Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə7/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   221
    Bu səhifədəki naviqasiya:
  • Məzmun

 

 

23 



 

emosionallığından,  şagirdlərin tarixin  faktları  mənimsəməsindən,  fikri  fəallığın 

faydalılığından,  əvvəllər  mənimsənilmiş  biliklərin  aktuallaşdırılmasından 

asılıdır.  Məktəbli  təlim  prosesində  passiv  dinləyici  və  tamaşaçı  deyil,  prosesin 

fəal iştirakçısı olduqda onların tədris fəaliyyətinin faydalılığı geniş surətdə artır.  

Ətraf aləmin digər proseslərinin insan tərəfindən dərk edilməsi kimi, tarixin 

də məktəblilər tərəfindən mənimsənilməsi idrak nəzəriyyəsinin ümumi qanunları 

üzrə  gedir.  Bununla  belə  şagirdlər  tərəfindən  təlim  materialının  dərk  edilməsi 

prosesinin  öz  müһüm  spesifik  xüsusiyyətləri  vardır.  Ümumi  idrak  qanunları 

müxtəlif elmlərin, məsələn, riyaziyyatın və tarixin öyrənilməsi müxtəlif şəkildə 

meydana çıxır; onlardan һər birinin dərk edilməsinin öz spesifikası vardır. Yaşlı 

adamların  dərrakəsi  ilə  müqayisədə  uşaq dərrakəsinin  öz  xüsusiyyətləri  vardır, 

həm  də  uşaqlar  nə  qədər  kiçik  olsa,  bu  xüsusiyyətlər  daha  artıq  hiss  olunur. 

Nəһayət, şagirdlər tərəfindən tarixin dərk edilməsi, elmi idrakdan fərqli olaraq, 

artıq  elmin  nail  olduğu  biliklərin  və  elm  tərəfindən  işlənib  һazırlanmış 

metodların mənimsənilməsindən ibarətdir. 



Məzmun  –  təlim  prosesinin  məcburi  komponentidir;  Bundan  kənarda 

məktəblinin  tədris  fəaliyyəti  ola  bilməz.  Tarixin  məktəb  kursunun  materialı 

olduqca müxtəlifdir. Şagirdlər faktları və nəticələri, obrazları və terminləri və s. 

müxtəlif şəkildə qavrayır, fikirləşirlər. Material şagirdlərin tərbiyəsinə də, onlar 

da təfəkkürün, fantaziyanın, müşahidəçiliyin inkişafına da müxtəlif şəkildə təsir 

edir. 


Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısı və rəhbəri olan 

müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini 

müstəqil  surətdə  yerinə  yetirdikdə  də  şagirdlərin  təlim  prosesinə  müəllimin 

rəhbərliyi  həyata  keçirilir:  şagirdləri  müstəqil  surətdə  işləməyə  öyrətmək 

müəllimin başlıca vəzifələrindən biridir. Şagirdlərin tədris fəaliyyətinə, xüsusilə 

şagirdlərin  müstəqil  işinin  təşkilinə  rəhbərlik  etməkdə  təlim  vəsaitlərinin 

metodik quruluşu müəllimə kömək edir. 

Eyni bir tarixi materialın, məsələn, hekayənin, söhbətin, sənəd oxunuşunun, 

şəklin  nümayiş  etdirilməsinin  müxtəlif  şərh  priyomları  şagirdlərdə  müxtəlif 



 

 

24 



 

tədris  fəaliyyəti  oyadır  və  müvafiq  surətdə  müxtəlif  pedaqoji  nəticələrə  aparıb 

çıxarır. 

Təlim üsullarının şagirdlərin təfəkkür və müstəqilliyi üçün stimul yaratması  

xüsusilə  vacibdir.  Məsələn,  şagirdlərin  yunan  əsatirləri  ilə  tanış  olması 

priyomlarından asılı olaraq, bu tanışlıq əyləncəli nağılların oxunmasından ibarət 

ola bilər və yaxud Yunanıstan tarixinin dərk edilməsi üçün istifadə oluna bilər. 

Materialın  başa  düşülməsi  onun  şərh  edilməsi  priyomlarından  çox  asılıdır; 

müəllim təlim materialını şifahi izah edərkən əyanilikdən istifadə etdikdə daha 

yaxşı  mənimsənilir.  Bu  və  ya  digər  təlim  metodunun  təsirliliyi  öyrənilən 

materialdan  (obrazlar,  faktlar,  ümumiləşdirici  nəticələr  və  s.)  təlimin 

məqsədlərindən, şagirdlərin hazırlıq  dərəcəsindən  (inkişafından,  maraqlarından, 

bacarıqlarından və s.) asılıdır. 

Tarix təliminin komponentlərini əks etdirən sxem: 

 

 

 



 

 

 



 

 

Tarixin  təlimi  metodikasının  tədqiqat  metodları.  Tarix  elminin 

öyrənilməsi  məsələləri  onun  pedaqoji  elmlər,  sistemində  tutduğu  yerindən  və 

onun  tərkibindən  irəli  gəlir.  Şagirdlərdə  tarixi  təfəkkürün  inkişafı  məsələləri, 

onlarda  idrak  müstəqilliyinin  inkişafı  müəyyən  metod  və  vasitələrin  tətbiqini 

tələb edir. 

Tarix  kursunda  cəmiyyətin  istehsal,  sosial-siyasi  və  mənəvi  təcrübəsi 

yığcam  şəkildə  verilmişdir.  Tədris  metodikasının  aktual  məsələlərindən biri də 

orta  məktəb  tarix  kursunun  ideya  siyasi  potensialının  üzə  çıxarılması,  tarix 

dərslərində  tərbiyə  işinin  daha  səmərəli  qurulması  yollarının  və  vasitələrinin 

müəyyən edilməsidir. 

Tarix təliminin komponentləri 

Təlimin 


məqsədləri 

Təlimin 


məzmunu 

Təlimin 


üsulları 

Tarix təliminin 

təhsil tərbiyə 

nəticələri 




 

 

25 



 

Əsas  məsələlərdən  biri  də  tarixin  tədrisi  zamanı  vacib  tərbiyə,  təhsil  və 

inkişaf məqsədlərinin müvəffəqiyyətli həlli üçün metodiki şəraitin seçilməsidir. 

Tarixin  tədrisi  metodikası  yeni  materialın  qavranılması  və  şagirdlərdə  mövcud 

olan  biliklərin  ən  yüksək  səviyyədə  istifadə  olunması  üçün  yollar  axtarır  və 

buradan  da  biliklərin  aktuallaşdırılması,  kurslar  və  fənlərarası  əlaqələrin  təmin 

olunması problemi ortaya çıxır. 

Metodika məktəb təcrübəsinin öyrənilməsi əsasında qurulur, bu təcrübədən 

ümumiləşdirmə  üçün  material,  irəli  sürülmüş  hipotezlərin  yoxlanılması  və 

aprobasiyası üçün yollar tapır. 

Metodiki tədqiqatlar 2 əsas yolla aparılır: 

Müşahidə və eksperiment yolu ilə 

Birinci  halda  tədqiqatçı  öyrətmə  prosesinə  müdaxilə  etmədən  tarix  tədris 

praktikasından  nəaliyyətlər  və  çatışmazlıqlar  haqqında  bilik  əldə  edir.  Tədris 

praktikasının analizi aşağıdakıları özündə birləşdirir: 

1) Pedaqoji mətbuatda işıqlandırılmış təcrübənin öyrənilməsi; 

2)  Özündə  tədrisin  nəticələrini  əks  etdirən  sənədlərin  öyrənilməsi: 

(müəllimlərin  mühazirə  və  məlumatlarının,  şagirdlərin  yazılı  işlərinin  dərs 

müzakirələrinin protokollarının, anket və s.); 

3)  Dərs  prosesinin  bilavasitə  müşahidəsi  (dərslərdə  təlim,  tərbiyə  və 

məzmun məqsədlərin qiymətləndirilməsi və s.). 

Tarixin  tədrisinin  pedaqoji  praktikasının  analizi  metodiki  tədqiqat  üçün 

material verir. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb 

edir. 


İkinci  halda  eksperiment  təcrübə  ondan  ibarətdir  ki,  eksperiment  aparan 

məqsədəuyğun  və  bilərəkdən  tədris  prosesinə  müdaxilə  edir  və  qarşıya 

qoyulmuş  tədqiqat  obyektinə  uyğun  olaraq  tədris  prosesini  dəyişdirir,  onun 

məzmununa, vasitələrinə və təlim metodlarına yeni elementlər əlavə edir. 

Tədris  prosesinin  hər  hansı  komponentini  dəyişdirərkən  onun  ümumi 

qanunauyğunluqlarına riayət etmək lazımdır. 

Eksperimentin növləri: 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə