235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
235.4.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
235.4.2.
külli miqdarda törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor
tətbiq etmək hədəsi ilə törədildikdə;
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 6 .
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına
təhrik etmə
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə ;
236.2.2.
təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində
törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb
olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 7 .
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri
kultivasiya etmə
[356]
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə,
yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya
tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[357]
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 8 .
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün
tiryəkxanalar təşkil etmə və ya saxlama
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar
təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 9 .
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ
verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 4 0 .
Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə
qanunsuz dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən
və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə,
saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud
emal etmək üçün avadanlığı qanunsuz satma—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Eyni hərəkətlər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər: