WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək
və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq
meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq
yerlərindən kənarda dayandırmağa
görə -
yüz manat məbləğində cərimə edilir.
Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat
verilməməsi
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini
inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın
səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan
5 gün müddətində verilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz manat məbləğində
cərimə edilir.
Maddə 348. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması
qaydalarının pozulması
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının
pozulmasına görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
FƏSİL 30
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin
təhlükəsizliyinin təmin edilməməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların
buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol
hərəkətinin təşkilində dəyişikliklərin
edilməsinə görə-
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
352.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan
konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat
vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi
istifadədə olan avtomobil yolları ilə
yüklə hərəkətinə;
352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə,
yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil
və qar yığınlarının yaradılmasına;
352.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi
maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot
tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin
müvafiq qaydada qablaşdırılmadan aparılmasına;
352.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu
körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti
işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə;
352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-
şalban axıdılmasına;
352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına,
respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə
avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən
kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış
keçidlərdən kənar mal-qaranın
keçirilməsinə;
352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına,
körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;
352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna
olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun
götürülməsinə, oradakı otların biçilməsinə;
352.0.9. kütləvi istirahət
yerlərinin təşkil edilməsinə;
352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil
yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş
kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq
sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə)
zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə;
352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmamasına görə;