232.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor
tətbiq etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 3 . İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni
tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və
təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs
tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[346]
Maddə
233-1. Qanunla
mülki
dövriyyədə
olmasına
yol
verilməyən
(mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə,
saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma
[347]
233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə,
başqasına vermə və ya satma-
əmlakı müsadirə edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
233-1.2. Eyni əməllər:
233-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik tərəfindən törədildikdə;
233-1.2.2. təkrar törədildikdə;
233-1.2.3. ağır nəticələrə səbəb olduqda-
əmlakı müsadirə edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan
hər hansı birinin qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi,
başqasına verilməsi və ya satılmasına görə bu Məcəllənin digər maddələrində məsuliyyət nəzərdə
tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin
sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[348]
Maddə 233-3. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata
keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin
yaradılmaması
Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün
rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması –
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[349]
26-cı fəsil
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
M a d d ə 2 3 4 . Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və
ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma,
göndərmə və ya satma
[350]
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma,
göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
satma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında
və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama,
göndərmə, daşıma və ya satma —
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər:
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən
və xüsusi nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların,
habelə narkotik vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı,
hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi,
daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql
edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs
tərəfindən pozulması
[351]
—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[352]
Qeyd:
1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən
və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə
bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar
edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət
məsuliyyətindən azad edilir.
[353]
2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından
artıq
miqdarı və digər miqdarları müvafiq qanunla müəyyən edilir.
[354]
M a d d ə
2 3 5 . Narkotik vasitələri, psixotrop maddələri və ya onların
prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə
[355]
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə
tələb etmə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında
və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb
etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
Dostları ilə paylaş: |