214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2.
təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə
etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;
214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi
yerdə törədildikdə -
[320]
əmlakı müsadirə olunmaqla on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[321]
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 1 4 - 1 .
Terrorçuluğu maliyyələşdirmə
[322]
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214,
214-2,
214-3,
215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280
, 282 və 283-1-ci
maddələrində
nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının,
təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən
cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya hə-min məqsədlə yaradılan qrupun
(dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin
və ya digər əmlakın qəsdən toplanılması və
ya verilməsi -
[323]
əmlakı müsadirə olunmaqla
on ildən on dörd
ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[324]
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə
cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət
məsuliyyətini aradan qaldırmır.
2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını
vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım
etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
[325]
Maddə 214-2.
Terrorçuluğa açıq çağırışlar
[326]
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci
maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu
cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 214-3.
Terrorçuluq məqsədi ilə təlim keçmə
[327]
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci
maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin
törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli
maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə
hazırlığı üzrə təlim alma -
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə
və
ya keçirmə -
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət
orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində
nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak
etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və
onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 1 5 .
Adamları girov götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya
vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək
məqsədilə şəxsi girov götürmə və ya saxlama—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə
etməklə törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs
barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi
ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət
məsuliyyətindən azad edilir.
M a d d ə 2 1 6 .
Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə