbaycan  ərazisində  ilk  dövlətlərin 

yaranmasını  və  onların  sosial,  siyasi,  iqtisadi  və  mədəni  həyatını,  digər 

sivilizasiyalar ilə əlaqələrini təhlil edirlər. 



b) Avropanın ən qədim sivilizasiyaları. Şagirdlər Krit – Miken, yunan və 

ellinizm  mədəniyyətini,  bunların  sosial,  siyasi  və  iqtisadi  həyatla  əlaqəsini, 

dövlətlərarası münasibətləri araşdıra bilirlər. 

Şagirdlər Qədim Romanın sosial, siyasi, iqtisadi və mədəni həyatını, onun 

digər  dövlətlərlə  münasibətlərini,  respublikanın  yaranması  və  süqutunun 

səbəblərini,  imperiya  ilə  əlaqədar  faktları  təhlil  etmək  əsasında  köhnə 

cəmiyyətin tənəzzülü və yeni cəmiyyətin yaranması ilə bağlı nəticələr çıxarırlar. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə