WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya
modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının
başqa şəxslərə kirayəyə verilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan
iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara
səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi
369.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların
qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri
uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla)
telekommunikasiya xidmətlərinin göstərilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz
min manatdan on min manatadək məbləğdə cərimə edilir.
369.2. Bu Məcəllənin 369.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər
on altı min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Maddə 370. Telekommunikasiya şəbəkələrinin mobil cihazların
qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının
(uzlaşdırılmasının) təmin edilməməsi
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil
cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının
(uzlaşdırılmasının) təmin
edilməməsinə görə -
vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
FƏSİL 32
İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları
əleyhinə olan inzibati xətalar
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz
manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
374.3.
İnformasiya
sahibi
tərəfindən
malik
olduğu
sənədlərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz
manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
374.4. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə,
yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya
əldə edilməsinə və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi
informasiyadan digər məqsədlər üçün
istifadə edilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması
375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:
375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından
keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya
işlənilməsinə;
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi
məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda
və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi
məlumatların
toplanılmasının,
işlənilməsinin
və
ya
verilməsinin
dayandırılmamasına görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto
və ya video çəkiliş, yaxud səsyazma materiallarının qanunsuz yayımlanması
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud
səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş