Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

-  Təhsilin  informasiyalaşdırılması  baxımından  azkomplektli  məktəblərdə 

fəaliyyət  göstərəcək  müəllimlər  üçün  vacib  kompetensiyalar  müəyyənləşdiril-

məlidir  və  proqramlar  hazırlanmalıdır.  Müəllimlərin  İKT  üzrə  hazırlığı  təhsilin 

bütün pillələrində həyata keçirilməlidir. 

Azkomplektli  məktəblər  üçün  kadr  hazırlayarkən  ilk  növbədə  məktəbin 

yerləşdiyi  ərazidə  yaşayan,  orada  doğulan  və  ya  həmin  ərazidə  yaşamaq  arzusu 

olan  gənclər  seçilməlidir.  Bu  gənclərin  xüsusi  qabiliyyət  və  ustalıq  bacarığı 

olmalıdır. Belə müəllimləri hazırlayarkən metodik hazırlıq, öz fənnini və ona yaxın 

fənləri  bilməsi,  yüksək  kommunikasiya  qabiliyyəti,  müxtəlif  yaşlı  məktəblilərlə 

ünsiyyət  və  əməkdaşlıq,  müvafiq  layihələr  hazırlamaq  və  reallaşdırmaq,  pedaqoji 

eksperiment  planlaşdırmaq  və  yerinə  yetirmək,  bacarıqları,  inkişaf  etmiş 

təşkilatçılıq  qabiliyyəti  və  liderlik  keyfiyyətləri,  psixoloji  hazırlıq  səviyyəsi, 

analitik və refleksiv keyfiyyətləri nəzərə alınmalıdır. 

Azkomplektli məktəblər üçün kadr hazırlayarkən ümumtəhsil məktəblərində iki və 

daha çox fənni tədris etmək imkanı və səlahiyyəti olan müəllim hazırlanmalıdır.  

Belə  kadrları  Respublikamızda  özünəməxsus  xüsusiyyətləri  ilə  fərqlənən 

AMİ  və  filialları  hazırlaya  bilər.  Misal  üçün  ibtidai  təhsil  üzrə  bakalavr 

hazırlanarkən  bu  kadr  tədris  palanına  uyğun  ibtidai  savad  təlimi,  informatika, 

xarici  dil,  texnologiya,  fiziki  tərbiyə,  nəğmə  və  musiqi  tədris  etmək  bacarığına 

malik olmalıdır. 

Humanitar  elmlər  üzrə  bakalavr  –  tədris  planına  uyğun  ana  dili,  xarici 

dillərdən biri, ədəbiyyat fənlərini tədris etmək bacarığına malik olmalıdır. 

İctimai  elmlər  üzrə  bakalavr  –  tarix,  Azərbaycan  tarixi,  insan  və  cəmiyyət, 

iqtisadi-sosial coğrafiya, konstitusiya,  iqtisadiyyatın əsasları  fənlərini tədris etmək 

bacarığına malik olmalıdır. 

Təbiət  elmləri  üzrə  bakalavr  –  təbiətşünaslıq,  fizika,  kimya,  riyaziyyat,  

biologiya, fiziki coğrafiya fənlərini tədris etmək bacarığına malik olmalıdır. 

Hər bir normal, öz gələcəyini düşünən cəmiyyət var gücünü ona yönəldir ki, 

bütün  insanların  təhsil almaq  imkanları  maksimum  dərəcədə təmin edilsin.  Təhsil 



sistemi şagirdlərə şəxsi uğur əldə etmək, öz bacarıq və səyləri əsasında cəmiyyətdə 

layiqli yer tutmaq üçün eyni şanslar verməlidir.  

Hazırda    ölkəmizdə  real  sosial  mexanizm  yaradılıb  və  uğurla  fəaliyyət 

göstərməkdədir.  Təhsilmizin  məqsədi  şagirdlərin  şifahi  nitq  və  yazı 

mədəniyyətinin,  ünsiyyət  bacarığının,  idrak  fəallığının  və  məntiqi  təfəkkürünün 

inkişafını,  təhsil  proqramına  daxil  olan  fənlər  üzrə  və  eləcə  də  dünya 

sivilizasiyasının 

inkişafı 

haqqında 

müvafiq 


bilik 

və 


təsəvvürlərinin 

formalaşdırılmasını,  müasir  informasiya-kommunikasiya  vasitələrindən  istifadə 

etmək  qabiliyyətini,  hadisələri  qiymətləndirmək  və  öz  gələcək  fəaliyyət 

istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. 

Azkomplektli  məktəblərdə  mövcud  vəziyyətin öyrənilməsi bir sıra sualların 

cavablandırılmasını tələb edir. Azkomplektli məktəblər lazımdırmı? Şagirdlərin ən 

yaxın  məktəblərə  gündəlik  daşınmasını  təşkil  etmək  daha  münasib  sayıla 

bilməzmi?   Bu  məktəblərdə kadr çatışmazlığının aradan qaldırılması  üçün buraya 

müəllimlərin  göndərilməsi  iqtisadi  cəhətdən  səmərəlidirmi?  Təcrübə  göstərir  ki, 

kənddə  əhalinin  sıxlığının  aşağı  olması,  müvafiq  tələblərə  uyğun  şəraitin,  paralel 

siniflərin  olmaması  səbəbindən    məktəblərdə,  əsasən,    yüksəkixtisaslı  fənn 

müəlliminə  ehtiyac  yaranır.  Bu    boşluğu  aradan  qaldırmaq  üçün  bir  çox  hallarda  

qeyri  -  ixtisas  müəliminin    fənlər  üzrə  saatlarının  miqdarı  həftəlik  tələb  olunan 

yükündən  artıq olur, beləliklə, "yüklənmə " məcburiyyəti yaranır . Dərs saatlarının 

azlığı,  metodik  birləşmələrin  olmaması  nəticəsində  nəzəri  hazırlığı  nisbətən  aşağı 

səviyyəli olan   müəllimlər də qeyri- ixtisas  fənlərini tədris etməyə yönəldilir.  Bu 

gun  belə  məktəblərdə  təkcə    diplоmlu  mütəхəssislərə  dеyil,  eyni  zamanda 

bilavasitə  öz  işinin  əsl  ustаsı  оlаn,  оnu  dərindən  bilən  pеşəkаrlara,  səriştəli 

mütəxəssis kadrlara еhtiyаc duyulur. Оnlаrın  hаzırlаnmаsı  isə kadr  hazırlığı   işini 

yеni  məzmundа,  fоrmа  və  istiqаmətlərdə  аpаrmаğı  tələb  еdir.  Ona  görə  də,  kənd 

məktəblərinin    azkomplektliyi,  şagird  yetərsizliyi  faktı,  xüsuilə  təlimin 

modernləşdirilməsi  müəllim  kadrlarının  hazırlanması  və  ixtisaslarının  artırılması  

məsələsini  xeyli  aktuallaşdırır.  Optimallaşdırılma  adı  ilə  bütün  kiçikyaşlı 

məktəbləri  böyük  məktəblərə  birləşdirmək,  yalnız  "iqtisadi  məqsədəuyğunluq  " 




şərtini  əsas  götürmək  həmişə  müsbət    nəticələrə  gətirib  cıxarmaz.    İlk  növbədə, 

məktəblərin  bağlanması  həmin  kəndləri  təhsil  və  mədəniyyət  ocağından  məhrum 

etmək  deməkdir.  Məhz  məktəblər    kənd  yerlərində  bu  rolu  oynayır  və  fəal 

miqrasiya  proseslərinin  yaradıcısına  çevrilir.  İkinci  növbədə,  bu  məktəblərin 

bağlanması  prosesi  və  rayon  mərkəzlərində  yerləşən  internat  məktəblərinə 

şagirdlərin  köçürülməsi  onları    ailələrindən,  vərdiş  etdiyi  həyatdan  ayıra  bilər. 



Üçüncüsü,  yaşayış məntəqələrinin bir-birindən, məktəbdən uzaq məsafədə olması, 

uşaqların  nəqliyyatla  daşınması,  yerləşdirilməsi,  saxlanılması  və  s.  ilə  bağlı, 

məsələlərin həlli maliyyə xərclərinin artmasına gətirib çıxarar. 

Hazırkı  şəraitdə  respublikamızda  aparılan  məqsədyönlü  təhsil  islahatları 

pedaqoji  kadr  hazırlığının  daha  ciddi  tələblər  əsasında  təşkili  məsələlərini  irəli 

sürür.Bu  gün  innovasiyalardan  və  yeni kompüter  texnologiyalarından  istifadə edə 

bilən   kənd müəllimlərinin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Etiraf edək 

ki, uzun illər pedaqoji kadr hazırlığında  nəzəri biliklərin öyrədilməsi kifayət hesab 

edilmişdir.  Azkomplektli  kənd    məktəblərimizin  böyük  qismində  müəllimlərin 

əksəriyyətinin  peşəkarlıq səviyyəsinin aşağı olması və tədris prosesində yeni təlim 

metodları  və  texnologiyalarından  istifadə  edə  bilməməsi  təlimin  keyfiyyətinin 

yüksəldilməsinə  mənfi  təsir  göstərir.  Odur  ki,  bu  sahədə  həyata  keçirilməsi  vacib 

olan  digər  tədbirlərlə  yanaşı,  müəllimlərin  müasir  elmi  əsaslarla  ixtisasının 

artırılması, ali təhsil  müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin 

yüksəldilməsi  və  gələcək  müəllimlərə  lazımi  pedaqoji  -  metodik  bilik  və 

bacarıqların  aşılanması  məsələləri  diqqət  mərkəzində  olmalıdır.  Tədqiqatlar 

göstərir ki,  ali pedaqoji məktəblərdə fənlərin məzmununun müəllimin məktəbdəki 

fəaliyyəti  ilə  əlaqəliliyinin  gücləndirilməsi,  təhsil  pillələri  üzrə  varisliyin  daha 

ciddi şəkildə nəzərə alınması vacibdir. 

 Azkomplektli  kənd    məktəblərində  işləyən    müəllimlər    öz  siniflərində 

mövcud  vəziyyəti:  maddi-texniki  bazanı,  şagirdlərin  idrak  imkanlarını,  sosial, 

mənəvi-psixoloji,  fiziki-fizioloji  vəziyyətini,  eləcə  də  valideynlərin  intellektual 

səviyyəsi,  sosial,  mənəvi-psixoloji  vəziyyətini  araşdıraraq  qarşıya  çıxa  biləcək 

problemləri  proqnozlaşdırmağın  yollarını  öyrənməli  və  özünün  pedaqoji-peşə 




Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə