Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

çox  da  asan  çıxış  yolu  deyil.  Belə  ki,  kənd  məktəblərinə  yüksək  səviyyəli 

mütəxəssislərin gəlməsi, sinifdənxaric məşğələ  və dərsdənkənar tərbiyə işinin 

planlaşdırılması ciddi vəzifələr kimi nəzərdə tutulur. 

 



“Səyahətçi  müəllim”  konsepsiyasını  tətbiq  etmək.  Bu  zaman 

mütəxəssis-müəllim  azkomplektli  məktəblərdə  işləyən  müəllimə  bəzi  dərslərdə 

kömək edir. Bu təcrübə ABŞ-nın bir çox kənd məktəblərində tətbiq olunur. 

Finlandiya.  Finlandiya  orta  hesabla  hər  kilometrdə  16-17  nəfərin    yaşadığı 

bir  ölkədir.  Doğum  səviyyəsinin  azalması  və  bələdiyyələrin  maliyyə  problemləri 

azkomplektli məktəblərin vəziyyətinə kəskin təsir göstərir.  Bu məktəblərin 25%-i 

1996-cı  ildən  bağlanmışdır.  Azkomplektli  məktəblərdə  şagirdlərin  sayı  təqribən 

50-60  arasındadır.

 

Finlandiyada  kənd  məktəblərinin  xilası  üçün  “kənd  hərəkatı” 



təşkilatı  fəaliyyət  göstərir.  Belə  ki,  Finlandiyada  –yerli  xalqın  –  saamların 

yaşadıqları  ərazidə  çoxlu  azkomplektli  məktəblər  fəaliyyət  göstərir.  Onların 

problemləri  müvafiq  formada  həll  olunur.  Belə  ki,  Finlandiyada  azkomplektli 

məktəblərə  çox  diqqətlə  yanaşırlar.  100  kmlik  məsafədən  uşaqların  məktəbə 

gətirilmələrinə şərait yaradılır. Bu,  xüsusi taksilər  vasitəsilə təşkil olunur  və taksi 

pulunu  bələdiyyə  ödəyir.  Onlarda  internat  məktəbləri  yoxdur.  Finlandiyada  da 

ibtidai təhsil 6-cı sinfə qədərdir. 9-cu sinifdən sonra şagirdlərin çoxu peşə təhsilini 

seçir,  arzulayanlar  peşə  üzrə  təhsillərini  ali  məktəblərdə  davam  etdirirlər. 

Finlandiyanın  ərazisində  2  dövlət  dili  –  fin  və  isveç  dilindən  istifadə  olunur. 

Bundan əlavə təhsili ingilis və saam dilində də davam etdirməyə icazə verilir .  



Amerika  Birləşmiş  Ştatları.  ABŞ-ın  kənd  məktəbləri,  əsasən,  Rusiyanın 

kənd  məktəblərini  xatırladır.  ABŞ-da  əhalisi  çox  az  olan  ərazilərdə  kənd 

məktəbləri sosial mədəni mərkəzlərə çevrilir. Onların qarşısında duran problemlər 

də oxşardır, lakin məsələnin həllinə yanaşma müxtəlifdir. Təhsil sahəsində ABŞ-ın 

siyasəti  çox  fərqlidir,  belə  ki,  ABŞ-da  hər  bir  kiçik  kənd  məktəbini  saxlamağa 

çalışırlar. Hətta ərazidə az uşaq qalsa da, orada birotaqlı məktəblər təşkil edilir. Bir 

otaqlı amerikan məktəblərində 1 müəllim bir neçə müxtəlif yaşlı şagirdlərlə məşğul 

olur. O, bir neçə fənni tədris edir. Hər bir şagirdlə fərdi proqram əsasında məşğul 

olmaq nəzərdə tutulur. Bu məktəblərin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, 



ABŞ-ın  belə  məktəblərində  müəllimlər  şəhər  məktəblərindən  iki  dəfə  artıq  əmək 

haqqı  alırlar.  ABŞ-da  böyük  məktəblərin  kiçik  məktəblərə  bölünməsi  proqramı 

geniş  tətbiq  olunur  və  bu  yolla  yeniyetmələrin  aqressiyasının  qarşısını  almağa 

çalışırlar .  

Təcrübə  və  araşdırmalar  göstərir  ki,  müasir  təhsil  sistemində    azkomplektli 

məktəblərin  problemləri  bir-birindən  fərqlidir  və  onların  saxlanma  prinsipləri, 

tədris  təcrübəsi də  müxtəlifdir.    Belə  tədris  müəssisələrinin  fəaliyyətinə  bu  və  ya 

digər  hallarda,  xüsusilə  demoqrafik  vəziyyətin  əsasən  stabilliyi  şəraitində  sosial 

institutların  təsiri  çox  böyükdür.  Ümumiyyətlə,  mövcud  vəziyyəti  nəzərə  alsaq, 

həm də digər ölkələrin təcrübəsinə əsasən azkomplektli məktəblərin saxlanmasının 

çox  böyük  üstünlüyü  var.  Tədris  texnologiyaları  və  metodikası  azkomplektli 

məktəblərin  didaktik  bazasına  uyğun  müəyyənləşdirilir  və  tətbiq  edilir.  Hesab 

edirik  ki,  Azərbaycanda  da  azkomplektli  məktəblərin  saxlanılması,  fəaliyyəti  və 

inkişafı məqsədəuyğundur. 



  

Azkomplektli  məktəblər  üçün  kadr  hazırlığı  problemləri.  Təhsil 

müəssisələri üçün kadr hazırlığı işi böyük strateji əhəmiyyət kəsb edir. Məlumdur 

ki, istənilən cəmiyyətin mövcudluğunu və inkişafını onun təhsil sistemi təmin edir. 

Bu da ilk növbədə təhsilin  məzmununun, onun səviyyəsinin yüksəldilməsini tələb 

edir. Yeni, səmərəli və yaradıcı işləmək  qabiliyyətinə malik kadrların hazırlanması 

ali təhsil  qarşısında əsas vəzifə kimi qoyulur. 

Son  illərdə  inkişaf  etmiş  aparıcı  ölkələrin  ali  təhsil  sistemində  artıq 

kompetensiyalı tədris-təlim prosesinin qurulması və səriştəli yanaşma modeli geniş 

tətbiqinə  başlamışdır.  Səriştəlilik  praktik  təfəkkürün  yüksək  inkişaf  səviyyəsini 

nəzarətdə saxlamasına baxmayaraq, hazırda tədris-təlim prosesi  müxtəlif ali təhsil 

müəssisələrində, 

ənənəvi 


yanaşmalardan 

istifadə 

olunaraq, 

müəyyən 


informasiyanın hələ də sadəcə yadda saxlanılmasına yönəldilir.  

Aparılmış  təhlillər  göstərir  ki,  ali  təhsil  sistemində  kadr  hazırlığının 

səviyyəsi təhsil xidmətlərindən istifadə edənlərin tələblərini ödəmir.  

Yüksəkixtisaslı,  müasir  tələblərə  cavab  verən,  rəqabətəqabil,  geniş  profilli 

mütəxəssislərin  hazırlanması  üçün  ali  təhsil  sisteminin  metodoloji  problemləri 



zamanın tələbi kimi həll edilməli və bu sahədə təhsil sistemində aparılan səmərəli 

fəaliyyətlər sürətlədirilməlidir. 

Azkomplektli məktəblər pedaqoji kadr təminatı baxımından, madii – texniki 

bazanın səviyyəsindən, dərsin keçirilməsinin  metodikasından asılı olaraq  ənənəvi 

məktəblərdən fərqlənir. Kənddə əhalinin sıxlığının aşağı olması, müvafiq tələblərə 

uyğun  şəraitin  olmaması  üzündən  məktəblərdə  əsasən  yüksək  ixtisaslı  fənn 

müəlliminə  ehtiyac  yaranır.  Dərs  saatlarının  azlığı,  metodik  birləşmələrin 

olmaması  nəticəsində  nəzəri  hazırlığı  nisbətən  aşağı  səviyyəli  olan  müəllimlər  də 

qeyri  –  ixtisas  fənlərini  tədris  edirlər.  Belə  məktəblərdə  təkcə  diplomlu 

mütəxəssislərə  deyil,  eyni  zamanda  bilavasitə  öz  işinin  əsl  ustası  olan,  onu 

dərindən  bilən  peşəkarlara,  səriştəli  mütəxəssis  kadrlara  ehtiyac  duyulur.Onların 

hazırlanması isə kadr hazırlığı işini yeni 

məzmunda,  forma 

və 


istiqamətdə 

aparmağı    tələb  edir.  Ona  görə  də,  kənd  məktəblərinin  azkomplektliyi,  şagird 

yetərsizliyi  faktı,  xüsusilə  təlimin  modernləşdirilməsi  müəllim  kadrlarının 

hazırlanması və ixtisaslarının artırılması məsələsini xeyli aktuallaşdırır. 

 

Müasir  dövrdə  respublikamızda  aparılan  məqsədyönlü  təhsil  islahatları 



pedaqoji  kadr  hazırlığının  daha  ciddi  tələblər  əsasında  təşkili  məsələlərini  irəli 

sürür. Bu gün  innovasiyalardan və yeni kompüter texnologiyalarından istifadə edə 

bilən  azkomplektli  kənd  məktəbləri  üçün  müəllimlərin  hazırlanması  mühüm 

əhəmiyyət  kəsb  edir.  Uzun  illər  pedaqoji  kadr  hazırlığında  nəzəri  biliklərin 

öyrədilməsi  kifayət  hesab  edilmişdir.  Azkomplektli  kənd  məktəblərimizin  böyük 

qismində  müəllimlərin  əksəriyyətinin  peşəkarlıq  səviyyəsinin  aşağı  olması  və 

tədris  prosesində  yeni  təlim    metodları  və  texnologiyalarından  istifadə  edə 

bilməməsi təlimin keyfiyyətinin yüksəldilməsinə mənfi təsir göstərir. Ona görə də 

bu sahədə həyata keçirilməsi vacib hesab edilən digər tədbirlərlə yanaşı, ali təhsil 

müəssisələrində  pedaqoji  kadrların  hazırlanması  səviyyəsinin  yüksəldilməsi 

müəllimlərin  ixtisasınım  artırılması,  onlara  lazımi  pedaqoji  –  metodik  bilik  və 

bacarıqların  aşılanması  məsələləri  diqqət  mərkəzində    olmalıdır.Ali  pedaqoji 

məktəblərdə  fənlərin  məzmununun  müəllimin  məktəbdəki  fəaliyyəti  ilə 



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə