WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi
istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi
icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən
edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət
etməsinə görə —
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə
verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair
tələblərin pozulması
353.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən
kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
353.2. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulan hal istisna
olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat
vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərini aşmaqla yüklənməsinə görə -
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
353.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan hal istisna
olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən
kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
353.4. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək
müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər beş min beş yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Maddə 354. Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən
avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə
zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və
predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin
saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi
üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna
olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və
yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri
ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına;
354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və
elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil
yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən
razılığın şərtlərinə əməl edilməməsinə;
354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla
birləşmələrin və kəsişmələrin yaradılmasına;
354.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına
və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud
avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə
maneələr yaradılmasına;
354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan
nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların
qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat
qurğularının yerləşdirilməsinə;
354.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər
meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına,
təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;
354.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının
keçirilməsinə;
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
354.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması
üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər
qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının
tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin
görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları
sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti
tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi,
saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və
qurğuların yerləşdirilməsinə;
354.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;
354.0.10. tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri
daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol
qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis
konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən
qurğulara müdaxilə edilməsinə görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz
manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
Maddə 355. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya
qadağan edilməsi
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan
edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti
məhdudlaşdırmağa və ya qadağan etməyə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli
manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının
pozulması
356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan
nəqliyyat vasitəsini idarə etməyə görə-
on manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |