Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə2/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   221

 

 



 

Tarixin  təlimi  metodikasının  mənbələri,  pedaqoji-psixoloji  və  başqa 

elmlərlə əlaqəsi açılır. Tarix təlimi tarixi həqiqətlərin dərk edilməsi prosesi kimi 

məsələlərə aydınlıq gətirilir. 

Dərs  vəsaitində  tam  orta  təhsil  səviyyəsində  tarix  təhsilinin  inkişafı,  tarix 

təhsilinin müasir sistemi işıqlandırılıb. 

Məktəbdə  tarix  təlimi  prosesi  şərh  edilib.  Bu  hissədə  tarix  təliminin 

məzmunu  –  dərsliklər,  dərs  vəsaitləri  və  digər  müvafiq  ədəbiyyatlar 

səciyyələndirilib.  Təlim  materialları,  tarixi  təsəvvürlərin  və  anlayışların 

formalaşdırılması, tarixi biliklərin verilməsi məsələləri əks etdirilib. Müəllim və 

şagirdlərin təlim fəaliyyətləri səciyyələndirilib. Dərs vəsaitinin birinci hissəsində 

şagirdlərin  təlim  bacarıqlarına  geniş    yer  verilib.  Əyani,  şifahi  və  mətnlə  işin 

mahiyyəti, eləcə də tarix dərsi haqqındakı məsələlərə aydınlıq gətirilir. 

Dərs  vəsaitində  çoxsaylı  qabaqcıl  tarix  müəllimlərimizin  fəal/interaktiv 

təlim sahəsində əldə etdikləri nailiyyətlərindən də istifadə etmişik. Bu baxımdan 

Bakıdakı  82  saylı  məktəbin  qabaqcıl  tarix  müəllimi  Nuriyyə  İlyasovanın 

təcrübəsinin xüsusi əhəmiyyət daşıdığını minnətdarlıqla qeyd edirik. 

Dərs vəsaitində fəal/interaktiv təlimin zəruriliyi, müasir təlimin xüsusiyyəti 

və  mahiyyəti,  anlayışlar,  mexanizmlər,  fəal  dərsin  qurulması,  öyrədici  mühit, 

öyrədici  mühitin  növləri  və  təşkili,  qiymətləndirmə,  fəal/interaktiv  təlimin 

üstünlükləri kimi məsələlərə aydınlıq gətirilib. 

Bundan  əlavə  fəal/interaktiv  dərs  keçən  müəllim  nəyi  bilməlidir  və 

bacarmalıdır  məsələlərinə  -  planlaşdırma,  fasilitasiya  bacarığına  yiyələnməyin 

yollarına,  interaktiv  dərslərin  mərhələlərinə  şərh  verilib.  Vəsaitdə  motivasiya, 

tədqiqatın  aparılması,  informasiya  mübadiləsi,  informasiyanın  müzakirəsi  və 

təşkili, fəal/interaktiv təlimin metod və texnikalarına aid yetərli məlumat var. 

Kitabdakı  tarix  kabineti,  yeni  təlim  texnologiyaları,  tarixin  məsafədən 

təlimi,  tarix  təlimində  şagirdlərin  mənəvi  tərbiyəsi,  tarix  üzrə  sinifdənxaric  və 

məktəbdənkənar tədbirlərə geniş yer vermişik. 

Dərs vəsaitində 60 saatlıq mühazirənin materialları tam əhatə olunub. 




 

 



 

Hörmətli  oxucu!  Dərs  vəsaiti  ilk  dəfədir  ki,  nəşr  edilir,  onun  müsbət 

cəhətləri  ilə  yanaşı,  qüsurları  da  olacaq.  Güman  edirik  ki,  dərs  vəsaiti  zaman-

zaman  işləndikcə  onun  çatışmazlıqları  üzə  çıxacaq.  Bizə  həmin  qüsurlar 

haqqında təkliflərinizi göndərmənizi xahiş edirik. Ulu Tanrı ömür imkanı versə 

gələcəkdə  daha  təkmil  və  mükəmməl  dərs  vəsaiti  hazırlamaq  arzusu  ilə  sizinlə 

sağollaşıram. 

 

Mübariz Əmirov 

Pedaqogika üzrə elmlər doktoru 



 

 



 

I BÖLMƏ. MƏKTƏBDƏ TARĠX TƏLĠMĠ METODĠKASI-PEDAQOJĠ 

FƏNLƏRDƏN BĠRĠ KĠMĠ 

§  1.  Azərbaycan  Respublikasının  təhsil  sahəsində  dövlət  siyasətinin 

əsas prinsipləri. Tarix təlimi metodikası pedaqoji fənlərdən biri kimi, onun 

obyekti,  predmeti,  məqsədləri,  təlim-tərbiyəvi  vəzifələri.  Tarix  təliminin 

məqsədlərinin iĢlənib hazırlanmasının ümumi prinsipləri 

Demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğu  amalı  ilə  inkişaf  edən 

ölkəmiz təhsil sahəsində də ən sivil ölkələrin yolu ilə gedir. Təhsil islahatının və 

təhsil  qanunumuzun  məzmunu  ilə  tanışlıqdan  aydın  olur  ki,  təhsil  sahəsində 

dövlət  siyasətinin  əsas  prioritetlərini  –  humanizm,  demokratiya,  bərabərlik, 

millilik,  dünyəvilik,  keyfiyyətlilik,  səmərəlilik,  fasiləsizlik,  varislik  və 

inteqarsiya  təşkil  edir.  Təhsil  sahəsində  dövlət  siyasətinin  prinsiplərini  

aĢağıdakı sxemdə ümumiləĢdirilmiĢ Ģəkildə vermiĢik:  



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Tarixin  təlim  metodikası  pedaqoji  fənn  olaraq  orta  məktəbdə  tarixin 

təlimi prosesini öyrənir və tarixin təlimini təkmilləĢdirir. O məktəbin ümumi 

təlim-tərbiyə  sistemində  tarix  təliminin  yerini,  rolunu,  məqsəd  və  vəzifələrini 

müəyyən  edir.  Eləcə  də,  təlimin  müxtəlif  mərhələlərində  tarix  təliminin 

məzmununu  müəyyən  edir.  Təlim  üçün  seçilən  materialı  və  həmin  materialın 

hansı  yaş  mərhələsində  verilməsini  müəyyən  edir.  Tarixin  təlimi  metodikası 

―nəyi, harada, necə təlim etmək‖ sualına cavab verir. 

Metodika  nəzəriyyədir,  təlim  etmək  isə  işdir  –  təcrübədir.  Nəzəriyyə 

təcrübənin  rolunu  işıqlandırdığı  kimi,  tarixin  təlimi  metodikası  da  təlim 

prosesini işıqlandırır və ona istiqamət verir. Tarixin təlimi metodikası tarix elmi 

ilə  bağlıdır  və  onun  əsasını  təşkil  edir.  Metodika  elminin  əsas  mənbəyi  tarix 

elmidir. 

Metodika  pedaqoji  ədəbiyyatda  müxtəlif  cür  izah  edilsə  də,  mahiyyət 

etibarilə  ―Metodika‖  sözü  qədim  yunan  sözü  olub,  ―tədqiqat  yolu‖,  ―dərketmə 

qabiliyyəti‖ mənalarını verir. Digər ədəbiyyatlarda göstərilir ki, ―metodika‖ sözü 

tarixin təlim üsullarının məcmusu kimi başa düşülür. 

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 

Humanizm 

Demokratiklik 

Bərabərlik 

Millilik 

Dünyəvilik 

Keyfiyyətlilik 

Səmərələlilik 

Fasiləsizlik 

Varislik 

İnteqrasiya 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə