M a d d ə 2 1 0 .
Müflisləşmə zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud
əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə
verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti
əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və
ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[304]
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-
ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun
üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan
vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[305]
M a d d ə 2 1 1 .
Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya
mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi
naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda
ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 2 .
Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi,
habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və
ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən
yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə
qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[306]
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 213.
Vergi ödəməkdən yayınma
KM1
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min
manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[307]
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli
miqdar" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
[308]
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
[309]
M a d d ə 2 1 3 - 1 .
Aksiz markası ilə markalanmalı olan məhsulları (malları)
belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının
hüdudlarından kənara çıxarma və ya idxal etmə
[310]
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka
olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının
hüdudlarından kənara çıxarma
və ya idxal etmə -
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və
ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[311]
213-1.2. Eyni əməllər:
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2.
təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[312]
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli
miqdar" dedikdə isə iki min manatdan yuxan olan məbləğ başa düşülür.
[313]
Maddə 213-2.
Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan
yayınma
[314]
Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən
yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun
affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar
çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu
əməl
xeyli miqdarda törədilibsə-
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[315]
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
[316]
Maddə 213-3.
Dövlət əyar damğalarını saxtalaşdırma
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət
məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar
damğalarını saxtalaşdırma-
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[317]
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ONUNCU BÖLMƏ
İ
CTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 2 1 4 .
Terrorçuluq
[318]
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə
yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların
sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa
ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər
hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi
ilə hədələmə
-
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[319]
214.2. Eyni əməllər: