İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair
ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın
və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[328]
M a d d ə 2 1 7 . Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı
qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda
iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 8 . Cinayətkar birlik (təşkilat) yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik
(təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan
struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin
törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 9 . Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını
qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə
belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor
tətbiq etmək hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 9 - 1 . Dəniz quldurluğu
[329]
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq
etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın -
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə
törədildikdə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda
-
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 2 0 . Kütləvi iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi,
odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət
nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[330]
M a d d ə 2 2 1 . Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca
hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun
tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi
ilə müşayiət edilən qərəzli hərəkətlər—
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[331]
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
[332]
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai
qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə
müqavimət göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq
etməklə törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik
qaydalarını pozma
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin
sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də
mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması
insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az
ağır zərərin vurulmasına səbəb olduqda -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 222-1. Özbaşına tikinti işləri aparma
Dostları ilə paylaş: |