Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

kartoçkalar  və  cədvəllər  yerinə  yetirir.  Dərsin  sonuncu  mərhələsi  nəticələrin 

düzgünlüyünü yoxlamaq üçün kollektiv yoxlama ilə başa çatır. 

Müasir  dövrdə  azkomplektli  məktəblər  üçün  məktəb  şəbəkəsi  xüsusi 

infrastruktura uyğun tərtib edilir. Bu zaman aşağıdakı prinsiplər nəzərdə tutulur: 

a) məktəbyaşlı uşaqların ümumi icbari təhsilə bütünlüklə cəlb edilməsi; 

b) sosioloji faktorların nəzərə alınması; 

c) məktəbin bütün şagirdlər üçün əlverişli olmasının təmin edilməsi, təlimin 

məzmununun, standartın yaş xüsusiyyətlərinə uyğunluğu; 

d) məktəbin müasir texniki təchizatlarla (elektronlaşdırma) təmin edilməsi; 

e) məktəbin bir növbəli dərs rejiminə keçirilməsi və s. 

Bu  prinsiplərin  həyata  keçirilməsindən  məqsəd  bütün  məktəbyaşlı  uşaqları 

təhsilə  cəlb  etməklə  modernləşdirilmiş  azkomplektli  məktəb  sistemi  yaratmaqdır. 

Rayon  ərazisində  xüsusilə  kənd  yerlərində  azkomplektli  məktəblərin  məktəbin 

tipini  müəyyənləşdirərək  fəaliyyətini  təşkil  edərkən  əhalinin  sayı,  milli  və  yaş 

tərkibi,  yaşayış  məntəqələri  arasındakı  məsafələr,  yerli  relyef,  nəqliyyat 

məsələlərini nəzərə almaq lazımdır.  



Beynəlxalq  təcrübə  göstərir  ki, bu tip  məktəblər, əsasən, əlverişsiz coğrafi 

mövqedə  yerləşən,  ucqar,    miqrasiya  axını  çox,  doğum  səviyyəsi  aşağı, 

ümumiyyətlə, əhalisinin sayı az olan kəndlərdə fəaliyyət göstərir. 

Azkomplektli  məktəblərin  idarə  olunması  üçün  operativ  və  ixtisaslaşmış 

idarəetmə  yaradılmalıdır.  Bu  məktəblərdə  kollegial  idarəetmə  çox  zəifdir.  Bütün 

rəhbərlik işini, əsasən, bir nəfər görür. O,ümumi rəhbərlikdən əlavə bütün fənlərin 

tədrisinin təşkili ilə, sinifdənxaric və məktəbdənkənar işlərlə, müəllimlərin metodik 

məşğələlərinə rəhbərliklə, təlim-tərbiyə prosesinə  nəzarətlə, valideynlərlə aparılan 

işlərlə,  maddi-təsərrüfat  işləri  ilə  də  məşğul  olur.  Belə  məktəblərin  idarə 

edilməsində  üstünlük,  fikrimizcə,  müəllim,  şagird,  valideyn  assosiasiyalarına 

verilərsə  daha  yaxşı  olar.  Bu  assosiasiyanın  məktəbin  bütün  işlərinə  cəlb 

olunmasını təmin etmək məqsədəmüvafiq olar.   

          Araşdırmalar  göstərir  ki,  müasir  məktəb  təhsilində  azkomplektli  kənd 

məktəbləri  önəmli  yer  tutur.  Bu  məktəblərin  azkomplektliliyi  onun  spesifik 




cəhətlərindəndir.  Bununla  əlaqədar  kənd  məktəbinin  səmərəli  iş  üslubuna  ciddi 

diqqət yetirilməlidir.

   

Azkomplektli məktəblərdə: 



-

 

təhsil başqa məktəblərə nisbətən dövlətə baha başa gəlir.  



-

 

paralel  siniflər  olmur,  dərs  saatları  azlıq  təşkil  edir,  metodik  birləşmələr 



yaradılmır,  beləliklə,  müəllimlərin  böyük  əksəriyyəti  nəzəri  bilikləri 

olmayan fənləri tədris etməyə yönəldilir. 

Azkomplektli  məktəblərin  ibtidai  siniflərində  eyni  vaxtda  iki,  üç,  dörd 

sinifdə işləyən  müəllim komplekt tərkibli siniflərin biri ilə bilavasitə məşğul olur, 

digərlərinə isə müstəqil iş verir. Təcrübə göstərir ki, eyni vaxtda iki, üç, hətta dörd 

siniflə  işləyən  müəllimlər dərs boyu bir  neçə dəfə bir sinifdən  digərinə keçmə  və 

müstəqil  iş  təşkiletmə  məsələsində  səhvlərə  yol  verirlər.    I,  II  sinif  şagirdlərini 

uzun  müddət eyni məzmunlu  müstəqil  işə  cəlb etmək  məqsədəuyğun deyil.   Belə 

ki,  müstəqil  işlər  maraqlı,  rəngarəng,  cəlbedici  olmadıqda  şagirdlər  tez  yorulur, 

onlarda  təlim  materiallarına  maraq  azalır,  uşaqların  diqqəti  yayınır  və  işin 

keyfiyyəti aşağı düşür.  

Azkomplektlilik şaquli istiqamətdə II, III, IV sinfin şagirdlərinin bir sinifdə 

birləşməsini  nəzərdə  tutur.  Bu,  azkomplektli  məktəblərdə  spesifik  təlim-tərbiyə 

prosesinin  təşkili  formasını  müəyyənləşdirən  ən  əsas  keyfiyyətlərdən  biridir. 

Azkomplektli  siniflərdə  təhsilin  texnologiyası  müxtəlif  yaşlılıq,  fərdilik  və 

müstəqillik prinsipləri üzərində qurulur. 

Azkomplektli,  xüsusilə  birkomplektli  məktəblərdə  müəllim  bir  sıra 

çətinliklərlə qarşılaşır. Belə məktəblərdə müstəqil işin təşkili, komplektdə siniflərin 

düzgün  birləşdirilməsi,  tədris  prosesinin  müasir  yanaşmalar  əsasında  bacarıqla 

planlaşdırılması, hər bir dərsin tədris avadanlığı (xüsusilə əyani vəsait və didaktik 

material)  ilə  təmin  olunması  və  onlardan  səmərəli  istifadə  edilməsi  və  s. 

müəllimdən xüsusi peşə səriştəliliyi, pedaqoji ustalıq tələb edir. 

Müstəqil  işlərin təşkili zamanı bir sıra tələblərin  nəzərə alınması vacibdir. 

Həmin tələbləri aşağıdakı şəkildə göstərmək olar:  

 

müstəqil işlərin təşkilində məqsədyönlülük;  




 

dərsin bütün mərhələlərində müstəqil işlərin təşkili;  



 

dərs prosesində şagirdlərin fəallığının təmin edilməsi;  



 

müstəqil işlərin şagirdləri bilik və yaş səviyyəsinə uyğunluğu və s.  



Bu  siniflərdə  dərs  deyən  ibtidai  sinif  müəllimlərindən  nəzəri  materiallara, 

həmçinin  bəzi  metodik  priyomlara  yiyələnmək  tələb  olunur.  Müəllimlərin  nəzəri 

hazırlığı  dərsin  keyfiyyətinin  yüksəldilməsində  mühüm  rol  aynayır. 

Araşdırmalardan  məlum  olur  ki,  ilk  növbədə  hər  bir  ölkənin  demoqrafik  şəraiti 

azkomplektli  məktəblərin  fəaliyyətinə  müəyyən  təsir  göstərir.  Bununla  belə 

azkomplektli  məktəblərdə  işin  məqsədyönlü,  sistemli  təşkili,  elmi-pedaqoji 

tələblərin  nəzərə  alınması,  yeni  təlim  texnologiyalarının  tətbiqi,  keyfiyyətin  idarə 

olunmasına  müasir  yanaşmalar  səmərəlilik  göstəricilərinin  də  yüksəlməsinə  və 

bütövlükdə azkomplektli məktəbin problemlərinin həllinə imkan yaradır. Bununla 

əlaqədar xarici ölkələrin azkomplektli məktəblərinin təcrübəsi maraq doğurur.  

Belə məktəblər öz təyinatını, təhsil təcrübəsini və siyasətini müvafiq ölkənin 

təhsil  qanunvericiliyinə  uyğun  tənzimləyir.  Araşdırmalar  göstərir  ki,  fransızlar  1 

sinif olan məktəbi “respublika idealı” adlandırıblar. Norveçdə kənd məktəblərinin 

yarısı birləşmiş siniflər sistemi ilə işləyir.  

Rusiyada  azkomplektli  məktəblər  çox  mühim  sosial  faktora  çevrilib  və  adi 

məktəblərə nisbətən bir sıra üstünlükləri var:  

-

 

Bir  sıra  kənd    məktəblərinin  müəllimlərinin  öz  torpaq  sahələri  (təcrübə 



sahələri) var. Onlar bu sahələri becərir və özlərini təmin edirlər. 

-

 



Müəllimin  kənd  ərazisində  yaşayan  uşaqların  hər  birini  yaxşı  tanıması, 

təbiətin  yaxınlığı,  əmək  tərbiyəsi  üçün  əlverişli  şəraitin  olması  –  bu 

xüsusiyyətlər  təlim-tərbiyə  prosesinin  yüksək  səviyyədə  təşkilinə  imkan 

yaradır. 

-

 

Ümumiyyətlə,  kənd  məktəbini,  uşaq  bağçasını  və  digər  mədəniyyət   



ocaqlarını kəndin mədəni həyatının vahid mərkəzi kimi qəbul etmək olar. 

Müxtəlif xarici ölkələrdə azkomplektli  məktəblərin roluna və problemlərinə 

nəzər salaq.  



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə