Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə4/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   221

 

 

12 



 

Cəmiyyətin yüksək ictimai-iqtisadi formasiyaya qanunauyğun hərəkəti olan 

tarixi proses haqqında anlayışların təşəkkülü və ayrı-ayrı faktların, hər hansı bir 

ölkənin  ayrı-ayrı  tarixi  dövrlərinin  öyrənilməsi  yolu  ilə  deyil,  tarixin  qədim 

dövrlərdən  tutmuş  bizim  günə  qədər  olan  bütün  gedişini  öyrənmək  yolu  ilə 

həyata keçirilə bilər. 



Məktəblilərin  tarix  təhsilinin  əsasını  zaman  və  məkanda  toplanmıĢ 

tarixi  faktları  bilmək  təĢkil  edir.  Tarixin  təliminə  olan  başlıca  tələblərindən 

biri də səthiliyin olmaması və faktların mənimsənilməsidir. 

Faktlar  təhlil və ümumiləşdirmələr  üçün  çıxış  materialıdır.  Tarixi faktların 

mənimsənilməsinin nə qədər təlim-tərbiyəvi əhəmiyyəti olsa da, yenə də faktları 

bilmək şagirdlər tərəfindən tarixin dərk edilməsinin yalnız birinci pilləsidir. Hələ 

V.Q.Belinski  yazmışdır  ki,  ―ideyasız  faktlar  baş  və  yaddaş  üçün  zir-zibildir‖. 

Tarixi tədris etməyin daha yüksək pilləsi tarixi faktlar arasındakı mühüm  əlaqə 

və  münasibətlər  haqqında  biliklərin  mənimsənilməsi  və  tətbiq  edilməsindən, 

şagirdlərdə  tarixi  prosesin  onlara  müyəssər  olan  dərinliklə  təşəkkül 

etdirilməsindən ibarətdir. 

VI-VII  siniflərdə  tarixin  təlimi  şagirdləri  qədim  dünya  və  orta  əsrlər 

tarixindəki  bir  sıra  qanunauyğunluqların  elementar  şəkildə  başa  düşülməsinə 

gətirib  çıxarır  və  onlarda  tarixi  inkişafın  qanunauyğunluqlarının  ibtidai  şəkildə 

anlaşılmasının  əsasını  qoyur;  Şagirdlərdə  tarixi  hadisələr  arasındakı  bir  sıra 

səbəb-nəticə  əlaqələrinin  sabitliyi  və  zərurəti  anlayışı  əmələ  gəlir.  Məktəblilər 

mənimsəyirlər  ki,  həmcins  hadisələr  həmcins  səbəblərdən  irəli  gəlir,  məsələn, 

adamlar  zalımlara  və  məzlumlara  bölündükdə  hökmən  dövlət  yaranır,  sinfi 

mübarizə siniflərin mövcudluğunun zəruri nəticəsidir. 



Tarixin  təliminin  ən  mühüm  məqsədlərindən  biri  Ģagirdlərdə  tarixə 

dair  biliyi  ümumiləĢdirən  və  sistemləĢdirən  tarixi  anlayıĢlar  sisteminin 

təĢəkkülündən  ibarətdir.  Bu  sistemin  əsasını  ibtidai-icma,  quldarlıq  və 

feodalizm,  kapitalizm  ictimai-iqtisadi  formasiyaları  haqqında  anlayışlar  təşkil 

edir.  



 

 

13 



 

Qədim  dünya  və  orta  əsrlərə  dair  tarixi  biliklər  qavrayışını  emosionallığı 

şagirdlərdə faktlara qarşı şəxsi münasibət aşılanması, şagirdlərin tarixin sevimli 

qəһrəmanlarının  taleyi  ilə  yaşaması,  һəyəcanlanması,  əməyə  məһəbbət  və 

һörmət,  igidlik,  vətənpərvərlik  hissləri,  insanın  əxlaqi  xassələrinin  tərbiyəsi 

kimi,  təlimin  ən  müһüm  tərbiyəvi  vəzifələrinin  həlli  üçün  zəruri  şərtlərdən 

biridir.  Tarixin  təlimi  şagirdlərə  incəsənət  əsərlərindən  baş  çıxarmaq  üçün 

elementar  bacarıqlar  verir,  yüz  və  min  illər  bundan  əvvəl  yaradılmış  görkəmli 

incəsənət abidələrindəki gözəlliyi görməyi öyrədir. 

Tarixi  bilikləri  mənimsəməyin  emosionallığı  biliklərin  möһkəmliyi,  tarixə 

marağın  artması  üçün  və  tarixi  faktları  təһlil  edərkən  və  ümumiləşdirərkən 

şagirdlərin 

fəallıq 

göstərməsi 

üçün 

böyük 


əһəmiyyəti 

vardır. 


Məlumdur  ki,  insan  təəssüratı  olmadan  insanların  һəqiqət  axtarması  һalı 

olmamış, yoxdur və ola da bilməz. 



Tarixi  biliklərin  Ģüurluluğu  və  möhkəmliliyi,  Ģagirdlərdə  emosiyalar 

oyanmasının  Ģərtlərindən  biri,  onlarda  canlı  və  parlaq  obrazların 

yaradılması,  onların    Ģüurunda  ictimai  һəyatının  bütöv  mənzərəsinin 

təĢəkkülündən ibarətdir. Hökmən nail olmaq lazımdır ki, һər bir, һətta yığcam 

ifadə  olunmuş  ayrı-ayrı  tarixi  faktlar,  coğrafi  adlar,  şəxsi  adlar  şagirdlərdə 

konkret  obrazlarla  əlaqədar  olsun.  Obrazlılıq  şagirdlərin  tarixi  biliklərinin 

elmiliyi  və  möһkəmliyinin  zəruri  müqəddəm  şərtlərindən  biri  olub,  şagirdlər 

tərəfindən  tarixin  gerçəkliyin  modernizə  edilməsinin  qarşısını  almaq  vasitəsi, 

onlarda  tarixə  maraq  oyanması  və  tarixi  faktların  şərhi  və  ümumiləşdirilməsi 

üçün şərait yaradılmasından ibarətdir. 

Tarixə  dair  biliklər  şagirdlərdə  cansız,  gərəksiz  bir  şey  kimi  yatıb 

qalmamalı, yeni dərin və şüurlu biliklər qazanılmasına xidmət etməlidir. Tarixə 

dair  biliklərin  mənimsənilməsi  yalnız  onları  başa  düşmək,  yadda  saxlamaq  və 

bərpa etməyi bacarmaq demək deyil, həm də sonrakı tədris fəaliyyətində istifadə  

etməyi  bacarmaq, məlum faktları yeni faktlarla tutuşdurmaq, müqayisə etmək, 

onlardakı ümumi xassələri və fərqləri aşkar etmək, һadisənin inkişafını müəyyən 

etmək, əvvəl öyrədilmiş səbəb-nəticə əlaqələrini yeni proseslərin şərһinə tətbiq 




 

 

14 



 

etmək,  faktları  ümumi  anlayışlar  nöqteyi-nəzərindən    izaһ  etmək  və  sairə 

deməkdir.  Şagirdlərdə  tarixə  dair  biliklərin  operativliyi  biliklərin 

sistemləşdirilməsindən, 

yəni 

onların 


necə 

təhlil 


edilməsindən 

və 


ümumiləşdirilməsindən və şagirdlərin əqli inkişafından asılıdır 

Tarix    təliminin  məqsədlərinin  iĢlənib  hazırlanmasının  ümumi 

prinsipləri 

Tarix  təliminin  konkret  məqsədlərinin  işlənib  hazırlanması  prinsiplərinə 

yığcam  şəkildə  yekun  vuraq.  Məqsədlərin  müəyyən  edilməsi  cəmiyyətin 

sifarişindən irəli gəlir. 

Bu  məqsədlərdən һansılarının  təlimdə  nə  dərəcədə  һəyata  keçirilə  bilməsi 

aşağıdakı  şərtlərin:  a)  kursun,  fəslin,  paraqrafın,  məzmunun  spesifikasının;  b) 

şagirdlərin  onu  öyrənmək  üçün  һazırlanmasının  -  onların  əqli  inkişafının, 

onlarda  olan  biliklərin,  bacarıq  və  vərdişlərin;  c)  təlimdə  istifadə  oluna  bilən 

vasitələrin;  d)  tarixin  və  digər  fənlərin  sonrakı  təliminə  şagirdlərin 

һazırlanmasında  һəmin  materialın  rolunun;  e)  kursun  tədrisi  üçün  ayrılmış 

vaxtın nəzərə alınması ilə müəyyən edilir. 

Metodik  ədəbiyyatda  vəzifəyə  belə  tərif  verilir:  ―Vəzifə  məqsədin 

yerinə  yetirilməsi  üçün  və  görüləcək  konkret  iĢlərin  planlaĢdırılması, 

məqsəd  və  nəticə  arasında  atılan  addımlar,  həyata  keçirilməsi  vacib  olan 

iĢlər və mərhələlərdir‖. 

1)  Şagirdlər  tarixi  öyrənərkən  tarixi  inkişafın  ardıcıl  mərhələlərində 

bütövlükdə tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən 

ən  mühüm  konkret  tarixi  faktları  möhkəm  surətdə  mənimsəməlidirlər 

Şagirdlərin  yaddaşını  əsas  tarixi  faktlar  biliyi  ilə  zənginləndirmək  və 

təkmilləşdirmək məktəbdə tarix təliminin ən mühüm vəzifələrindən biridir; 

2) Tarixi faktların öyrənilməsi şagirdlərdə konkret tarixi təsəvvürlər sistemi 

(yəni  keçmişin  obrazlarını  və  mənzələrini    öyrənmək  sistemini)  yaratmağı 

nəzərdə tutur. Bu təsəvvürlər  tarixi keçmişin əsas hadisələrini əks etdirməlidir; 

3)  Ən  mühüm  tarixi  anlayışların  şagirdlər  tərəfindən  mənimsənilməsi, 

ictimai  inkişaf  qanunlarının  onların  başa  düşmələri,  tarixin  elmi  surətdə 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə