WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
124.1, 124.4 - 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və
müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu
Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və
müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə
(yerləşdirilməməsinə) görə -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət
qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün
ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs
həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması,
texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi
qaydalarının pozulması
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan
keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla)
əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından
keçirməməyə görə -
fiziki
şəxslər
əlli
manat məbləğində,
vəzifəli
şəxslər
yüz
manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd
təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat
şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar
texnikanın sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb
edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan
çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı
haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya
onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı
haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun
olmamasına görə -
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından
və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki
baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı
dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin
törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat
vasitəsi barəsində qanunsuz hərəkətlər
Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa
aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun
nəqliyyat vasitəsinin qaytarılmamasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş
şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati
məsuliyyətə cəlb olunmasını istisna etmir.
Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat
vasitələrinin istismarı qaydalarının pozulması
342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin
istismarı qaydalarının pozulmasına, yəni:
342.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən
tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;
342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək
söhbətdə iştirak etməyə;
342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;
342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki
söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;
342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat
vasitələrinə qəsdən sıçradılmasına;
342.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü
zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının,
kimyəvi maddələrin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü
təkmilləşdirilmiş yollarda hərəkət etməyə;
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının
görünməsi üçün onun təmiz saxlanılmamasına;
342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini
dayandırmamasına;
342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin
nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya
təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunla nəzərdə tutulmuş digər
təxirəsalınmaz hallarda yükdaşıyan nəqliyyat vasitələrinin müvafiq icra
hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə;
342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin
və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud
möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini
əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin
texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə
nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin
istismarına;
342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və
ya dəyişdirilməsinə;
342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə
paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun
pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb
olan dəyişikliklər edilməsinə;
342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə
verilməyən örtüklərin çəkilməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat
vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla
avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
min manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |