WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması
tələblərinin pozulmasına;
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə
qaydalarını pozmaqla idarə edilməsinə;
338.4.5. nasaz velosipeddən
istifadə etməyə;
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə
yol verilməməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol
hərəkəti qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının
(kirşənin) sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya
nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması
tələblərinə riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya
məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün
xüsusi olaraq ayrılmayan yerlərindən
keçirilməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş
xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr,
psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə
olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-
yetmiş manat məbləğində cərimə edilir.
338.7. Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş
xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması,
texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin
və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının
pozulması