Azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu mövzu 16



Yüklə 247,32 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix04.02.2018
ölçüsü247,32 Kb.
#24113
1   2   3   4   5   6   7   8   9

əlaqəliliyinin  gücləndirilməsi,  təhsil  pillələri  üzrə  varisliyin  daha  ciddi  şəkildə 

nəzərə alınması vacibdir. 

Azkomplektli    məktəblərdə  işləyən  müəllimlər  öz  siniflərində  mövcud 

vəziyyəti: maddi – texniki bazanı, şagirdlərin idrak imkanlarını, mənəvi – psixoloji 

vəziyyətini  araşdıraraq  qarşıya  çıxa  biləcək    problemləri  proqnozlaşdırmağın 

yollarını öyrənməli və özünün pedaqoji – peşə fəaliyyətini layihələşdirmək, həyata 

keçirmək  və  təkmilləşdirmək  üçün  qabiliyyətlərini  inkişaf  etdirməlidirlər.  Bu 

mənada  azkomplektli  məktəblər  üçün    pedaqoji  kadr  hazırlığı  prosesində  bu 

məsələlər  diqqətdə  saxlanılmalıdır.  Gələcək  müəllimlər,  yaxşı  təşkilatçılığın, 

liderliyin  rolunu  dərk  etməli,  fəaliyyət  prosesində  bunu  nəzərə  almalıdırlar. 

Azkomplektli  kənd  məktəblərində  müəllimin  uşaqların  yaşayış  şəraitini,  şəxsi 

xüsusiyyətlərini,  ailə  münasibətlərini  bilməsi,  şagirdlərin    təlim  –  tərbiyə 

fəaliyyətinin  təşkilində  fərdi  yanaşmadan,  müxtəlif  yollardan  istifadə  etməyə 

imkan verir. 

Ümumtəhsil  müəssisələri  şəbəkəsinin  yenidən  strukturlaşdırılması  kənd 

yerlərində  yenitipli  təhsil  müəssisələrinin  formalaşmasına  aparır.  Beləliklə  də, 

azkomplektli kənd məktəblərinin fəaliyyəti diqqətdən yayınır. 

Azkomplektli  kənd  məktəblərinin  kadrlarla  təmin  olunması  problemi  və 

təhsil  müəssisələrinin  ehtiyacları  arasında  kifayət  etməyən  koordinasiya  aydın 

nəzərə çarpır. Ali pedaqoji məktəb məzunlarının ucqar kənd məktəblərinə işləməyə 

getməmələrinin  əsas  səbəbi  lazımi  səviyyədə  “motivasiyanın”    yoxluğu  ilə 

əlaqədardır. 

Azkomplektli  kənd  məktəblərində  fəaliyyət  göstərən  ali  məktəb 

məzunlarının  nəzəri  və  praktik,  pedaqoji  –  psixoloji  hazırlığının  kifayət  qədər 

olmaması,    pedaqoji  prosesin  müasir  tələblərinə  cavab  vermir.  Müəllimlərin 

hazırlıq səviyyəsinin kifayət dərəcədə olmaması müxtəlif yaş qrupunda şagirdlərlə 

tərbiyəvi  işin  təşkilində,  yeni  pedaqoji  texnologiyaların  tətbiqində  və  təlimin 

diaqnostikasının reallaşmasında problemlər yaradır. 

Azkomplektli kənd məktəblərində  fəaliyyət göstərmək üçün mütəxəssislərin 

hazırlığı məsələlərinə aşağıdakı istiqamətlərdə yanaşmaq vacibdir: 




-

 

azkomplektli  məktəb üçün müxtəlif aspektli mütəxəssis hazırlığı; 



-

 

pedaqoji  təmayüllü  ali  məktəblərdə  tələbələrin  peşə  səriştəliliyinin 



formalaşdırılması. 

Ali məktəb tələbələrinin müəllim, tərbiyəçi kimi hazırlığı nəticələrinin təhlili 

göstərir  ki,  azkomplektli  kənd  məktəblərində  peşəkarcasına  fəaliyyət  göstərə 

biləcək  müəllimlərə  artan  tələbatla,  məzunların  nəzəri  hazırlıq  səviyyəsi  arasında 

bir ziddiyyət mövcuddur. 

İnkişaf  etmiş  ölkələrdə  azkomplektli  kənd  məktəblərində  işləməkdən  ötrü 

kadrların  hazırlanması  üçün  modellər  mövcuddur.  Belə  modellər  əsas  ixtisasa 

əlavə, magistraturalar, ixtisaslaşmalar,həmçinin uyğun proqramlar əsasında xüsusi 

peşə təhsili formalarında həyata keçirilir.  

Azkomplektli  məktəblərdə tədrisin səmərəli təşkili üçün pedaqoji tamayüllü 

ali  məktəblərdə  də  inteqrativ  ixtisaslar  üzrə  kadr  hazırlığı  məqsədəuyğun  sayıla 

bilər.  Bu  istiqamətdə  hazırlanan  mütəxəssislər  azkomplektli  məktəblərdə  bir  neçə 

fəndən dərs deməklə keyfiyyətin yüksəldilməsinə təsir göstərə bilərlər.  

Bir  çox  azkompleketli  kənd  məktəblərində  təhsilin  keyfiyyətinin  çox  aşağı  

səviyyədə  olmasının  səbəblərindən  biri  azkomplektli  məktəb  şəraitində  işləmək 

üçün  müəllimlərin  hazırlanmamasıdır.  Köhnəlmiş  təlim  texnologiyalarından 

istifadə olunması, laboratoriya bazasının yoxluğu, həmçinin müəllimlərin müxtəlif 

yaş  qrupları  ilə  işləmək  üçün  nəzəri  və  praktik,  pedaqoji  –  psixoloji  və  metodik 

hazırlıqlarının  zəifliyi  də  keyfiyyətə  mənfi    təsir  göstərir.  Azkomplektli 

məktəblərin  əksəriyyətində,  əsasən,  ucqar  kəndlərdə  fəaliyyət  göstərən 

məktəblərdə ənənəvi konstruksiyalı  dərs planları  və dərs proqramlarından  istifadə 

olunur.  Orta  nəsildə  baza  təhsilinln  keyfiyyətinin  aşağı  düşməsi  tendensiyası 

müşahidə  olunur.  Ucqar  kəndlərdə  məktəbəqədər  təhsilin  yetərincə  olmaması, 

ibtidai  siniflərə  qəbul  olunma  zamanı    başlanğıc  şərtlərin  qeyri-  bərabərliyi 

vəziyyəti mürəkkəbləşdirir.  

Tədqiqatçı P.A.Kropotkin qeyd edir  ki, azkomplektli məktəb müəllimlərinin 

hər  hansı  formada  hərtərəfli  biliyi  olmalıdır.  O  yazır:  “Azkomplektli  kənd 

məktəblərində  işləməyə  hazırlanan  müəllimlər  üçün  ardıcıl  tədris  kursu,xüsusi 




proqram  üzrə  fəlsəfə  kursu    ola  bilər.  “Onun  fikrincə,  fəlsəfə  geniş  dünyagörüşü 

aşıladığından müəllimlərin onu öyrənmələri vacibdir”.   

N.S.Ribakov təhsilin əsas parametirlərini aşağıdakı kimi konkretləşdirir: 

1.Təhsil  insanın  bəşəriyyət  yaranana  qədərki  dunyaya,  mədəniyyətə  daxil 

olması prosesidir. 

2.Təhsil insanın məişəti dərk etməsi prosesidir. 

3. Təhsil insanın şəxsi obrazının yaranmasıdır. 

4.Təhsil insanı   təkmilləşməyə sövq edən mənəviyyatdır. 

Azkomplektli  məktəbin  müəllimləri  ensiklopedik  biliyə  malik  olmalıdırlar. 

Aydındır  ki,  bütün  pedaqoji-psixoloji  bilikləri  ali  məktəblərdə  təhsil  alarkən  əldə 

etmək  mümkün  deyil.  Belə  məktəblərin  müəllimlərini  adi  (ənənəvi)  yolla 

hazırlamaq imkan xaricindədir. 

Tomsk  Dövlət  Pedaqoji  Universitetində  büdcədənkənar  vəsaitlər  hesabına 

azkomplektli məktəblər üçün yenidənhazırlanma vasitəsi ilə müəllimlər hazırlanır. 

Bu təcrübəni respublikamızda da pedaqoji təmayyülü universitetlərin birində tətbiq 

etmək olar. 

Elmi araşdırmalarda problemin həlli ilə bağlı aşağıdakı təkliflər qeyd olunur: 

Bəzi  mütəxəsislərin  fikirincə,  azkomplektli  məktəblərə  müəllim  hazırlığı 

ancaq  əlavə  ixtisas  verməklə  həyata  keçirilə  bilər,  çünki  gələcək  müəllimlərin 

ənənəvi məktəblərə yolunu bağlamaq düzgün deyildir. 

-Azkomplektli  ucqar  kənd  məktəblərinin  tələbatının  ödənilməsi  məqsədilə 

ibtidai sinif  müəllimlərinin  hazırlığı kurikulumuna çoxsinifli  tədris elementləri də 

daxil edilməlidir. 

-  Tam  orta  və  ümumi  orta  təhsil  məktəbləri  üçün  müəllim  hazırlığı 

kurikulumlarında qoşa fənlər üzrə müəllim hazırlığı imkanları genişləndirilməlidir. 

Bu,  həm  ilkin  müəllim  hazırlığında,  həm  də  ixtisasartırma  təhsilində  nəzərə 

alınmalıdır. 

-  Azkomplektli  məktəblər  üçün  effektiv  işləmə  qabiliyyəti  olan  müəllimləri  

ənənəvi yolla hazırlamaq imkan xaricindədir. 



Yüklə 247,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə