Azərbaycan respublikasi təHSİlnaziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti “st və mks” fakultəsi “Meliorasiya və stt”


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



Yüklə 1,1 Mb.
səhifə8/36
tarix19.05.2023
ölçüsü1,1 Mb.
#111546
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
St v mks” fakult si “Meliorasiya v stt”

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ İNŞAAT UNİVERSİTETİ

ST və MKS” fakultəsi


Meliorasiya və STT” kafedrası
Fənnin adı: Hidrologiya
Mövzu 6 : Çay hövzəsi və morfometrik göstəriciləri.
.


Mövzuya aid suallar:

  1. Çay hövzəsi nəyə deyilir?

  2. Çayın morfometrik göstəriciləri hansılardı?

  3. Hövzənin coğrafi vəziyyəti nə ilə xarakterizə olunur?



Məruzəçi: Aqrar elm. üzrə fəlsəfə dokt.V.H.Səlimova
Qrup 330a1a2
ƏDƏBIYYAT



  1. Bağırov Ş.N., Aslanov H.Q., Hidrologiya, hidrometriya və axının nizamlanması. Dərslik, Bakı, 1982

  2. Məmmədov M.Ə., İmanov F.Ə., Mahmudov R.N., Hidrometriya.Dərslik, Bakı, 2000

  3. Məmmədov M.Ə., İmanov F.Ə., Ümumi hidrologiya.Dərs vəsaiti, Bakı, 2003

  4. B.Melikov “ Hidrologiya”.



6.Çay hövzəsi və morfometrik göstəriciləri.
Çay sistemini və ya çayı su ilə qidalandıran torpaq-qrunt layı daxil olmaqla yer səthinin bir hissəsi çay sisteminin və ya çayın hövzəsi adlanır. Hövzə səth və yeraltı sutoplayıcılarından ibarətdir. İki qonşu hövzə arasında sərhəd əmələ gətirən xəttə suayırıcı deyilir. Yeraltı sutoplayıcının sərhəddini təyin etmək çox çətindir.
Səth və yeraltı sutoplayıcılar arasında fərq çox az olduğundan çox zaman səth sutoplayıcısı hövzə adlandırılır.
Çay hövzəsinin əsas həndəsi göstəriciləri onun sahəsi, maksimal eni, orta eni, suayırıcı xəttin uzunluğu, hövzəsinin simmetrlik dərəcəsi, forması və s.
hövzənin fiziki-coğrafi xüsusiyyətlərinə onun coğrafi vəziyyəti, iqlim şəraiti, relyefi, bitki örtüyü, geoloji-torpaq quruluşu, çay şəbəkəsinin sıxlığı, göllüyü
bataqlığı aiddir. Hövzənin sahəsini təyin etmək üçün 1:50000; 1:10000 və s. miqyaslı xəritələrdə suayırıcı xətt çəkilir, sonra isə sahə planimetrlə, poletka ilə
ölçülür. Hövzənin sahəsi onun ən əsas göstəricisidir və o, km2-lə ifadə edilir. Sahə nə qədər böyük olarsa çayın sululuğu da bir o qədər çox olar. Axımın formalaşmasına sahənin mühüm təsiri vardır.
Planimetrlə çay şəbəkəsini təşkil edən bütün qolların da hövzələrinin sahəsini ayrı-ayrılıqda ölçmək olar. Bu zaman əsas çayın sol və sağ sahilindəki hövzələrin
sahələri ayrı-ayrılıqda ölçülür.
Çay hövzəsinin sahəsi mənbədən mənsəbə doğru axın boyu artır.
Hövzə sahəsinin dəyişməsini əyani olaraq göstərmək üçün artım qrafiki tutulur. Bu qrafiki qurmaq üçün ordinat oxunu iki hissəyə bölürlər. Absis oxundan
yuxarıda sol sahil qollarının hövzə sahələri üçün artım qrafiki qurulur. Sonra hər iki qrafiki həndəsi toplamaqla çay şəbəkəsi sahəsinin artım qrafiki tətbiq edilir.
Hidroloji hesablamalar apardıqda hövzənin sahəsini hidrotexniki qurğu tikilən yerədək və ya hidrometriki məntəqənin yerləşdiyi en kəsiyinədək müəyyən etmək
lazımdır. Bu en kəsiyini hidrologiyada qapayıcı mövqe adladırırlar. Hövzənin forması qapayıcı, mövqeyə suyun eyni zamanda gəlib çatmaq vaxtına təsir göstərir.
Hövzənin forması müxtəlif olur. Adətən, hövzənin orta hissəsi geniş olur, mənbə və mənsəbə doğru eni azalır. Bəzi hövzələrin eni mənbədən mənsəbə doğru
getdikcə çox az dəyişir. Elə hövzələr vardır ki, onların eni çayın yuxarı və ya aşağı axın hissəsində genişlənir, bəzən isə onların eni orta hissədə azlır. Hövzənin
forması asimmetriya və suayırıcı xəttin inkişaf əmsalları ilə də səciyyələnir.
Suayırıcı xəttin inkişaf əmsalı, hövzənin suayırıcı xəttinin uzunluğunun, sahəsi həmin hövzənin sahəsinə bərabər olan çevrənin uzunluğuna olan nisbətinə
bərabərdir:
1 m = S/ S1
Burada, S-suayırıcı xəttin uzunluğu, S1-çevrənin dairəsinin uzunluğu, (çevrənin sahəsi F=πr2).
Hövzənin maksimal eni Bmax əsas çayın istiqamətini perpendikulyar kəsən eninə xətlərin ən böyüyünə bərabər götürülür.
Çayın uzunluğu ilə hövzənin sahəsi arasında aşağıdakı əlaqələr mövcuddur:
L = 1.8 F , F < 100km2
L = 1.4F 0.57 , F > 100 km2
Hövzənin fiziki-coğrafi xüsusiyyətlərindən ən əsası onun iqlim şəraitidir.
İqlimin əsas göstəriciləri yağıntı və buxarlanmadır. Bunlarla yanaşı, suyun hövzədən çaya axmasını ətraflı öyrənmək üçün havanın torpağın temperaturunu və
rütubət çatışmamazlığını, qar örtüyünün paylanmasını və əriməsini, külək rejimini təyin etmək lazımdır.
Hövzənin coğrafi vəziyyəti onun xarakterik nöqtələrinin coğrafi koordinatlarına və nəzərə çarpan məşhur yerlərə görə təyin edilir. Bitki örtüyü əsasən hövzədə olan meşə, çəmənlik və s. ilə həmçinin onların sutoplayıcıda paylanması ilə səciyyələnir.
Hövzənin torpaq-qrunt təbəqəsinin xassələri, yağıntıların hopmaya sərf olunan hissəsini müəyyənləşdirmək üçün öyrənilir.
Hövzənin relyefinin əsas göstəriciləri onun orta yüksəkliyi və meyilliyidir.
Relyef yağıntının hövzədə paylanmasına və səth axımı rejiminə təsir göstərir. Ona görə də o, dağlıq ərazilərdə çayların sululuğunun və rejiminin əsas inteqral
göstəricisidir.
Hövzənin orta yüksəkliyi horizontallarla təsvir edilmiş xəritələrə görə təyin edilir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə