WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili
tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat
vasitələri təqdim
etməməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Maddə 357. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının
pozulması
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə-
fiziki
şəxslərə
xəbərdarlıq
edilir
və
ya
onlar qırx
manatdan
əlli
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz əlli
manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 358. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin
zədələnməsinə görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
FƏSİL 31
Rabitə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 359. Telekommunikasiya
şəbəkələrinin,
vasitə
və
qurğularının mühafizəsi qaydalarının pozulması
Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz
manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 360. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar
aparma
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz
olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda ziyan
vurmaqla törədildikdə-
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Maddə 361. Dövlət poçt ödənişi nişanlarının qanunsuz hazırlanması,
nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması
Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nəşri, dövriyyəyə
buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına görə-
poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən
manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 362. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının
pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl
edilməməsinə görə-
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və
qurğularından qanunsuz istifadə edilməsi
Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından
ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə
görə -
telekommunikasiya
vasitələri
və
qurğuları müsadirə
edilməklə
və
ya
edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz
manatdan
yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd
min manatadək
məbləğdə cərimə edilir.
Maddə 364. Telekommunikasiya
şəbəkələrinin
və
qurğularının
layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və ya
yerdəyişməsi qaydalarının və normalarının pozulması
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin,
tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya
yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş
norma və qaydalara uyğun olaraq aparılmamasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi
min manatadək məbləğdə cərimə edilir.
Maddə 365. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş
qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan
qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi
tərəfindən maneçilik
törədilməsinə görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min
manat məbləğində cərimə edilir.
Maddə 366. Telekommunikasiya
şəbəkələri,
vasitələri
və
qurğularının
mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması
Telekommunikasiya
şəbəkələri,
vasitələri
və
qurğularının
mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər
işlərin aparılmasına görə-
fiziki şəxslər üç yüz manatdan
dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi
min manatadək məbləğdə cərimə edilir.
Maddə 367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi
Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil telefon
aparatının başqa şəxslərə kirayəyə verilməsi