222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti
orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin
konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı
dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma
insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və
ya az
ağır zərərin vurulmasına
səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
[333]
M a d d ə 2 2 2 - 2 .
Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya
quraşdırma işləri aparma
[334]
222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin,
su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının,
avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri
aparma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
[335]
222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[336]
Maddə 222-3.
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan
tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının
qərarlarını qərəzli olaraq İcra etməmə
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən
planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik
aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının
qərəzli
olaraq icra etməmə -